Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Motivasiya qazanmağın 11 qızıl qaydası!

Çox belə olur ki, nəyəsə nail olmaq üçün bir çox istiqamətlərdə addım atırıq, amma bir müddət sonra bundan əl çəkirik. O an dünüşürsünüzmü ki, bir az da motivasiya olsaydı sonadək gedib uğur qazanardınız? Bir sözlə, motivasiya qazanmağın və motivasiyada qalmağın yolları aşağıda:

1. Hədəfə gedən yolda sizi həqiqətən də motivə edə biləcək real səbəbi tapın


Əgər sizi hədəfə aparan, işi başlamağa həyəcanlandıran bir səbəb yoxdursa onda; görünür, bu doğru səbəb deyil. Sizi motivasiya edəcək səbəbi tapın. Görünür, düzgün səbəbi tapana qədər bir qədər vaxt sərf edəcəksiniz.  

2. Bu hədəfə çatmasanız itirəcəyiniz nə olacaq bilin. İtkinin dəyəri sizi məcbur edəcək ki, hədəfə doğru qaçasınız və ona nail olmaq üçün bütün gücünüzü sərf edəsiniz

Ağrı, əzab ən böyük motivasiyadır. Çox vaxt belə olur ki, güclü gələcək irəli addımlamağa yetərincə təkan vermir. Ancaq hədəfə çatmamağın sizə hansı əzab-əziyyət verəcəyini bilmək bəs edir ki, hədəfə doğru addım atasınız. 


3. Səbəb və itkinin dəyəri-ikisi barədə hər zaman düşünün


İstədiyiniz nədirsə onun şəklini gördüyünüz çox yerdə yerləşdirin, kitab arasında, kompüter ekranında, ofisindəki masada  və s. kimi yerlərdə yerləşdirin. Daha da yaradıcı ola bilərsiniz.

4. Nə planlaşdırdığınızı ailənizlə, dostlarınızla, xüsusən də, etibar etdiyiniz insalarla bölüşün.


Hədəflərinizi, səbəblərinizi və xərclərinizi, bütün təhlillərinizi paylaşmağın əslində çox böyük köməyi var. Bunu etməklə siz planlarınızı daha yaxşı xatırlayacaqsınız. Əgər nəsə düz getməyəndə, kefiniz pozulanda dostlarınız sizə güc verən ideyalarınızı xatırladacaq və sizi ruhlandıracaq. Onlar sizə imkan verməyəcək ki, geri çəkiləsiniz.  

5. Hədəflərinizi kiçik tapşırıqlar şəklində bölün

Böyük hədəflər çox vaxt tələb edir və bu sizə uzun, yorucu gələ bilər. Hədəfinizi kiçik tapşırıqlar şəklinə salsanız, reallaşdırmaq da asan olar.

6. Oriyentasiya təyin edin


Özünüz üçün istiqamət müəyyən edin; bu sizə kiçik tapşırıqlarınızı yerinə yetirmək üçün kömək olacaq. Kiçik qələbələrinizi paylaşmağa tələsməyin, hədəfə tam nail olduqdan sonra deyərsiniz. Kiçik uğurlar böyük motivasiya ola bilər.

7. Hədəfə doğru qazandığınız uğurlarınızın siyahısını tutun


Rəqəmlərin gücü böyükdür. Onlar yalan demir. Əgər mümkündürsə uğurlarınızı rəqəmlərlə sıralayın. Rəqəmlər nə qədər ürək açandırsa, özünüzü o qədər yaxşı hiss edəcəksiniz.

8. Əylənməyi unutmayın


Nə edirsiniz edin, əylənməyi unutmayın. Həyatınızı daha maraqlı edin. Müxtəlifliyə can atın. Bu, günlük görüləsi işlərin sizi sıxmamasına kömək olacaq. Bütün bunlar hədəfə gedən yolda sizin əhvalınıza təsir edəcək.

9. Hədəflərinizə uyğun olan çevrəni tapın


Tək olmadığını görmək çox yaxşı hissdir. Hədəflərinizə uyğun insanları, icmaları tapın, onlara yaxın olun. Yeni dostluqlar yaradın. İdeya mübadiləsi edin. Birlikdə inkişaf edin. Bir-birinizlə sağlam rəqabət aparın. Hədəfə nail olma yollarını paylaşın.

10. Sizi maraqlandıran məsələnin bilicisini tapın


Bu işə bir vaxtlar görmüş adamları tapın. Hədəfə çatmaq üçün təcrübəsi olan insanlarınbilik və təcrübələrindən faydalanın. Onlar sizinlə öz məsləhətlərini, örnəklərini paylaşa bilərlər.

11. Özünüzü günahkar saymayın


Əgər sizdə heç nə alınmayıbsa, uğursuzluğa görə özünüzü həvəsdən salmayın. Belə hallar olur. Özünüzü ələ alın və yenidən işə başlayın.

http://www.avani-mehta.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin