Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Gücünü dərk etmək: hüzur bərpa etmənin 4 yolu.

Müasir insan niyə meditasiyanı dərk etməlidir?!

Bu günün insanı heç vaxt olmadığı qədər stres və yüklü iş qrafikinə sahibdir. Bu yük çoxuna bəllidir, amma çox az adam bilir ki, bu stresdən qurtulmağın, fikri bir yerə cəmləməyin çox asan yolu vardır. Bu yolla insan daxili harmoniyasını bərpa edir. Dərk olunmuş meditasiya ilə bağlı klinik psixologiya üzrə professor Mark Uilyams və biokimya direktoru Denni Penman ətraflı məlumat verirlər. Bu məlumatı onların “Dərkolunmuşluq” kitabında əldə etmək olar. Kitabda yer alan bəzi əsas fikirləri sizinlə paylaşırıq.

Boşuna sərf olunmuş vaxtın sorağına çıxmaq.

Müasir insan həddindən çox yüklənir. Biz mütəmadi olaraq harasa tələsirik, gün ərzində bir çox işi görə bilirik, vaxtın necə keçdiyini heç hiss etmirik. Biz yaşa dolduqca vaxt daha da tez uçur. Axı belə getsə bütün həyatımızı qaçırmış olacağıq!

Yaş artdıqca bizim vərdişlərimiz formalaşır və onlardan əl çəkməyi düşünmürük: səhər yeməyimizi yeyirik, işə gedirik, həmişə oturduğumuz yerdə oturururuq, evə qayıdırıq, televizora baxırıq. Bizim üçün geri çevrilib əsl ana baxmaq çətindir.

Əgər vaxtın uçmasını istəmirsinizsə, o zaman indi, bu dəqiqə yaşadığınız ana görə davranın.

Başlanğıc üçün sadə məşq edin.

Şokolad plitkası alın və azacıq dişləyin. Ovcunuzun içinə qoyun, rənginə, formasına diqqət edin. Ətrini içinizə çəkin. Daha sonra qopardığınız bu parçanı ağzınıza qoyun. Həmin dəqiqə yeməyin, yavaş-yavaş, dada-dada yeyin.  

Əgər siz bu şokolad plitkasını tez-tələsik yesəydiniz, bu hissləri keçirərdinizmi? Bu metodu digər işlərinizdə də tətbiq edin.

Xoş niyyət

Ətrafınızdakı insanlarla özünüzü müqayisə etməyin, hər dəfə kənardakı insanlar sizə düşmənmiş kimi bir hiss keçirəcəksiniz. Paxıllıq, həsəd aparmaq da sizi yora bilər. Ətrafınızda insanlara daha xoş niyyətlə baxmağa çalışın.

İsti, komfortlu stulda oturun. Çiyinlərinizi rahat tutun: “Qoy mən xoşbəxt olum”, “Qoy narahatlıqlar məni tərk etsin”, “Qoy həyatım sevinclə dolsun” kimi sözləri fikrinizi deyin.  Sonra sizə əziz olan insanı təsəvvür edin və eyni arzuları ona diləyin. Daha sonra sizə yad birini düşünün. Daha sonra konfliktiniz olan adamı düşünün, ona da eyni arzuları diləməyə çalışın.

 
 
Təhlil

Psixoloqlar diqqət ediblər ki, son illər depresiya daha çox yayılıb. Bu nə ilə əlaqədardır? Bu keçmişdə buraxılan səhvlərlə əlaqədar ola bilir. Biz nə qədər çox kədərli şeylər haqqında düşünürüksə, o qədər çox depressiyaya düşmüş olacağıq. İş orasındadır ki, düşüncə tərzimiz hər zaman emosiyalarımıza təsir edir. Beləliklə, bu cür düşüncələrlə beyninizi yormayın. Neqativ düşüncələri yox etmək də sizi stresə sala bilər.

Fərqli baxış

“Səs və düşüncə” meditasiya üçün çox gözəl işə yarayır. Sakit bir yer axtarın, elə bir yer ki, kimsə sizin diqqətinizi yayındırmasın. Stulda əyləşin və kürəyinizi dik tutun. Çiyinlər rahat olmalıdır. Nəfəs alma və nəfəs vermənizə fokuslanın. Daxildə hüzur hiss edin. Daha sonra sizi əhatə edən səslərə diqqətinizi yönəldin. Küylərə, nəqliyyat səsinə və buna bənzər digər səslərə qulaq asın. Səslər barədə düşünməyin və onun haradan gəldiyinə də fikir verməyin. Bir neçə dəqiqədən sonra düşüncəyə köklənin. Qoyun, düşüncələr öz-özünə gəlsin. Elə bilin ki, kinoteatrda oturmusunuz və bir kino izləyirsiniz. O zaman siz sadəcə baxırsınız və dinləyirsiniz, sizin ordakı aktyorlara çevrilməyə ehtiyac yoxdur, sadəcə izləyicisiniz. Belədə siz anlayacaqsınız ki, hər eşitdiyinizə qulaq asmaq lazım deyil. Və öz beyninizin köləsi olmayacaqsınız.

“Dərk olunma” kitabını B.Britaniyanın Milli Səhiyyə İnstitutu depresiyya əleyhinə gözəl vasitə adlandırıb. Eyni zamanda bu kitab sayəsində siz daxili hüzur və xoşbəxtliyi bərpa edəcəksiniz.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin