Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

2016-cı ildə maliyyə durumlarını yaxşılaşdırmaq üçün 10 məsləhət

Bu məqalədə siz pulu necə düzgün xərcləməyin universal yollarını biləcəksiniz. Bu məsləhətlər sizə maliyyə tərəfdən fərasətli olmağa kömək edəcək. Amma unutmayın ki, bu məsləhətlərin hamısı uzunmüddətli tətbiq sonrası öz effektini göstərir. Əgər siz ağıllı maliyyə nəzəriyyələri içində baş sındırmaq istəmirsinizsə, o zaman bu sadə məsləhətlər yetərli olacaq ki, pulunuzu hara, necə xərcləməyi və bir az da olsa varlanmağı biləsiniz.

1. Maliyyə diversifikasiyası

Diversifikasiya- gəlirlərin böhran vəziyyətlərində sabitliyi qorumaq üçün müxtəlif vasitələrlə bərabər bölünməsidir. Beləki diversifikasiyanı təkcə pul məsələlərində deyil, ümumiyyətlə, işdə, istirahət zamanı və təhsil alarkən də istifadə etmək olar. Misal üçün, iri depozitləri bir neçə bankda hissə-hissə qoyun. Əgər bir bankda hər hansı bir problem yaranarsa, digər bankdan məbləğ götürə bilərsiniz.

2. Özünüzə pul ayırın

Normalda insanlar maaş alan kimi ilk işləri mövcud xərcləri ödəmək (kommunal, telefon, vacib alış-verişlər) və bununla da şəxsi inkişafa xərcləməyə pul qalmır. Təsəvvür edin ki, siz 700 AZN maaş alırsınız, onun 650 manatı birbaşa gedir xərclərə, Praqmatik insan gəlirindən müəyyən məbləğ kənara qoymağı bacarır, bu məbləği də şəxsi inkişafı, yeni ideyaları üçün investisiya edir. Çox vaxt bu qazancın 10-15%-i edir. Bununla da yeni layihələr, təhsil, irəli getmək üçün təlimlərə qatılmağa vəsaitin olur. Bu metod “özünə ödə” adlanır: maaş alan kimi onun 10-15%-ni kənara qoyun, özünüzü inkişaf etdirmək üçün xərcləyin.

Burada unutmaq lazım deyil ki, bu məbləğ, avtomobil, mebel və ya məzuniyyət üçün nəzərdə tutulmayıb. Bu pul məhz gələcək ideyalar üçün investisiyadır.

3. Xidmət haqlarından qaçın

Müxtəlif əməliyyatlar üzrə xidmət haqlarından uzaq olmağa çalışın: telefon, bank xidmətləri, siğorta xərcləri, qarantiya və.s kimi xidmətlər. Çalışın əlavə xidmətlərdən uzaq olun, tənbəl olmayın, özünün görə biləcəyiniz işi başqasına xidmət haqqı verərək gördürməyin.

Xidmət haqqlarına örnək: digər banklar, mobil bankçılıq, məhsul üzərində qarantiya, dəyərsiz endirim kartları ilə alış-veriş, terminal vasitəsilə elektron ödəniş, əlavə xidmətlər.  Hətta hipermarektlərdə xırda bir şeyə görə kassada növbə gözləmək də xidmət haqqı sayılır.

4. Dostlarınıza borc verməyin

Öz şəxsi həyat təcrübəmdən və müşahidəmdən irəli gələrək deyim ki, dostunuza, yaxınınıza borc verməyin, nə məbləğ olursa olsun. Əgər kömək etmək istəyirsinizsə, sadəcə olaraq ona ödəyə biləcəyi məbləği verin. Gələcəkdə geri qaytarmaq da asan olsun.

5. Üstünüzdə limitli miqdarda pul götürün

Əgər siz alış-verişə gedəcəksinizsə və bu yer böyük market və mağazadırsa, o zaman özünüzlə kart götürməyin, xərclərinizi təxmini ödəyəcək nəğd məbləğ götürün, yoxsa çox xərcləyəcəksiniz. Bu işə yarıyır, amma vərdiş etmək lazımdır.

Bəli, bu məsləhət sizə absurd səslənə bilər, amma müntəzəm olaraq riayət etsəniz gərəksiz alış-verişlərdən özünüzü qoruya bilərsiniz. Plastik kartlarla alış veriş edərkən sizdə elə təəssürat yaranır ki, sanki limitsiz ala bilərsiniz, belə şəraitdə siz məntiqli düşünə də bilmirsiniz. 

6. Ehtiyat büdcənizi yaradın

İlk altı ay ərzində maliyyə rezervinizi yaradın. Kitablarda çox vaxt bənzər ehtiyatlardan bəhs edilir.  Düşünürəm ki, 2-3 ay üçün belə bir ehtiyat yaratsanız kifayət edər. Bu vaxt ərzində siz istənilən böhran anında, yeni gəlir mənbələri tapana qədər bu ehtiyatdan istifadə edə biləcəksiniz.

Bu sizin stabilləşdirilmə fondunuz olacaq (hökumətdə olduğu kimi). Əgər fors-major durumlar yaranarsa: işdən çıxarılma, biznesin məhv olması, böhran, xəstəlik-bu yığım sayəsində siz 2-3 ay ayaqda qala biləcəksiniz.

7. Cərimə sistemini tətbiq edin

İri həcmdə pul xərcləmisən-cərimədir, boş yerə pul xərcləmisən, pulunu itirmisən, daha çox işləməyə məcbur olmusan, bunların hamısı əslində özünə etdiyin cərimələrdir. Hər bir insan əslində cərimə həcmini çərçivələyir.

Özünü cərimə üçün ayrılan məbləğ düşünülmüş olmalıdır, hər səhv, bəd xərcləməyə görə bir miqdar kənara qoyursan və yaxşı olar ki, ayın sonunda yığılan bu cərimə pullarını özünə deyil, başqasına xərcləyəsən. Uşağına verəsən, dostuna xərcləyəsən və xeyriyyə işləri görə bilərsən. Hər bir hərəkətin öz dəyəri olmalıdır və kiməsə hesabat verməli deyilsən.

8. Əsaslandırma prinsipindən yararlanın

Nəisə çox ucuz almaq lazım deyil: bu təhlükəsizlik və sağlamlıq cəhətdən də uyğun olmaya bilər. Amma həm də ən bahalı və ən yaxşı bir şey də almağa dəyməz. Alış-veriş zamanı büdcəyə savadlı yanaşmaq lazımdır.  

Qızıl orta prinsipindən istifadə edin: ucuz yox, bahalı yox, orta qiymətə bir şeylər alın.

9. İşini bilənə pul verin

Bir çoxları təmirdə, sağlıq məsələlərində, istirahətdə, qidalanmaqda israf etməməyə çalışır. Və hər şeyi özü eləməyə cəh edir. Amma bu metod heç də həmişə işə yaramır. Bu insanın vaxtını ala bilər, əsəblərini korlaya bilər, nəticələr də yaxşı olmaya bilər.

Əgər problem həll etməyin sürətli yolu varsa, vaxtda udursunuzsa, o zaman xidmət qarşılığı pul ödəyin. Sonra ikiqat ödəməli olmayasınız.

10. Bu anla yaşamayın

Təəssüflər olsun ki, bir çox insan özünü həmin anın ləzzətindən məhrum edə bilmir: «bunu da istəyirəm», amma nə üçün — bilmək olmur. Bu pul məsrəfinin nə perspektivi var. Bəli, bloq işlətmək üçün, kitab yazmaq üçün noutbuk almaq faydalıdır, amma oyun oynamaq üçün, seriallara baxmaq üçün deyil.  

Həyatınızı gələcək istək və arzulara görə qurun, bu gün üçün deyil. Planlar hər an reallaşmır, amma önəmli olan yığmaq, ehtiyat saxlamaq vərdişinin olmasıdır.

http://lifehacker.ru

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin