Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Cavid Məmmədov: "Əsl hədəfimiz yerli istehsal ənənəsi yaratmaqdır."

GencOl oxucularına daha bir istedadlı gənclə söhbətimizi təqdim edirik. Müsahibimiz Sumaks şirkətinin rəhbəri Cavid Məmmədovdur.  

Yeni texnoloji avadanlıqlar istehsalı ideyası nə vaxtdan sizi düşündürüb?

-Sumaks-dan əvvəl müşahidə edirdim ki, ölkəmizdə istifadə olunan texnoloji avadanlıqlar demək olar ki, hamısı xaricdən gətirilir. Bu məni olduqca məyus edirdi. Düşünürdüm ki, həqiqətənmi ölkəmizdə bu cür avadanlıqlar hazırlaya biləcək insanlar yoxdur? Bir müddət sonra sualıma cavab tapa bildim və olduqca istedadlı insanlarla tanış oldum. Bu insanlar öz sahələrinin ən yaxşılarından idilər. Geriyə bu insanları bir ideya ətrafında birləşdirmək qalırdı ki, məhz həmin ideya da, Sumaks oldu.

Sumaks şirkəti nə vaxt yaranıb və əsas hədəf nədir?

-Sumaks 22 iyun 2014 cü ildə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində yarandı. Əsas hədəfimiz bir ənənə yaratmaqdır. Bu texnoloji cihazların yerli istehsal ənənəsidir. İnanırıq ki, bu ənənə formalaşacaq inkişaf edəcək və Sumaks öz istehsalı olan cihazları dünyaya çıxaracaq. Bugün bu bir çoxları üçün xəyal kimi görünə bilər. Amma əmin olun ki, Sumaks bu hədəfə doğru dayanmadan addımlayır.

"Avtomaks" cihazının əsas özəllikləri nədir? Nə vaxt istifdəyə buraxılacaq? 

-Sumaks şirkəti bugünə kimi müxtəlif növdə 5 cihaz ərsəyə gətirməyi bacarıb. Bunlardan biri istehsalı yekunlaşmış və hazırda alıcılara sınaq üçün təqdim olunan avtomobillərin təhlükəsizliyi və nəzarəti üçün planlaşdırılan Avtomaks cihazıdır.

Bu cihaz necə ərsəyə gəldi? Komandanız kimlərdən ibarətdir?

-Avtomobili olan dostlarımızın bir çoxu evakuator problemi ilə üzləşirdilər və bu haqda danışanda bunun qarşısını necə ala bilərik deyə düşünürdülər. İdeya da, məhz burada yarandı. Qərara gəldik ki, bir cihaz hazırlayaq və bu cihaz evakuator avtomobili çəkmək istədiyi anda dərhal sürücüyə məlumat versin. Bununla da sürücü vaxtında avtomobilinə çatdıqda yerində cərimə ödəməklə avtomobilini qoruya bilsin. Cihazı hazırlamağa başladıqda daha çox funksiyalar düşünməyə başladıq və nəticədə indiki Avtomaks cihazı ərsəyə gəldi.

Komandanız kimlərdən ibarətdir?


-Hazırda komanda 11 nəfərdən ibarətdir. Proqramçı komanda - Cahangir Şəbiyev, Tural Müzəffərli, Bəxtiyar Fərəyev, Günay Abdullayeva. Elektronika komandası - Elgün Həsənli, Sənan Quluzadə. Marketing Satış - Tural Abbasov, Orxan Quluzadə, Heydər Əliyev. PR - Ləman Səfərli.

Gələcək planlarınız?

-Hazırda Avtomaks cihazının kənd təsərüfatı, valideyn nəzarəti kimi formalarını araşdırırıq və cihazın bu sahələrə də tətbiq olunmasının yollarını axtarırıq. Cihazın ixrac potensialını da, nəzərə alaraq qonşu ölkələrin bazarını da diqqətlə araşdırmaqdayıq. Güman edirəm ilin sonuna kimi, Sumaks artıq məhsullarının ixracına da başlaya biləcək.

Bundan əlavə Sumaks, ölkəmizə faydalı olacağına inandığımız elektronika laboratoriyanın qurulmasında da maraqlıdır. Hazırda bununla bağlı biz tərəfdən müəyyən addımlar atılır. Məqsədimiz, belə bir laboratoriya qurmaqla bir çox istedadlı insanı bu mərkəzdə birləşdirmək və yeni cihazlar yaratmaqla yerli istehsal ənənəsini inkişaf etdirməkdir

Şərh yaz (1)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

Zeynal Selver / 23 fev, 2016 15:32:01

ugurlar

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin