Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Ən populyar proqramlaşdırma dillərinin reytinqi dərc olunub

"TIOBE Software" şirkəti aylıq ən populyar proqramlaşdırma dillərinin mart üçün yeni reytinqini açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, indeksdə birinci yerdə həmişə olduğu kimi, 16,3 faizlik göstərici ilə "Java" proqramlaşdırma dili qərarlaşıb. İkinci yeri il ərzində göstəricisi kəskin azalan (2016-cı ilin martında 14,5 faiz, hazırda isə 6,86 faiz təşkil edir) "С" tutub. Üçüncü pillədə 5,1 faizlə tezliklə ikinci mövqeyə yüksəlməsi gözlənilən "С++ с" yer alıb. İlk beşliyi isə "Python" və "PHP" dilini geridə qoyan "Vusial Basic.NET" tamamlayıb.

Məlumata görə, son ildə dörd pillə yüksələn gənc "Apple Swift" dili reytinqdə 2,27 faizlik nəticə ilə onuncu yeri tutub.

"Tiobe Software" şirkəti tərəfindən tərtib edilən reytinq proqramlaşdırma dilləri üzrə ən məşhurudur. Populyarlıq indeksi ən yaxşı proqramlaşdırma dilini yazılan çoxsaylı kod sətirləri ilə deyil, "Google", "Baidu", "Wikipedia", "Yahoo", "Ebay" və "YouTube" resurslarında statistikanın təhlili əsasında dillərə marağın dəyişməsi nəticəsində müəyyənləşdirir.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin