Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

"Qara olan nə varsa söküb atın"

Rəssam heç də mənəvi dünyamızın uzaqgörəni, müdrik tədqiqatçısı deyil. Yaxşı, bəs rəssamın daxili aləmini necə anlamaq olar? Axı sənətə dəyər verən hər bir insana hər zaman maraqlı olub ki, bu əsəri kim yaradıb və onu necə yaradıb. 

Oxu.az saytında gözəl rəssam Milena Nəbiyeva ilə dərc olunan müsahibədə rəssamın daxili aləminə səyahət etmək mümkün olacaq. 

Milena xanım, deyin görək bir rəssam necə yaşayır və bir əsər necə yaranır?


Rəssam özünün rənglərlə dolu və gözəlliklə əhatələnmiş dünyasında yaşayır. Məhz bu dünyada onun damarlarında qan axır, o yaşayır və həyəcanlanır. Amma əlbəttə ki, rəssam da insandır, o bu dünyadan tam təcrid oluna bilməz. Hamıda olduğu kimi onun da ailəsi var, qayğıları var...Fikirlərə gəldikdə, o birdən gəlir. Maşınla gedəndə və ya TV seyr edəndə, birdən heç də hamının diqqət kəsilmədiyi bir şeyə fikrin cəmlənir: bu hər hansı bir naxış ola bilər, ya da parlaq nəsə bir əşya, bu an beynimdə işıq parlayır və mən artıq işə hazıram...

Hansı əsər daha çox Milena Nəbiyevanın daxili aləmini əks etdirir?

Ədəbiyyat nöqteyi nəzərindən götürsək məni Nizami Gəncəvinin yaradıcılığı daha çox təsir edir. "Leyli və Məcnun", "Yeddi gözəl" poemaları rəsm çəkərkən hər zaman məni ruhlandırır. 

Amma belə Qobustan rəsmlərinə yorulmadan baxa bilərəm. Bu rəsmlər insanın daxili aləmini oxşayır...

Hansı rəng sizin dünyanızı təsvir edir?

Parlaq və pozitiv rənglər, onlar insanı darıxmağa qoymur, ruhu həyəcanlandırır, yaşamaq, irəli getmək, yaxşı işlər görməyə vadar edir. 


Bir sözlə həyatın rənglərinə sevgi olmalıdır! Bu yaşıldır-otların, çəmənlərin rəngi, qırmızı-həyat, sevgi rəngidir, mavi-baxmaqdan doymadığın səmanın rəngidir. Diqqətlə baxdıqda bunlar elə Azərbaycanın rəngidir, həyat dolu!

Xoşbəxtlik göy qurşağının rəngləri kimi çox çalarlıdır. Üzərinizdən qara rəngləri sökün atın bir kənara, parlaq rənglərdən istifadə edin. Yeri gəlmişkən bu sınanıb (gülür)

Deyirlər, hər bir kəs istedadlıdır, sadəcə bilmək lazımdır ki, hansı sahədə...


Əlbəttə! İstedad-anadangəlmə verilir. Bəli, istedadın kökləri uşaqlıqdan bilinir. Valideynlər də uşağın şəxsiyyət olaraq formalaşmasında çox böyük rol oynayır. Əgər anam mən uşaq olanda məni rəsm dərnəyinə aparmasaydı mən bəlkə  hələ də rəssamlıq qabiliyyətimi aşkarlamış olmazdım.  


Elə bir əsəriniz varmı ki, verdiyi mesajına görə bir-birindən fərqləni?

Təsəvvür edirsiniz mən heç bir əsərimdə yanaşmamı dəyişməmişəm. Halbuki mən xərçəng bürcüyəm və xərçənglər tez-tez fikirlərini dəyişirlər. Bütün əsərlərim mənim üçün dəyərlidir, hansı material üzərində işləməyimdən asılı olmayaraq. Axı hər bir əsərə biz öz parçamızı qoyuruq. Biz fantaziya edirik, oynayırıq və hətta ifa edirik. 

Milena xanım üçün sənətdə kimin fikri daha vacibdir?

O adam mənim müəllimim, idealım Sübhan Məmmədovdur. O, məni hər dəfə danlayır ki, bəsdir məni təriflədin. Özündən danış deyir, məndən yox. Amma o, özü də bilir ki, mən sözə qulaq asan deyiləm (gülür). O, yeganə sənətkardır ki, mən onun sözlərinə qeyd-şərtsiz əməl edirəm. 

İT texnologiyalarının hökm sürdüyü bir dönəmdə biz uşaqlarda incəsənət olan marağı necə oyada bilərik?


Uşaqlıqdan insanlara sənəti göstərmək lazımdır. Sərgilərə, teatrlara, muzeylərə aparmaq lazımdır. Nəinki klassik, eyni zamanda müasir sənəti də göstərmək lazımdır. Uşaq zaman-zaman qərar verəcək ki, ona hansı sənət növü daha yaxındır. 

Milena Nəbiyeva özünü hansı rəssamlara bənzədir?

Qeyri təvazökar olduğum üçün üzr istəyirəm, amma mən heç kimə bənzəmirəm. Mən onlara hörmət edirəm, amma mənim əsərlərim özünəməxsusdur. Mən öz əsərlərimdə həm karandaşdan, həm də yağlı boyadan istifadə edirəm. 

Milena sevərlər bir də nə vaxt onun yaradıcılığından həzz ala biləcəklər?

İnşallah tezliklə...Bakıda fərdi sərgimi keçirməyi düşünürəm. İnanıram ki, bütün arzularım gec və ya tez reallaşacaq. Yaxşı şeylərə inanın, xeyirxah olun və siz istədiyinizi əldə edəcəksiniz!

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin