Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Barama-ideyaların reallaşdığı məkan

Hər bir ideyanın reallaşmasına böyük bir dəstək və kömək tələb olunur.

Ölkəmizdə potensialı olan Genclərin ideyalarını reallaşdırmaq üçün bir neçə inkubasiya Mərkəzləri mövcuddur. Barama İnnovasiya və Sahibkarliq mərkəzi də Azərbaycanda sahibkarlığa və ideyaların  şirkətləşməsinə böyük bir dəstək və yardım edən bir mərkəzdir.

Barama Azercell Telekom şirkətinin ən uğurlu layihələrdən biri olaraq  2009-cu ildən fəaliyyət göstərir və biznesə başlamaq istəyən innovativ ideyalı Genclər üçün yeni imkanlar yaradır. Bizim mərkəz gələcək sahibkarların ideyalarının daha effektiv reallaşması üçün gərəkli olan avadanlıqlarla təchiz edilib. Ofisin böyük bir üstünlüyü ondadır ki, burada Genc sahibkarlar günün 24 saatı fasiləsiz olaraq işləyib mərkəzin imkanlarından yararlana bilərlər.

Baramanın dəstəyi ilə bir sıra uğurlu layihələr icra olunub.

Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlamış, onlardan 20-i uğurla başa çatmış və hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranmışdır. Bir layihə Amerika Birləşmiş Ştatlarında, Silikon Vadisində şirkətləşib.

Hazırda Baramada bir çox sahələr üzrə müxtəlif layihələr həyata keçirilir.

Onlardan biri də Azərbaycanda ilk yerli  “Ağıllı ev xidmətləri “ göstərən Sumaks layihəsidir.

Başqa uğurlu layihələrdən biri Barama Media qrupun – Audiobook ve Barama TV kimi layihələridir.

Barama  İnnovasiya mərkəzində turizm, təhsil, yüksək texnologiyalar  ve başqa istiqamətdə olan ideyalar ve layihələr çalışır.

Əgər biznes qurmaq çoxdankı  arzunuzdursa  o zaman Barama İnnovasiya Mərkəzi sizə dəstək olmağa hazırdır.

Bizimlə bir çalışmaq istəsəniz  www.barama.az  saytına daxil olarkən layihəniz haqqında məlumat verə bilərsiniz.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin