Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Biz niyə kitab oxumalıyıq?

Hər şeydən öncə kitabı bilik qazanmaq üçün oxuyurlar, kitabı həm də müxtəlif ideyalara sahib olmaq, dünyagörüşünü zənginləşdirmək üçün də oxuyurlar və bütün bunlar əslində sizin həyat tərzinizə təsirsiz ötüşmür.   

Yaxşı bəs kitab oxumaq insana nə verir? Kitablarda kitabı yazanların böyük təcrübəsi, biliyi, ideyaları, metodları, strategiyaları olur.  



Kitablar dünyagörüşünü formalaşdırır-düzgün kitab oxumaqla insan tədricən dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir və dərinləşdirir, təfəkkürünü inkişaf etdirir, düşünmək və analiz etmək bacarığını artırır.

Kitab oxumaqla hansısa bir obrazın qismində özünə ideal tapa bilirsən, bu obrazı real həyatda yaşamağa çalışırsan. 

Kitab oxumaqla siz bir çox suala cavab tapa bilərsiniz. Sizden öncə yüzlərlə, minlərlə insan sizin yaşadığınızı təcrübədən keçirmiş ola bilər. Odur ki, onların həyat təcrübəsini oxumaq sizin köməyinizə gələ bilər. Onları oxumamaq axmaqlıq olar.

Kitab insana motivasiya verir, ruhlandırır, daha müsbət nəticələr əldə etməyə kömək edir. Kitablar bilmədiyimiz dünyaları bizə açır. Ağlının yeni tərəflərini sənə açır, əvvəl heç vaxt diqqət etmədiyin bacarıqlarını ortaya çıxarır.

Kitab səni düşündürən bir çox məsələlərə aydınlıq gətirir: doğrudanmı sən bu işlə məşğul olmaq üçün bu dünyaya gəlmisən?

Hər kəsə məlumdur ki, biz informasiya əsrində yaşayırıq və informasiyanın önəmi çox böyükdür, hər yandan məlumat alırıq. Beynimiz lazımlı, lazımsız hər cür informasiya ilə doludur. İnsan məcburdur ki, bilsin hansı məlumat ona lazımdır, hansı yox.

Ən maraqlısı odur ki, siz az da olsa hər gün kitab oxuyursunuzsa bu vərdiş halına gəlir və öz müsbət nəticəsini verir. Hər gün az miqdarda aldığınız bilgi gün gələcək tam bilgiyə çevriləcək.

Yaxşısı budur ki, lazımsız kompüter oyunları yerinə dahi insanların yazdıqları kitabları vərəqləyin, vaxtınızı düzgün dəyərləndirin, ani, keçici həvəslərə deyil, sizə bir şeylər qatacaq kitablara sərf edin.

İndiki dövrdə insanlar qızıl vaxtlarının dəyərini bilmirlər, əvvəllər televizor, kompüter olmayan vaxtlarda insanlar daha çox kitab oxuyurdular. Ona görə də onlar daha maraqlı, təhsilli, savadlı və dərin olurdular. İstifadə etdiyiniz sözlər sizin həyat tərzinizə çox təsir edir.

Digər bir tərəfdən şəxsi həyat, fərdi inkişaf tərzi kitablar imkan yaradır ki, insan öz daxili aləmini tanısın.

Onu da əlavə etmək lazımdır ki, kitab oxumağı da bacarmaq lazımdır, beləki kitablar çox müxtəlifdirlər. İnsan var çox şey bilir, oxuyur, amma real həyatda bunu göstərmir, tətbiq etmir. Odur ki, kitab oxuyan hər kəs passiv deyil, həm də aktiv olmalıdır. Hərəkət etməlidir, biliyini paylaşmalı, tətbiq etməlidir.

Kitab seçərkən bu gün sizə maraqlı olan, aktua olan kitabdan başlayın oxumağa. Əks halda oxumaq maraqlı olmayacaq. Misal üçün siz daha çox pul qazanmaq istəyirsiniz, o zaman pul qazanmağın yollarından bəhs edən uğur hekayələri haqqında oxumaq sizə maraqlı gələr.

Sizcə bu günümüzdə bu qədər sminarların, kursların, təlimlərin keçirilməsinə səbəb nədir? Çünki insanlar lazımlı biliyi almaq istəyir.



Kitab mağazalarında uğura aparan yollarla bağlı yüzlərlə kitab tapmaq olar, amma sadəcə kitab oxuyub, əli -qolu bağlı oturmaqla uğur qazanılmaz. Hərkətə keçmək lazımdır. Əlbəttə ki, bu o demək deyil ki, tətbiq etmiyəcəksənsə kitab oxuma. Elə kitablar var ki, onlar sadəcə oxumaq üçündür. Onları oxuyub şəxsi münasibətlərdə düzgün davranıb-davranmadığını anlayırsan. Ətrafındakı insanların psixologiyasını daha yaxşı dərk etmiş olursan. Hansısa bir olayı daha yaxşı dəyərləndirmiş olursan.

http://shkolazhizni.ru/

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin