Kinoteatrda və ya evdə film izləməyə başlayanda ilk olaraq kinostudiyanın loqosunu görürsünüz. Çox az adam bu loqoların mənası haqqında düşünüb, halbuki onların hər birinin maraqlı yaranma tarixi var.
1. DreamWorks Pictures
İlk olaraq düşünülmüşdü ki, DreamWorks loqosunda ay üzərində oturub balıq tutan kişi təsvir olunacaq. Bu işi yerinə yetimək Robert Hanta tapşırılmışdı. Əsas konseptdən başqa, rəssam kişi personaj əvəzinə uşaqla olan versiyanı irəli sürmüşdü. Nəticədə irəli sürülən variant təsdiqlənmişdi.
2. Columbia Pictures
Əlində məşəl tutan qadın 1924-ci ildə Columbia Pictures-in loqosuna çevrildi. Maraqlısı budur ki, bu fiqurun 1 konkret prototipi yox idi.
1992-ci ilə adi Amerikan ev qadını Cenni Cozef obrazı üzərində qurulmuş son variant təsdiqləndi. Lakin qadının üz cizgiləri loqonun ən son variantında çox dəyişdirilmişdi.
3. Metro-Goldwyn-Mayer
1924-cü ildə MGM loqosunun yaranması ideyası Hovard Ditsin ağlına gəlmişdi. Onun Kolumbiyada oxuduğu universitetdə “Şirlər” adı altında idman komandası var idi.
O dövrdən MGM öz loqosunda 5 fərqli şir şəkli təqdim edirdi. Bunlar Slats, Ceki, Tanner, Corc və Leo idi. Leo indi onların indiki ulduzudur.
4. Paramount Pictures
Paramount-un loqosu üçün rəssam Uiliam Hodkinson böyüdüyü Yuta ştatında yerləşən Ben-Lomond dağına çox oxşayan dağ şəkli çəkmişdi.
1914-cü ildə yaradılmış orijinal variantda 24 ulduz var idi: bu, studiya ilə müqavilə imzalayan aktyorların sayı idi. Hazırki variantda isə yalnız 22 ulduz var və heç kim bunun səbəbini bilmir.
5. Warner Brothers
Bu loqo çox sadə görünür: qalxan üzərində kompaniyanın qurucularının inisialları əks olunub (Uorner qardaşları). Buna baxmayaraq bu onların həqiqi soyadları deyildi.
Kinostudiya sahibkarların valideynlərin Rusiya imperiyasından immiqrantlar idilər, öz soyaqları isə Vonskolaser idi.
Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin
COX MARAQLIDI