Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Rəhbərlə əlaqələrinizi mükəmməl etməyin 5 yolu (eləcə də gələcək rəhbərinizlə)

 “İşçilərin motivasiyasını yüksəltmək üçün əvəzsiz alət odur ki, onların rəhbərliklə münasibətləri xoş olsun.” Karnegi Təlim mərkəzinin vitse prezidenti Pyer Palazzolo belə deyir.

Onun sözlərinə görə, rəhbərlə işçi bir-birini yaxşı tanıyırsa, kollektiv arasında da xoş münasibət olur. Palozzolo deyir ki, dövr dəyişib: “Bir neçə il bundan qabaq müdirdən heç bir şəxsi sual soruşa bilməzdik. İndi bu sərhədlər yox olub. İndi insanlar istəyir ki, onların həyatında nəsə mühim dəyişikliklər barədə digərlərinin bilməsini istəyir, xüsusilə, əgər bu yeniliklər iş prosesinə təsir edəcəksə.”  

Yaxşı bəs, rəhbərliklə korlanmış münasibəti düzəltmək üçün nə etmək lazımdır ki, maksimum xoş rəftar olsun və ya gələcəkdə işləyəcəyiniz müdirlə ən pozitiv münasibət qurmaq üçün yaxşı bir plan hazırlansın? Pyer Palazzolo və LinkedIn Karyera mərkəzindən Nikol Uilyams-ın birgə hazırladığı məsləhətləri aşağıda.

1. Əmin olun ki, müdir sizdən nə istəyir, onun hansı gərginlik altında çalışdığını bilin.

Adi bir faktdir ki, bir neçə on illiklərdən bəri müdirlər işçi arasındakı münasibət forması da dəyişib.

“İşə götürən hesab edir ki, o çox əmək sərf etməlidir ki, siz işdə qalasınız,” Nikol Uilyams belə deyir: “Buna görə də, o, düşünür ki, sizin əlinizdən tutub nəyisə izah etməyə, hər addımınız izləməyə gərək yoxdur.”

İndi ofis mühiti də dəyişib, yeni işçi nəsli yetişib ki, onlar da tamam fərqli iş tərzinə öyrəşib: “Bu yeni nəslə əmr verib, kontrol etmək əvəzinə, onlar rəhbərin ittihamlarını sorğu-sual edir, ondan gözləntiləri də çoxdur. Onlar daha çox empati istəyirlər.”

Nisbətən yaşlı nəslin nümayəndəsi olan rəhbərlər bu durumu rahatlıqla qəbul etməyə bilər. Telepatik qabiliyyətinizə güvənməyin, mümkün qədər rəhbərinizlə açıq olun, birbaşa deyin problemləriniz, və komandanız ilə bu problemləri necə həll edə biləcəyinizi də deyin. Rəhbərinizin tərzi və seçənəkləri ilə bağlı spesifik sual verməyi bacarın.

Palazzolo deyir ki, bir şeyi öyrənməyin ən asan yolu soruşmaqdır. Bütün detalları bilin, iş mərhələlərini hansı tezlikdə müzakirə etmək lazımdır, yaranan problemləri necə həll etmək olar. Bu nüanslara aydınlıq gətirin, təxmin etməyin, sizdən dəqiq nə istənildiyini bilin.”

2. Rəhbərlə aranızda inam yaradın, şəxsi yaşamınızı paylaşın, amma unutmayın ki, heç də hər rəhbər buna maraqlı olmur.

Uilyams və Palazzolo da qeyd edir ki, rəhbərlə işçilər arasında yaxşı anlaşma olarsa onlar birlikdə çox yaxşı komanda qura bilərlər. Uilyamsın sözlərinə görə ən yaxşı rəhbər-işçi münasibəti o yerdə olur ki, orada şəxsi həyat səviyyəsində dərin münasibət var, orada dərin empatiya və bir birinə qayğı var.

Amma unutmayın ki, heç də hər rəhbər sizin həftəsonu nə etdiyinizi və ya qaynınızla olan probleminizlə maraqlanmır. Bu halda siz siz başqa bir kommunikasiya şəkli qurmalısınız. Uilyams təklid edir ki, belə hallarda müdirinizdən onun keçmiş iş təcrübəsini soruşun. Bu mövzu ətrafında o xeyli səmimi danışa biləcək. 

Hazırki işə gəldikdə, yaxşı olar ki, müdirə açıq sula verəsiniz. Belədə siz onun sizdən nə gözlədiyiniz də yaxşı bilmiş olacaqsınız. Uilyams tövsiyə edir ki, əlinizə düşən hər imkanda çalışın detalları soruşasınız, sizdən konkret nə istənildiyini soruşun. Siz bu suallarınızla onu göstərməlisiniz ki, işin effektivliyini artırmaq üçün səy göstərirsiniz.  

3. Rəhbərinizin çox xoşladığı strategiya ola bilər. Amma sizin də öz strategiyanız olmalıdır.

Hər bir rəhbərin ona təhkim sevimlisi olur ki, ona daha çox etibar edir, ən vacib layihələri ona verir. Əgər size şirkətdə də belə bir vəziyyət varsa, (əgər o sevimli siz deyilsinizsə) görün hansı strategiya ilə işləməlisiniz ki, münasibətinizi yaxşılaşdırasınız və müdirin inamını qazanasınız. 

Uilyams deyir ki, özünü təhlükədə hiss etmək və əsəbi olmaq sadəcə romatik münasibətinizə xələ gətirmir.

Ekspert qeyd edir ki, ümidsizlik sizin peşəkar iş mühitinə də hopa bilər: “Səbrli olun, və işinizlə inam qazanın. Ehtiyac yoxdur ki, deyəsiniz nə qədər fayda verirsiniz, sadəcə bunu edin.” 

Əməkadaşlarınızla xoş rəftarda olun, xüsusən də rəhbərinizin simpatiyası olanlarla. Özünü diqqətdə saxlamağın ən gözəl yolu güclü komanda üzvü olmaq və liderlik qabiliyyətini sərgiləməkdir. Uilyams onu da əlavə edir ki, əgər siz başqalarının da xoşuna gəlirsinizsə bu rəhbərinizə bir siqnaldır ki, sizə diqqət etsin. 

4. Sizin inkişafınıza maneə olan rəhbərdən vaxtında ayrılmağı bilin.

Problemli rəhbərlə məhsuldar ünsiyyət qurmaq mümkündür, ancaq görsəniz ki, önə getmək üçün buranı tərk etmək daha məsləhətlidir, ondan bunu vaxtında edin.

Uilyams deyir ki, karyerada doğru rəhbər seçmək çox önəmlidir: “Rəhbər pis ola bilər, amma siz ondan o qədər şey öyrənə bilərsiniz ki, gələcəkdə  bu sizə kömək ola bilər.  Əgər görsəniz ki, rəhbər sizin əhvalınızı korlayır, ondan asılı hala salır size, işinizlə, pis rəhbər və özünüz arasındakı sərhəddi keçə bilmirsiniz-bu təhlükəli simptomdur. 

5. Yeni iş yeri axtarırsınız? Unutmayın ki, gələcək rəhbərin necə biri olmasını qabaqcadan bilməlisiniz.

Əgər siz gələcək rəhbərinizi düzgün seçsəniz, uğura doğru ilk addım atmış olarsınız. Bu tam olaraq sizin əlinizdə olmasa belə, ən azından bəzi nüanslara görə qarşınızdakı insanın necə bir rəhbər olduğu haqqında sizdə fikir formalaşa bilər. Uilyams tövsiyə edir ki, iş görüşməsinə gedərkən ofisin necə göründüyünə, sizə nə suallar verdiyinə diqqət edin.

Misal üçün, əgər rəhbəriniz “yenilikçi”dirsə sizin qarşınıza hər dəfə yeni tapşırıqlar qoyacaq və işin böyük hissəsini siz özünüz görməli olacaqsınız.  Uilyam deyir ki, adətən yenilikçi rəhbərin şirkəri çox vaxt qarışıq olur: “Bu insan söhbət zamanı demək olar ki, mütəmadi telefonuna baxır, email yoxlayır. Siz onları daim fəaliyyətdə görəcəkiniz. Onlar özləri haqqında çox danışırlar.”

Şəxsi münasibətləri qabartmağı sevmyən rəhbərin ofisində bunu hiss etmək olar. Masada ailə fotoları görməyəcəksiniz, Bütün əşyalar yalnız işlə bağlıdır, heç bir özəl həyatı andiron əşya yoxdur.

Uilyams deyir ki, rəhbərin verdiyi suallardan anlamaq olar ki, onun hansı idarəetmə tərzi var: “Soyuq rəhbərlər açıq uclu suallar verməyi sevirlər, missal üçün, keçmiş iş yerində nə iş görürdünüz tərzi suallar. Hər addımı nəzarət edən rəhbər konkret detallar üzərinə suallar verəcək.”

Buna əlavə olaraq, Palazzolo tövsiyə edir ki, gələcək rəhbər haqqında daha çox məlumatlı olun, onu təcrübəsi, fərqliliyi haqqında, eləcə də onun şirkəti barədə araşdırın.

“Ən nəhayət, onu çox önəmli insan kimi ciddiyə almaq lazımdır. Yaxşı rəhbər sizin karyeranızı dəyişə bilər. Yenilikçi olmağa hazır olun, özünü göstərmək təkcə rəhbərə aid deyil, sənin də sual vermək haqqın var.” 

www.forbes.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin