Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Onlayn təhsil üçün 10 resurs

Hazırda distant/məsafəli təhsil sürətlə inkişaf edir, indi demək olar ki, istədiyin sahə üzrə tam şəkildə onlayn təhsil ala bilərsən. Bu tip təhsilin üstünlüyü odur ki, burada fərdi yanaşma var, sərbəstlik, bir çox resurslara əlçatımlılıq, sosial bərabərlik və.s. kimi üstünlükləri var. Yeni bilgilər əldə etmək üçün böyük xidmətlər şəbəkəsi mövcuddur.
 

1. MIT Open Courseware

MIT’s Open Courseware müxtəlif sahələr üzrə, eləcə də Elektrik Mühəndisliyi və İnformatika üzrə 2100 kurs təklif edir. Pulsuz resurslara onlayn dərsliklər, imtahanlar, multimedia kontent, tapşırıqlar, layihələr və örnəklər-hamısı demək olar ki, MİT-nin son 10 illik faktiki kurslarından seçilən materiallardır. 

2. Coursera

Coursera aprel ayında təqdim olunub və artıq 1 milyon tələbəsi olan bir xidmətə çevrilib. Burada 33 universiteti əhatə edən 200-dən çox kursa yazılma imkanı var. Əgər sizin hələ də Coursera haqqında məlumatınız yoxdursa, qeyd edim ki, bu sayt-onlayn təhsil sahəsində startapdır. Stendford universitetinin professorları tərəfindən yaradılıb. Bu sayt sayəsində dünyanın ən yaxşı təhsil ocaqlarından sayılan bu universitetin interaktiv kurslarına yazıla bilərsiniz, onlayn oxuya bilərsiniz, oranın professorların mühaziərlərini dinləyə bilərsiniz. Və bunlar hamısı PULSUZDUR.

3. Udacity

Udacity – hazırda 14 dərsdən ibarət pulsuz servisdir. Burada dünyaca məşhur olan təlimçilər sizə dərs verir, çətin suallara cavab verilir. Bu kurslarda sizə təkcə kod yazmaq deyil, həm də riyaziyyat, fizika və hətta “Startap yaratmağın yolları” da öyrədilir.

4. Google Kod Universiteti

Google Kod Universiteti-Bu resurs sayəsində siz pulsuz olaraq Android platforması üçün kod yaza bilərsiniz. Eyni zamanda veb-təhlükəsizliyini təmin etmək üçün proqramlar da yaza bilərsiniz.

5. Codecademy

Codecademy –pulsuz olan məşhur saytlardan biridir. Bu portalda siz dotlarınızla birlikdə, komanda halında təhsil prosesinə cəlb olunursunuzsa, tədris oyun üzərindən gerçəkləşdirir.  Codecademy İlin Kodu adlı layihə də reallaşdırır. Deyilənə görə, bu ilin başında Nyu-Yorkun meri bu xidmət haqqında Twitter-də yazdıqdan sonra sayt daha da məşhurlaşdı.Mer yazmışdı ki, 2012-ci ildə o hazırlaşır ki, saytdan proqramlaşdırmanı öyrənmək üçün istifadə edəcək.

6. Xan Akademiyası

Xan Akademiyası yalnız proqramlaşdırma ilə bağlı deyil, eləcə də digər mövzularda kurslar təklif edir. Misal üçün, riyaziyyat (müxtəlif istiqamətlərdə çoxsaylı kurslar), elm, maliyyə və iqtisadiyyat və.s.

7. General Assembly


General Assembly onlayn tədrisdə nisbətən fərqli metoddan istifadə edir, canlı yayım vasitəsi ilə ödənişli sessiyalar təklif edir “Karkasdan HTML-ə qədər”.  Canlı yayıma qoşulmaq üçün elektron bilet alırsan, orada şifrə əldə edirsən.

8. Ruby Koans


Koans Ruby dilini, sintaksisini, strukturunu və bəzi funksiyaları öyrədən alətdir. Burada kitabxana da var.

9. Stack Overflow

Stack Overflow-Düzdür bu sayt bələdçi deyil, amma sizə yararlı ola biləcək tonlarla informasiya var. Sizə nəsə qaranlıq qalıbsa buradan asanlıqla əməkdaşlardan soruşub öyrənə bilərsiniz.  



10. Coder Dojo


Coder Dojos –burada proqramlaşdırma dilini öyrənmək istəyən gənclər toplaşır. Dojos-u könüllülər təşkil edir. Əgər siz dərs deyirsinizsə, və ya sadəcə bildiklərinizi paylaşmaq istəyirsinizsə bu resursdan istifadə etməlisiniz.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin