Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Beyin sağlamlığı üçün 5 faydalı vərdiş

Alzheimer xəstəliyi - ən çox yayılmış beyin xəstəliklərdən biridir, lakin bunun üçün hələki heç bir müalicə yoxdur. Lakin, həyat tərzinizi dəyişərək bu xəstəlik inkişaf riskini azalda bilərsiniz.

1. Sağlam qidalanma

Beyin üçün faydalı bir pəhriz özünə daha çox tərəvəz (xüsusilə yarpaqlı göyərti), giləmeyvə, qoz-fındıq, bütün taxıl, paxla məhsulları, zeytun yağı, dəniz, quşçuluğu daxil edir. Araşdırmaya görə, bu pəhriz Alzheimer xəstəliyinə tutulma riskini yetəri qədər azaldır.

2. Kifayət qədər yuxu

Alzheimer xəstəliyi zamanı beta amyloids deyilən maddələr beyində toplanır. Onlar xüsusi lövhələr yaradır ki, onlar da neyronlar arasında siqnalların ötürülməsinin qarşısını alır. Alimlər hesab edirlər ki, yuxu beta-amyloids səviyyəsini tənzimləməyə kömək edir və onların yığılmasının qarşısını alır.

3. Beyin məşqi

Son dövrlərdə yaddaşın yaxşılaşdırılmasını təmin edən müxtəlif oyunlar yaradılıb və çox məşhurlaşıb. Onlar müəyyən bacarıqların inkişafına kömək etdiyinə baxmayaraq, hələ ki, bizim həyatımıza xüsusi bir təsir etdiyi haqqında heç bir dəlil yoxdur.

4. Daha çox hərəkət edin

Lancet Nevrologiya jurnalında nəşr olunan bir araşdırmaya görə, ABŞ-da Alzheimer xəstəliyinin bütün hallarda beşdə biri bir oturaq həyat tərzi ilə bağlıdır. Başqa bir araşdırma əsnasında isə daha hərəkətli insanların bu xəstəliyə tutulma ehtimalının digərlərindən 40% aşağı olduğunu aşkar edilmişdir.

5. Ürəyinizin qeydinə qalın

Ürəyin sağlamlığına riayət etmək çox vacibdir, beynin fəaliyyəti bundan asılıdır. 25 illik tədqiqatın nəticələrinə görə, ürək çatışmazlığı və ya atrial fibrilyasiya kimi ürək xəstəlikləri olan insanlarda xeyli Alzheimer xəstəliyi riski xeyli artıq olur.

Bundan əlavə, qanda yüksək xolesterol səviyyəsi, yüksək qan təzyiqi və Alzheimer xəstəliyi arasında əlaqə tapılıb.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin