Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Dünyada ən populyar ev heyvanları

Ailəyə ev heyvanı seçmək gündəlik həyatın keyfiyyəti ilə yanaşı evə gətirməyi düşündüyünüz heyvanın sağlamlığına və rifahına təsir edən vacib qərardır. Hansı növ ev heyvanının sizə uyğun olduğuna qərar verərkən nəzərə almalı olduğunuz bir çox amil var: yer, qiymət, fəaliyyət səviyyəsi, ayıra biləcəyiniz vaxt və s.

Dünya üzrə ev heyvanı sahibliyi

Ev heyvanları dünyanın bir çox yerində həyatın vacib bir hissəsidir və inkişaf edən iqtisadiyyat həm də ev heyvanlarının sayının çoxalması deməkdir. İtlər və pişiklər ən məşhur ev heyvanlarıdır.

• Asiya- Bəzi Asiya ölkələrinin sıx məskunlaşmasına baxmayaraq, ev heyvanları dünyanın digər yerlərində olduğu qədər çox deyil. Çin adambaşına düşən ev heyvanları sayına görə ən geridə olan ölkələrdən biridir (11 milyon pişik və 26,8 milyon it), Yaponiyada isə adambaşına düşən ev heyvanlarının sayı daha çoxdur (9,8 milyon pişik və 13,1 milyon it).

• Afrika- Bir çox Afrika ölkəsində düzgün sorğu aparılmamışdır, buna görədə Afrikada nə qədər ev heyvanının olduğunu söyləmək çətindir. Efiopiyada təxminən 5 milyon it və 250.000 pişik olduğu ehtimal olunur. Cənubi Afrikalılar, pişiklərdən (2 milyon) artıq itlərə (7,4 milyon) üstünlük verirlər.

• Avstraliya- Ev heyvanları ilə əlaqədar ciddi məhdudiyyətlər və qaydalara görə, Avstraliyada ev heyvanları digər yerlərə nisbətən azdır (cəmi 3.5 milyon it və 2.4 milyon pişik).

• Avropa- Ümumdünya Heyvanların Mühafizəsi Cəmiyyəti (WSPA) 2008-ci ildə bu günə qədər Avropada ən böyük ev sahibliyi tədqiqatını aparmışdır və təxminən 6,7 milyon it və 9,8 milyon pişiyin olduğu təsbit edildi.

• Cənubi Amerika- Argentina Cənubi Amerikada ən çox ev heyvanları sahiblənən ölkədir. Sorğuda iştirak edənlərin 80% -i ev heyvanları saxladıqlarını bildirmişdir. Braziliya 75% ilə ikinci sırada gəlir.

• ABŞ- Tədqiqatlar göstərir ki, ABŞ ev heyvanı sahiblənməsinə görə dünyada beşinci yerdədir. Amerika Heyvan Məhsulları Birliyi tərəfindən edilən son bir araşdırmada, ABŞ-da ev sahibliyi yüksək səviyyədədir, itlər və pişiklər ən məşhur ev heyvanları olaraq qalırlar.

2007-ci il Milli Heyvan Sahibləri Sorğusuna görə Amerikada üstünlük təşkil edən ev heyvanlarının sayı aşağıdakı kimidir:

• 142 milyon rəngli balıq 

• 88,3 milyon pişik

• 74,8 milyon it

• 24,3 milyon kiçik heyvan

• 16 milyon quş

• 13,8 milyon at

Bütün ev heyvanları növündən asılı olmayaraq ildə azı bir dəfə baytar həkiminə aparılmalı və müayinə olunmalıdır. Bu vacib ziyarət onların sağlam qalmasını, zəruri peyvəndlər və infeksiya profilaktikaları almasını təmin edir. Həmçinin sahiblərinə ev heyvanlarının davam edən ehtiyaclarını və digər narahatlıqlarını müzakirə etmək imkanı verir.

 

Mənbə: lonetreevet.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin