Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Xaricdə təhsil: İngilis dilini öyrənmək üçün 5 ən yaxşı məkan!

Xaricdə ingilis dili kurslarına getmək daha effektivdir. Bunun üçün ən uyğun ölkələr və kurslar aşağıdadır:

ABŞ

Amerika çoxsaylı tədris proqramları sayəsində milyonlarla insanın ən çox üz tutduğu ölkələr sırasındadır. Amerikada beynəlxalq tələbələrə sadəcə ingilis dilinin təməlləri öyrədilmir, eyni zamanda effektiv ictimai fəaliyyət, fərqli düşünə bilmək də təlimin bir hissəsinə çevrilir. İngilis dili kursları Amerikanın bir sıra şəhərlərində mövcuddur: Nyu York, Vaşinqton, Seattle, Havai…siyahı uzandıqca uzanır. Seçim edərkən önəmli olan odur ki, proqrama nələrin daxil olduğunu və nə istədiyinizi biləsiniz.

Ən məşhur məktəb İngilis Dili Mərkəzi sayılır (Los Anceles, Boston, Santa Barbarada yerləşir), daha sonra Kaplan Aspect (Nyu York, Filadelfia, Mayami, Çikaqo, və.s.) və Səfirliklərdə də ingilis dili kursları təşkil olunur, təkcə ABŞ-da deyil, Kanada, Avstraliya, İngiltərədə də qatılmaq olur. Yaşamaq üçün məkan seçərkən də unutmayın ki, elə təhsil mərkəzləri var ki, öz kampuslarında yer verirlər. Belə olmadıqda narahat olmayın, elə ailələr var ki, ucuz qiymətə onların evlərində yaşaya bilərsiniz, belədə həm də dilinizi inkişaf etdirmiş olarsınız.

Amerikada təhsil çox əyləncəli və faydalıdır. Orada dil səviyyənizi əldə etdikdən sonra universitetə daxil ola və daha sonra yaxşı iş tapa bilərsiniz.

İngiltərə

Çoxlarına bəllidir ki, ən yüksək səviyyədə ingilis dili dərsləri İngiltərədə tədris olunur. Fərqi yoxdur nə üçün istəyirsiniz dilinizi inkişaf elətdirməyi, universitet üçün, yoxsa kollecə görə, burada sizə elə tədris olunacaq ki, siz müəllim səviyyəsində yetişəcəksiniz.

İngiltərədə dil kursları müxtəlif səviyyələrdə tədris olunur, xarici tələbələr istər kampuslarda, istərsə də ailələrdə qala bilər. Ya da ev kirayələmək mümkündür, sadəcə olaraq yaşadığınız məkana görə qiymətlər dəyişir. Təhsil haqqı ucuz olmasa da buna dəyər. Burda əldə etdiyiniz diplom ilə ən prestijli universitetlərə qəbul ola bilər və gələcəkdə karyeranızı qura bilərsiniz.

Bu məktəblərə diqqət edin: EF (London, Manchester, Oxford, Cambridge, və digərləri), Regent Individual (London, Oxford, Cambridge, və Edinburgh), və London İncəsənət Universiteti (London).

Kanada

Kanadada bir neçə dil mərkəzi var ki orada xarici vətəndaşlar rahatlıqla ingilis dilini öyrənə vilir. Bunlardan ACCESS (Toronto), ILAC (Toronto, Vankuver), King George Beynəlxalq Kollec (Toronto, Vankuver, Victoria, Halifax, Surrey), Sprachcaffe (Ottava, Calgary, Montreal, və digərləri.). Burada təhsil xüsusi seminarlar, vörkşoplar şəklində keçir.

Sinqapur

İngilis dilini Sinqapurda öyrənmək? Sizə qəribə səslənə bilər. Əslində isə çox maraqlı bir seçim ola bilər. Sinqapur Asiyada İngilis dilində danışan mərkəz yer sayılır. Sinqapurda rəsmi dövlət dillərindən biri də İngilis dilidir və əhalının əksər faizi ingiliscə danışır. Burada ingilis dili proqramları həm uşaqlar, gənclər, həm də orta yaşlı insanlar üçün təklif olunur. Gündəlik danışıq dərsləri, akademik proqramlar sayəsində qısa zaman ərzində ingilis dilinizi inkişaf etdirə biləcəksiniz. Sinqapurda məktəblər: GEOS Sinqapur, Kaplan Ali Təhsil Akademiyası (KHEA), İnlinqua Sinqapur.

Rəngarəng Asiya ölkəsinə ziyarət et, həm zəngin mədəniyyətini öyrən, həm də ingilis dilini inkişaf elətdir.

Cənubi Afrika

Bəli, bəli, Afrika ingilis dilini öyrənmək üçün maraqlı yerlərdən biridir. Cənubi Afrikanın şüarı belədir-"Fərqli insanlar bir araya gəlsin." Keyptaunda dil öyrənərək həm də onun vəhşi təbiətində, dənizində başqa bir rahatlıq tapacaqsınız.

Cənubi Afrikada dil öyrənmək üçün ən yaxşı İnstitutlar bunlardır: LAL Keyptaun- Cənubi Afrikada ən böyük dil məktəbi sayılır, bundan başqa SASE məktəbi var (Cənubi Afrika İngilis Məktəbi) Beynəlxalq Ev və AvroMərkəz-in təcrübəli müəllimləri var, kurs bitəndə diplomlar təqdim olunur.

Yuxarıdakı ölkələr üzrə dil proqramlar aşağıdakı kimi komplekləşdirmək olar:

Ümumi proqramlar: bu proqramalara ingilis dilinin təməlləri və eyni zamanda ingilis dilli mütəxəssislərlə birlikdə dərslər də buraya daxildir.

İntensiv proqram: Burada dərslər sürətlə keçilir. Daha çox treninq materialları ilə tədris reallaşır. Buraya dinləmə, anlama, lüğət və danışıq daxildir.

Beynəlxalq imtahanlar üçün təlim proqramları. Xaricdə universitet oxumaq istəyirsiniz? İngilis dilində peşəkar səviyyəyə yiyələnmək istəyirsiniz? TOEFL, IELTS, GMAT kimi dünyada tanınan sertifikatları əldə edin.

Biznes proqramları. BU proramlar sırf işgüzar dili inkişaf etdirməyə xidmət edir.  

Yay proqramları. Yay tətilinizdə həm dincəlin, həm də dil öyrənin. İstirahət edərək, əyləncəli metodlarla dil öyrənmək çox effektivdir.

Özəl dərslər. Hər kəs özünə özəl müəllim seçə bilər və qrup halında deyil, fərdi məşğul ola bilər.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin