Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

E-mail yazmaq qaydaları

E-maili düzgün yazmaq haqqında müxtəlif  qaydalar var. Onların bəzilərini sizə təqdim edirik:

Qısa və yığcam olun, hədəfə doğru yönəlin.

E-maili lazım olduğundan daha uzun yazmayın. Unutmayın ki, e-mail oxumaq kağızdan oxumaqdan daha çətindir.

Bütün sualları cavablandırın və daha sonradan verilə biləcək sualları təxmin edin.

E-mail-də bütün suallar cavablandırılmalıdır. Yoxsa növbəti dəfə siz cavablandırılmamış suallara görə yenə eyni sualı almalı olacaqsınız.

Sözləri düzgün yazın, qrammatikaya və durğu işarələrinə fikir verin.
Yazıda  olansəhvlər sizin savadınızla bağlı qarşı tərəfdə təəssürat oyadır.
Cavabı gecikdirməyin.

Hər bir e-mail 24 saat ərzində cavablandırılmalıdır.

Lazımsız fayllar əlavə etməyin.

Çox böyük faylın göndərilməsi onu alanı bezdirə bilər. Odur ki, çalışın faylları yığcam edəsiniz. Bundan əlavə sizin çox yaxşı anti virusunuz olmalıdır ki, məktubu alan şəxsin kompüterinə virus düşməsin.

BÖYÜK HƏRFLƏRLƏ (CAPSLOCK-la) yazmayın.
BÜTÜN HƏRFLƏRİ BÖYÜK YAZIRSINIZSA BU ELƏ TƏƏSSÜRAT OYADA BİLƏR Kİ, SİZ QIŞQIRIRSIZ.

E-mail zəncirini qırmayın.


Həmişə CVB (cavab)  (RE: - reply) yazın. Əgər siz çox e-mail alırsızsa hamısının məzmununu yadda saxlaya bilməzsiniz. Ona görə də həmişə mütləq Reply edin. Yeni mail yazmayın. Sonradan bütün informasiyanı axtarıb tapmaq çətinləşəcək.

Çox adama məktub göndərirsinizsə:


E-mail göndərdiyiniz bütün ünvanları “To”, yəni “kimə” bölməsində yazmayın. Bunun 2 səbəbi var: birincisi, məktubu alan şəxs bilir ki, siz onu başqa adamlara da göndərmisiniz. İkincisi, siz məktub göndərdiyiniz hər bir şəxsin şəxsi elektron ünvanını onun icazəsi olmadan yaymış olursuz. Buna görə də siz ünvanları To: yox BСC: sətrinə qoyursuz. Bu zaman məktubu alan şəxs sizin bu məktubu yalnız ona şəxsən göndərdiyinizi görür.

Qısaltmalara və emosiyalara fikir verin:


Biznes məktubu yazarkən çalışın BTW (by the way) və ya LOL (laugh out loud) kimi qısaltmalardan istifadə etməyəsiz. Çünki məktubu alan şəxs bunun mənasını bilməyə bilər .

“Başlıq” (Subject) seçməyi unutmayın!

Elə"Subject" seçin ki, sizə aydın olduğu qədər, e-maili alan şəxsə də aydın olsun.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin