Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

TestDaF imtahanı

Alman universitetləri uyğun təhsil haqqı və proqressiv tarixi ilə məşhudur.  Almaniya universitetlərindən birincə təhsil almaq bir Gencin kariyerasında uğurlu amil kimi öz təsirini göstərir. Ancaq Alman universitetində oxumaq üçün siz ilk növbədə alman dilini bildiyinizi sübut edən imtahanlardan birini keçməlisiniz.  Bu imtahanlardan ən geniş  yayılmışı TestDaF imtahanıdır. 

TestDaF nədir?

TestDaF Almaniyada təhsil almaq istəyən xarici ölkə vətəndaşları üçün təşkil edilmiş imtahandır. Bu imtahan onların alman dil bilgisini yoxlayır. Digər dil imtahanları kimi bu imtahan da 4 hissədən ibarətdir: oxumaq, dinləmək, yazmaq və danışmaq. Bu imtahan ildə 6 dəfə müəyyən edilmiş imtahan mərkəzlərində keçirilir. Testlərin orjinal versiyası 1998-2000-ci ildə Alman Akademik Mübadilə Xidməti olan DAAD tərəfindən təsdiqlənib. Imtahanın nəticələri bu şkala üzrə qiymətləndirilir: TDN3 (kafi, Avropa standartları ilə B2 səviyyəsinə bərabərdir), TDN4 (B2 və C1 arasında orta səviyyə) və ya  TDN5 (yüksək,  C1 və daha üst səviyyə hesab edilir) . TDN4 nəticə əksər universitetlər üçün məqbul səviyyə hesab edilir. Ancaq istisnalar da var. Alman universitetlərində tibbi ixtisası üzrə oxumaq istəyirsinizsə, mütləq hər 4 bölmə üzrə TDN5 nəticə almalısınız. Ancaq bəzi ixtisaslar üzrə universitetlər hətta TDN3 nəticəni qəbul edirlər. Müraciət etdiyiniz universitetin saytından hansı səviyyə TestDaF tələb olunduğunu öyrənə bilərsiniz.

İmtahani nece keçirilir?

TestDaF 3 saat 10 dəqiqə davam edən bir imtahandır.  Oxuma hissəsi 60 dəqiqə çəkir. Bu vaxt ərzində 3 çətinlik səviyyəsində olan mətn oxuyub, sualları cavablandırmalısınız. Birinci praktik qəzet məqaləsi ola bilər. İkinci mətnin sualları müxtəlif variantları test şəklində olur. Ən çətin mətn 3-cü mətn hesab edilir.  Bu mətnin suallarının cavabı "Doğru" "Yanlış" və ya "Mətndə qeyd edilməyib" şəklində olacaq.

İmtahanın ikinci hissəsi Dinləmə bölümüdür. 40 dəqiqə davam edir. Birinci uiversitet həyatı ilə bağlı dialoq, ikinci təhsilin hər hansı bir sahəsi haqqında peşəkar mütəxəssisdən müsahibə və üçüncü isə elmi hesabat ola bilər. Birinci və ikinci dinləmə yalnız bir dəfə səslənir, üçüncü dinləmə isə iki dəfə səsləndirilir. Buna görə əsas informasiyaları cəldliklə qeyd etmək lazımdır.

İmtahanın üçüncü hissəsi 65 dəqiqə davam edən "Yazı" bölməsidir. İmtahan verən namizədlər 20 dəqiqə ərzində hər hansı bir cədvəli yazılı təsvir etməlidirlər.  İkinci hissə isə müstəqil bir mövzuda inşa yazmaqdır. Məntiqi ardıcıllıq, struktur, dəqiqlik və qrammatik düzgün yazılış çox vacibdir. Sizin nəticənizə təsir edən amillər bunlardır.

İmtahanın dördüncü hissəsi isə "Danışıq"dır. 30 dəqiqə içində 7 mövzuda danışmalısınız. Birinci hissədə tələbə xorunda qeydiyyatdan keçmək üçün zəng etmiş kimi danışa bilərsiniz. Daha sonra Alman miqrasiya siyasəti haqqında söhbət edə bilərsiniz. Bu mövzularla "Danışıq" hissəsində qarşılaşmaq ehtimalınız yüksəkdir. Bu hissədə müəllim və ya sizə yaxın oturan digər insanlarla danışmayın, sadəcə mikrafona danışmalısınız ki, səsiniz aydın eşidilsin. Bu amil ümumi hazırlaşma mərhələsi üçün də lazımlıdır: cəld not almaq. Əvvəlcədən qeyd aparsanız, bu halda sistemli danışmaq sizə asan olacaq.

İmtahan üçün necə qeydiyyatdan keçmək lazımdır?

Test DaF imtahanı üçün online qeydiyyatdan keçə bilərsiniz. Bu halda onlayn ərizə formasını doldurub, imtahan  rüsumunu kredit kartı ilə ödəmək mümkündür. Qeydiyyatınız təsdiq edildikdən sonra həmin sənədi çap edib, imzalayıb, imtahana gedərkən özünüzlə götürməlisiniz.  İmtahana qeydiyyat 8 həftə öncədən başlayır  və imtahan tarixindən 4 həftə öncə qeydiyyat başa çatır. Hər il Almaniyada oxumaq istəyən tələbələrin sayı artıqca, imtahandan qeydiyyatdan keçənlər də məntiqi olaraq çoxalır. İmtahanın nəticəsini Test DaF-ın rəsmi saytında "Hesabım" bölməsində öyrənə bilərsiniz. Bundan əlavə imtahanın nəticəsi haqqında sertifikat imtahan verdiyiniz mərkəzə də göndəriləcək. 

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin