Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Leyla Abbasova: "Təcrübə toplamaq və təhsili davam etdirmək lazımdır"

Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvü Leyla Abbasovadır.

İngiltərədə hansı ixtisas üzrə təhsil almısınız?

-Hal-hazırda da “PASHA İnşaat” MMC-də mühasib vəzifəsində işləyirəm. Ümumiyyətlə, mənim çalışdığım sahə daim yenilənən və inkişafda olan sahə olduğundan öz biliklərimi təkmilləşdirmək üçün 2013-2014-cü illərdə Mühasibatlıq və Maliyyə İdarəetməsi üzrə Essex Universitetində magistr pilləsini bitirdim. Onu da qeyd edim ki, orada təhsil sistemini, müəllim-tələbə münasibətlərini, tələbəlik həyatını və yaşam tərzini o qədər bəyəndim ki, hətta doktorantura pilləsi üzrə təhsilimi davam etdirmək haqqında da düşünürəm. Sadəcə qayıtdıqdan sonra müəyyən işlər var ki, onlarla məşğulam və ona görə bu planı müəyyən müddətə təxirə salmışam. Hesab edirəm ki, təcrübə toplamaq lazımdır və daha sonra təhsili davam etdirmək olar.

Bildirdiniz ki, İngiltərədə həyat tərzini çox bəyəndiniz. Bəyəndiyiniz hansı əsas məqamları qeyd edə bilərsiniz? 

- İngiltərədə təhsil almağı ona görə seçdim ki, London dünyanın aparıcı maliyyə mərkəzlərindən biri sayılır. Düşündüm ki, maliyyə sahəsi üzrə biliklərimi məhz orada zənginləşdirə bilərəm. Bundan əlavə İngiltərə mənim çox bəyəndiyim və xoşladığım bir ölkədir. Təhsil almazdan əvvəl bir neçə dəfə turist kimi orada olmuşam.

Bəs universitet həyatı, təhsilinizlə bağlı çətinlik yaşamadınız? Nəzərə alsaq ki, bizim təhsil sistemlərimiz fərqlidir...

- Düşünürəm ki, təhsil sistemlərimiz fərqli olsa da əgər tələbə qarşısına məqsəd qoyubsa, bütün çətinliklərə baxmayaraq oxuyacaq və təhsilini yekunlaşdıracaq. Bundan savayı xasiyyətimdə yarımçılıq olmadığından əgər bir problemlə rastlaşsaydım da iradəm və məqsədyönlülüyüm üstün gələrdi.

Qayıtdıqdan sonra adaptasiya problemi yaşamadınızmı? Bizim həm də həyat tərzimiz İngiltərədən çox fərqlidir. 

- Müəyyən qədər problem oldu. Lakin ailəm, buradakı dostlarım, yaratdığım kiçik ünsiyyət mühiti adaptasiya prosesini sürətləndirdi.

Xaricdə aldığınız təhsili işinizdə necə tətbiq edirsiniz?

- Hazırda praktikada beynəlxalq maliyyə standartlarının tətbiq olunması prosesi gedir. Bir çox ölkələr bu standartları qəbul edib. Biz də bu prosesin içindəyik. Hazırladığımız maliyyə hesabatları həmin standartlar üzərində qurulur. Və bu sahə üzrə aldığım təhsil mənə çox kömək olur.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin