Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

"CYCLEE cihazının yayın axırlarına doğru istehsal olunacağını gözləyirik"

Azərbaycanlı dizayner Elnur Babayev yeni layihəsi olan “Cyclee” ilə bu günlərdə diqqət mərkəzindədir. Bu layihə sayəsində velosiped sürmək daha təhlükəsiz olacaq. Layihə haqqında daha ətraflı layihənin müəllifi Elnur danışır:

CYCLEE nədir?

CYCLEE, qısaca, velosipedçilərin gecə velosiped sürüşlərini təhlükəsiz şəkildə sürmələri üçün bir cihazdır. Bu cihaz arxadan gələn maşın sürücüsü tərəfindən velosipedçini görməyə imkan yaradır. İşləmə prinispi çox bəsitdir, velosipedin arxasına quraşdırılan kiçik cihaz velosiped sürücüsünün bel nahiyəsinə 4 işarə əks etdirir. Bunlar «stop», «sağa — sola dönmə» və standart velosiped işarəsidir. Heç bir xüsusi hərəkət olmayan zaman velosiped işarəsi görsənir. İşarələr sürücünün hərəkətlərinə görə dəyişir

CYCLEE ideyası necə fikrinizə gəlib?

Deməli, mən onsuzda Sənayə Dizaynı məzunuyam, 2005-ci ildə Türkiyədə Middle East Tech University-nin Industrial Product Design fakultəsini bitirmişəm, və bu tipli ideyaları mütamadi olaraq fikirləşirəm. İndustrial Design-ın məqsədi bazarda olan sənayə məhsullarına bir həll yolu tapmağdır. CYCLEE-ni düşünməyə başlayanda velosiped sürücülərinin qəza problemlərinin daha yaxşı həll yolu necə tapa bilərəm deyə fikirləşdim. Bazardaki digər məhsulları araşdırdım, başqa həll yolları da var. Məsəl üçün, asfalta lazer ilə işıq vururlar, fikirləşdim, hansı ki, bu çox da effektiv deyil. Bu həllin əsas problemi işarənin çətin görünməsidir.

İdeyanın hansı aspektləri artıq reallaşdırılıb?

İdeya hal-hazırda test mərhələsindədir, və ortada real məhsul hələ ki yoxdur. Real məhsulun yayın axırlarına doğru istehsal olunacağını gözləyirik. Hüquqi məsələlərə gəldikdə, patent və müəllif hüquqları məsələləri üçün prosedur başlanılıb. Onu da qeyd etmək lazımdır ki, artıq işlə maraqlanan yerli investorlar da var.

Belə bir cihazın istehsalı baha başa gəlir? İdeya reallaşarsa, istifadəçilər bu cihazı hansı qiymət civarında əldə edə biləcəklər?

Ümumiyyətlə, sənayədə məhsulun ilkin qiyməti onun qəlibindən asılıdır. Lakin, qəlib hazırlanandan sonra növbəti istehsalatlar artıq nisbətən ucuz olur. Satış qiymətinə gəldikdə isə, digər standart həll yolları civarında olacaq. Təxmini, 30-40 ABŞ dolları civarında olacağını düşünürük, sadəcə, həmin qiymətə daha yaxşı həll yolu təklif edirik.

Bu ideyanın uğurla tamamlanmasına nə dərəcədə inanırsınız?
Açığı, ümid etmək pis bir şey deyil (gülür). İnanıram ki, alınacaq. Hal-hazırda, hər şey öz yolu ilə gedir, və ümid edirəm ki, tərs gedən heç bir şey olmayacaq. Yatırımçı şirkət artıq bu işin Avropadaki mütəxəssisləri ilə danışıb, və bu işlərdə əvvəlcə təcrübəsi olan şirkətlərlə iş görüləcək. İşi risk altına atmaq kimi bir versiyamız yoxdur.

İnvestorlar artıq maraq göstərirlər?

Qeyd etdiyim kimi, investorlar əlbətdə ki, maraq göstərirlər. Yerli investorlarnan artıq anlaşmışam. Amma, hal-hazırda dünyanın hər yerindən hələ də təkliflər gəlir. Həmçinin, istehsal olunandan sonra fərqli ölkələrdə cihazın satışını əldə etmək üçün də təkliflər gəlir. Bununla əlaqədar, Azərbaycanda CYCLEE adında bir şirkət qurulub, və anlaşma ilə əlaqədər bütün maraqlananları onlara yönləndirirəm.


Sosial media istifadəçiləri ən çox bu sualı verirlər: Mən qırmızı rəngdə köynək geyinirəmsə, işarələr köynəyin üzərində görünəcək?

Əslində bu cihaz gecə sürüşü üçündür, çünki, gündüz sürüşündə onsuzda velosipedçi görünür. Qəzaların çoxu da məhz gecə baş verir. Gecə vaxtı ağ rəngdə köynək belə geyinsəniz, yenədə işarələr görsənəcək. Amma buna baxmayaraq, biz bunu yenədə nəzərə almışıq, və bu işığın gücünü Avropada mütəxəssis bir şirkətə həvalə etmişik. Biz örnəklərə də nəzər yetirmişik, və onların işıq gücü gündüz vaxtı belə görsənə bilir.

CYCLEE ideyasından başqa startup tipli ideyalarınız var?

Bəli, var. Əslində, buna qədər də məndə bir neçə idəya var id. Açığı, son bir ildə bir neçə yer axtarırdım ideyalarımı satmaq üçün, lakin, tapa bilmirdim. Bu dəfə isə belə oldu ki, təkliflər özləri məni tapmağa başladı. Hal-hazırda daha bir neçə ideyam var, onları da inkişaf etdirib reallaşdırmağa çalışacam.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin