Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Amerikada magistratura oxumaq üçün nə etmək lazımdır?

Hər il minlərlə bakalavr tələbəsi təhsillərinin növbəti mərhələsini Amerikada davam etdirmək üçün 16 mindən çox Amerika universitetinə müraciət edir. Əgər siz də onlardan biri olmaq istəyirsinizsə, o zaman aşağıda sizi gözləyən prosesi addım-addım izləyin.

Ümumiyyətlə, harda olmağından asılı olmayaraq magistratura oxumaq istəyirsinizsə, ilk növbətə gözləntilərinizə uyğun universiteti müəyyənləşdirməlisiniz. Sizə uyğun universiteti tapmaq üçün aşağıdakı önəmli amilləri nəzərə almalısınız:

Təhsil haqqı

Unutmayın ki, adətən Amerika universitetlərinin təhsil haqqı yüksək olur. Ancaq əgər bakalavr qiymətlləriniz  və ingilizcə bilginiz  yüksəkdirsə, ehtimal çoxdur ki, təhsil haqqınızı qarşılamaq üçün təqaüd tapa bilərsiniz və ya universitet sizə təhsil haqqında endirim edə bilər.

İngilis dili sertifikatı

Demək olar ki, bütün universitetlər xarici tələbələrdən akademik ingiliz dili göstəricisini sübut edən beynəlxalq ingilis dili imtahanlarının nəticəsini tələb edir. Buna görə siz universitetə müraciət edərkən, TOEFL və ya İELTS imtahanının nəticəsini də təqdim etməlisiniz. Nə vaxtsa bu imtahanlarından birini vermisiniz? Əgər cavabınız “yox” dursa, öncə bu imtahanlardan birinə hazırlaşmalısınız. TOEFL hazırlaşmaq üçün Amerikaya getməyə ehtiyac yoxdur. Bakıda xeyli sayda TOEFL hazırlıq kursları mövcuddur.

Universitet seçimi

Ən çətin mərhələ. 16 mindən çox Amerika universiteti arasından sizə gözləntilərinizə və tələblərinizə uyğun ən yaxşı universiteti tapmaq çox çətindir. Bu mərhələdə Amerika universitetlərdən məzun olmuş insanların təcrübələri çox yararlı ola bilər. Buna görə də çəkinmədən Amerika universitetini bitirmiş dostlardan və tanışlardan məsləhət ala bilərsiniz. Bundan başqa internetdə xeyli sayda forumlar tapa bilərsiniz. BU forumlarda universitetlərin hazırlı tələbələri və məzunları öz fikirlərini, universitet haqqında təəsüratlarını paylaşırlar.

Təbii ki, xaricdə təhsil ofislərindən də peşəkar məsləhətlər ala bilərsiniz. Nəzərə alın ki, bu xidmətlər ödənişli olacaq.

Universitetə müraciət

Ən çox diqqət ələb edən mərhələ. Unutmayın ki, bütün dünyadan olan tələbələr sizin rəqibinizdir. Ona görə də maksimum diqqətli olmalısınız. Amerika universitetlərinə qəbul prosesi uzun və səbr tələb edən prosesdir. Diqqət etməniz gərəkən ən önəmli məqam qəbul üçün son tarixlərdir (deadline). İndi Amerika universitetlərinin böyük əksəriyyəti online müraciətləri qəbul edir. Ancaq hələ də bəzi universitetlər ənəvi qaydada müraciətin və lazımlıq sənədlərin poçtla göndərilməsini tələb edir. Buna görə də, yaxşı olar ki, universitetə qəbul üçün bir neçə ay öncədən, hətta bir il öncədən hazırlaşasınız.  

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin