Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

TOEFL-dan uğurlu nəticəni necə əldə edə bilərsiniz?

Son vaxtlar TOEFL ilə maraqlanan və xaricdə oxumaq marağında olan Genclərin sayı artıb. İngilis dili səviyyəsini ölçən TOEFL xalı nə qədər yüksək olsa, tələbələr xarici universitetlərə ərizə ilə müraciət etdikdə o qədər çox qəbul olmaq və təqaüd tapmaq imkanları qazanarlar. TOEFL imtahanını verməyi planlaşdıran Genclər üçün tövsiyələr:

İlkin bilik səviyyəsi: TOEFL-a başlamaq üçün ən azı “Intermediate” (orta) səviyyədə ingilis dili biliyi vacibdir. Təbii ki, əgər 95-100 xalı hədəfləyirsinizsə. 100 dən çox yığmağı hədəfləyənlər gərək daha çox zəhmət çəksinlər. İngilis dili bazanız nə qədər güclüdürsə, o qədər qısa müddətdə yaxşı xal yığa bilərsiniz. Məsələn, Advanced-la (üst) başlayanlar 3 ay sistemli hazırlaşmaqla asanlıqla 100-dən çox xal yığa bilərlər asanlıqla.

Repetitor: Əgər sizin üçün fərdi hazırlaşmaq ilkin olaraq bir az çətindirsə, o zaman mütləq müəllim ilə hazırlaşmağınız məsləhətdir. Unutmayın ki, TOEFL təkcə dil biliyinizi ölçmür,  bu bir bacarıq imtahanıdır. Bunun üçün əvvəlcə mütləq imtahan ipuclarını öyrənməlisiniz.

Müddət: Nə qədər müddət hazırlaşmağınız çox önəmlidir. Sistemli olaraq 3-4 ay hazırlaşıb yüksək xal yığmaq mümkündür. Təbii ki, gündəlik vaxt sərfini nəzərə almaq önəmlidir. Gün ərzində minumum 3-4 saat çalışmalısınız.

Ədəbiyyat: Hansı kitabla və hansı ardıcıllıqla başlamağınız çox önəmlidir. Məsləhətli kitablara bunlar daxildir; Delta, Barrons, Longman, Kaplan, Cambridge, Princetown Crack TOEFL IBT, Official TOEFL IBT.

Delta - sürətli başlamaq və TOEFL-a alışmaq üçün ən yaxşı kitabdır. Xüsusən, əgər digər kitablardakı sözlər sizə çətin gəlirsə və mətnlər çox ağır görünürsə, DELTA ilə hazırlaşmağa başlayın. Bu kitab ilkin bacarıqlarla yiyələnmək üçün ("capacity building") üçün əladır. Yaxşı ingilis dili biliyiniz varsa, bu kitabı çox tez bitirib digərlərinə keçid eləmək olar.

Barrons -da biraz uzun amma asan reading-lər (oxu mətnləri) var. Mətnlərdə Delta-ya nisbətən çətin sözlər çoxdu. Barrons kitabının listening-i (dinləmə) daha sürətli və sayca daha çoxdur. Yaxşıca TOEFL listening xalı istəyirsinizsə onda Barrons-un listening-ləri ilə "Qulağınızı sındırın".

Longman – “Listening”i çox rahatdır, amma test sualları bir az dolaşıq (tricky) olduğundan Longman təcrübəsi əsl imtahanda yaxşı mənada belə problemlə üzləşməyəcəyinizə qarantiyadır. “Reading”lər çox məsləhətlidir.

Kaplan – “Reading”lər nisbətən çətindir. Məsləhətdir ki, bu kitabı ancaq sınaq testi kimi istifadə edəsiniz. Xüsusən də, imtahana girməmişdən əvvəl.

Cambridge - bütün 4 hissə üzrə digər TOEFL kitablarının ən mükəmməlidir. Speaking (danışıq) bölməsi və misalları çox əladır. Kitabın diskində 7 sınaq testi var. Məsləhətdir ki, imtahandan 2 həftə öncə bu kitaba diqqət yetirib, bütün testləri edəsiniz. Məsələn, bu kitabla edilən praktiki test xalları real imtahan xalına çox yaxın olur.

Princetown Crack TOEFL IBT - Sadəcə əlavə test kimi istifadə etmək üçün məsləhətdir. Bəzi qısa texniki və strateji amilləri öyrədir.

ETS Official TOEFL IBT - Son 3 gün bu kitabdakı tam praktiki testləri etsəniz, imtahanda speaking və writing (Yazı) hissəsində sizə çox kömək edəcək.

Tələb olunan bacarıqlar: TOEFL heç də tam olaraq inglis dili biliyinizi ölçmür, daha çox sizin burada müəyyən bacarıqlarınız qabarıq şəkildə üzə çıxır.

Reading -  Məntiqi olaraq cümlələri bir birinə bağlayıb lazım olan mesajı almaq, ümumiləşdirmək üçün lazımdır. Burada biraz da məntiq lazımdır. Məsələn, sinonimləri bilməsəniz də biraz ingilis dili biliyi ilə bu suallara çox asan cavab tapa bilərsiniz.

Listening – Təcrübə, təcrübə, təcrübə! Mətnin səslənişindən hiss edə bilirsiniz ki, sizə hansı suallar düşəcək, bunun üçün çoxlu sayda “listening” etmək və sualların tiplərini yaxşıca müəyyənləşdirmək lazımdır.

Speaking - Çoxlu esse oxumaq və bu mövzular ətrafında danışmaq lazımdır. Daha yaxşı olardı ki, ilk əvvəldən özünüz üçün çox qısa bir neçə şablon hazırlayasınız. Düşən sualdan asılı olaraq mövzu ilə daha yaxşı manipulyasiya edə bilməyiniz üçün bu şablonlar çox kömək olur. Ən yaxşı üsul çoxlu “reading”lər oxumaq və bir az da qlobal mövzulardan anlayışa sahib olmaqdır.

Writing - Independent bölümü üçün 2 kitab var.  "185 TOEFL writing  topics". Əgər yeni ideyalar tapmaqda biraz çətinlik çəkirsinizsə, onda bütün topicləri oxuyun. Bu həm də speaking üçün çox kömək edəcək. Integrated  bölümü üçün ETS official Guide to IBT və Cambridge!!! Ümumiyyətlə writing ən asan hissədir, 2 həftə yaxşı hazırlaşıb, asanlıqla 26-27 yığmaq olar.

Təcrübəli olanlarla ünsiyyət: Bacardıqca yaxşı TOEFL təcrübəsi olan insnalarla söhbət edin, onların təcrübəsini soruşun və ya bir yerdə çalışın. Nəticəsini imtahanda hiss edəcəksiniz.

Kənar təsirlər: İmtahanda hazırlıqda əlavə kənar təsirlər (externalities) olur. Buna görə psixoloji olaraq hazır olmaq lazımdır. Əks halda imtahan uğursuz olar. Ən yaxşı hazırlıq isə POZİTİV olmaq, GÜLMƏK və hər şeyin gözəl olacağına inanmaqdır!

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin