Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Uğurlu CV necə olmalıdır?

CV - bir işə qəbul olmaq üçün çox əhəmiyyətlidir. CV sizin peşəkar profilinizi təqdim edir. Odur ki, onu düzgün tərtib etmək vacibdir.

Düzgün CV hazırlamaqla əmin ola bilərsiniz ki, sizi işə qəbul edəcəklər. Əgər CV-niz dolğun deyilsə, bilin ki, işə götürən sizi axtarmayacaq.

İşə götürənin əlindən yüzlərlə CV keçir. Sizin CV-nizə cəmi 2-3 dəqiqə vaxt ayrılır, elə yazmalısınız ki, bu qısa zaman ərzində sizin peşəkar keyfiyyətlərinizlə bağlı dəqiq və lazımlı məlumatlar verə biləsiniz.

CV-ni necə hazırlamalı?

Öncəliklə CV-nin formatına diqqət etmək lazımdır. Əmin olun ki,  CV-ni A4 vərəqində çap formatında tərtib edirsiniz (əllə yazılan CV qəbul edilmir). Mətn bir səhifəlik olmalıdır. Şriftin ölçüsü normal, oxunaqlı olmalıdır.

CV-nin stili aşağıdakı kimi olmalı:

  • qısa
  • konkret
  • dolğun (uzun uzadı yazmağa gərək yoxdur)
  • doğru

CV-də nələri yazmaq lazımdır?

1. Şəxsi məlumatlar: Ad, soyad, atasının adı. Doğum tarixi, ailə vəziyyəti, ünvan, telefon nömrəsi, faks, e-mail.

2. Məqsəd: vakansiya, hansı vəzifəyə müraciət edirsiniz

3. Təhsil: Yenidən köhnəyə doğru təhsil aldığınız yerin adı və ixtisası yazırsınız. Orta məktəb təhsilini qeyd etməyə bilərsiniz (əgər xüsusi tədris mərkəzi olmayıbsa). Tədris müəssisəsinin adı, fakültə,diplomda göstərilən  ixtisas qeyd olunmalıdır.

4. Əlavə təhsil: Bu kateqoriyaya keçdiyiniz kursların, təcrübə proqramlarının, seminar və treninqlərin  adını yaza bilərsiniz. Müraciət etdiyiniz vakansiya üzrə uyğun olan seminarları seçin. Hamısını yazmağa gərək yoxdur.

5. İş təcrübəsi: Burada işlədiyiniz yerlərin adını yazırsınız. En son çalışdığınız yeri birinci qeyd edirsiniz, daha sonra yenidən köhnəyə olmaq şərtilə sıralama edirsiniz. İşə qəbul olduğunuz tarixi (ay və il) və işdən ayrıldığınız tarixi qeyd edirsiniz. Eləcə də çalışdığınız işdə vəzifənizi qeyd edirsiniz.

6. Əlavə məlumatlar: Buraya siz özünüz haqqında ən yaxşı keyfiyyətləri sadalaya bilərsiniz. İşə götürənin haqqınızda müsbət fikir formalaşması üçün əlavə məlumatlar yaza bilərsiniz. Dil bilgisi (bildiyiniz xarici dilləri və bilik səviyyəsini qeyd edin), kompüterdən istifadə bacarığınız (bildiyiniz kompüter proqramlarını qeyd edin), sürücülük vəsiqəniz varsa qeyd edin, şəxsi avtomobil varsa yazın, xarici pasport varsa qeyd edin. Ola bilsin ki, sizi qeyri-iş günlərində ezamiyyətə göndərdilər. Şəəxsi keyfiyyətlərinizdən yaza bilərsiniz: enerjili, özünə və başqalarına qarşı tələbkar, yaxşı təşkilatçı və.s. Unutmayın ki, yazdığınız keyfiyyətləri iş prosesində göstərməyi bacarmalısınız.

7. CV tarixi.

 Nələri daxil etmək lazım deyil:

  • bütün iş təcrübənizi
  • fiziki məlumatlar
  • foto
  • öncəki işdən çıxma səbəbləri
  • əmək haqqı tələbi

Beləliklə,

CV-nin məqsədi odur ki, siz özünüz haqqınızda nə düşünürsünüz və başqalarından fərqiniz nədir göstərsin.

CV-nin əsas prinsipi-bütün üstünlüklərinizi vurğulamaq və çatışmayan tərəflərinizi gizlətmək.

Yekun

Məqalədən anladınız ki, CV-ni müəyyən qaydaya əsasən hazırlamaq lazımdır.

Əslində bu o qədər də vacib deyil.

Misal üçün, bu yaxınlarda saytda "Vakansiya" bölməsində maraqlı məlumata rast gəlmisiniz:

"Bir şeyi unutmayın: əgər siz mənə standart, dayaz, amerikan bürokratiyası ilə hazırlanmış CV göndərsəniz, anındaca kənara atılacaq. Heç bir motivasiya və işə, kollektivə məhəbbət barədə məlumat maraqlı deyil. Biz məhz bizim üçün yazılmış CV istəyirik, (yüz yerə göndərmək üçün hazırlanan CV yox) şablonsuz, tövsiyəsiz. Az bizi qane etmir.

Yaradıcı CV hazırlamağın yolları

Son zamanlar CV-lərdə yaradıcı olmağa üstünlük verilir. Siz müsbət və uyğun namizdə kimi görünməklə kifayətlənməli deyilsiniz. Həm də işə götürəni xoş mənada heyrətləndirməlisən.

Çünki yaradıcı yanaşma onu göstərir ki, sən daha çox şeyə qadirsən və hətta gözləniləndən daha artığını bilirsən. Bu gün rəhbərliyi bütün qaydalara əməl edən, sistemli işçilərdən çox, hansısa problemi həll etmək üçün ağıllı təkliflər verməyi bacaran insanlar cəlb edir.

Yaxşı olar ki, CV-nizdə gələcək işləriniz barədə məlumat olsun.

Dizayn studiasında işə düzəlmək istəyən dizayner CV-ni gləcək iş yeri tərzində tərtib edə bilər.

Qərbli fotoqraf öz miniatür xidmətlərini plastik qəlib üzərində işləyərək həmin şirkətə CV əvəzi göndərmişdir.

CV-də sadəcə qrafika və infoqraflardan istifadə etmək olar.

Və özünüzü iş barəsində tərifləməyi unutmayın. Hər işə götürən onu arzulayır ki, yeni gələn işçi problemləri həll etməyi bacarsın, odur ki, bu qabiliyyətinizi mütləq vurğulayın.

Foto: easttenthgroup.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin