Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

“Forbes” dünyanın ən çox qazanan idmançılarının adlarını açıqladı

Reytinqdə ikinci yeri Lionel Messi tutur.

Madridin “Real” komandasının və Portuqaliya yığmasının hücumçusuKriştianu Ronaldu – lider futbolçudur. 

Amerikanın işgüzar jurnalı “Forbes”in versiyasına görə, o, ən yüksək gəlirli idmançıların illik reytinqində birinci yerdədir. 

Oxu.Az xəbər verir ki, nəşr 31 yaşlı futbolçunun son 12 ay üçün gəlirini 88 milyon dollar dəyərində qiymətləndirir. “Real” ilə müqavilə Ronalduya 56 milyon dollar, sponsor müqavilələri isə 32 milyon dollar gəlir gətirib. 

Reytinqdə ikinci yeri “Barselona” və Argentina yığmasının hücumçusuLionel Messi tutur (81,4 milyon dollar). Ən yüksək gəlirli idmançıların üçlüyündə son yerdə “Klivlend Kavalers” komandasının basketbolçusuLebron Ceyms tutur (77,2 milyon dollar).

İdmançıların top - 10 reytinqi:

1. Kriştianu Ronaldu (futbol) – 88 milyon dollar

2. Lionel Messi (futbol) – 81,4 milyon dollar

3. Lebron Ceyms (basketbol) – 77,2 milyon dollar

4. Rocer Federer (tennis) – 67,8 milyon dollar

5. Kevin Dürant (basketbol) – 56,2 milyon dollar

6. Novak Cokoviç (tennis) – 55,8 milyon dollar

7. Kem Nyuton (amerika futbolu) – 53,1 milyon dollar

8. Fil Mikelson (qolf) – 52,9 milyon dollar

9.Cordan Spayet (qolf) – 52,8 milyon dollar

10. Kobi Brayant (basketbol) – 50 milyon dollar

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin