Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Həyatı çətinləşdirən bu 13 vərdişdən uzaq durun!

Bizə hər dəfə nəsə mane olur. İstər həyat yolumuzda, istərsə də xoşbəxtliyə doğru atdığımız hər addımda qarşımıza müxtəlif çətinliklər çıxır. Bugünkü günlə yaşamaq çox çətin olur bəzən. Bunun üçün gərək mütəmadi olaraq hər kəs öz üzərində işləsin.

Uzunmüddətli xoşbəxtlik və azadlığı hiss etmək üçün gəlin, həyatımızda 13 şeydən uzaq duraq və çalışaq onlardan imtina edək.

1. Özünü hər zaman doğru göstərməkdən əl çəkin, hər dəfə doğru olduğunuzu sübut etmək məcburiyyətində deyilsiniz.

Aramızda elə insanlar var ki, onlar hətta çox gözəl münasibətlərini pozmağa belə razıdırlar, yetər ki, qarşısındakının fikrini qəbul etməsin, razılaşmasın. Buna dəyməz.

2. Nəzarəti əldən buraxın, sərbəst olun.

Hadisələri hər zaman nəzarətdə saxlamağı düşünməyin. İmkan verin ətrafınızdakı tanışlarınız necə var elə olsunlar, onların və özünüzün davranışına yön verməyə çalışmayın. Hər şeyi axarına buraxın.

3. Günahkar hissindən qurtulun.

Keçirdiyiniz  hisslərə, eləcə də bacardığınız və bacarmadığınız işlərə görə ətrafınızdakı insanları günhalandırmayın. Enerjinizi boş işlərə sərf etməyin, əvəzində öz həyatınızı öz məsuliyyətiniz altına almağı bacarın.

4. Özünüzlə neqativ söhbətlər etməyin.

Neqativ düşüncələri özünə yaxın buraxan insanlar əslində həyatlarına ciddi zərbə vururlar. Məntiq və təfəkkürünüzdən keçən heç də hər düşüncəni həqiqətmiş kimi qəbul etməyin. Siz düşündüyünüzdən də artığını bacararsınız və siz mükəmməlsiniz.

5. Tənqidi qoyun bir kənara.

Sizdən fərqlənən insanları, sizin tələblərinizə cavab verməyən olayları tənqid etməyi kənara qoyunş Biz hamımız fərqliyik.

6. Naşükür olmayın, hər zaman hər şeydən şikayət etməyin.

Hər bir insanın həyatında elə məqamlar olur ki, özünü lazımsız, çox yüklənmiş və kədərli hiss edir. Unutmayın ki, düşdüyünüz situasiyalar, hadisələr sizi kədərləndirmir, siz özünüz buna imkan yaradırsınız ki, olmuş hadisələr sizi əzsin, məyus etsin.

7. Davamlı olaraq ətrafınızdakı insanların diqqətini çəkmək qayğısından uzaq olun.

Olduğunuz kimi görünün, özünüzü fərqli, başqa biriymişsiniz kimi göstərməyin. Maskanızı çıxarın, əsl Məninizi sevin, özünüz olun.

8. Dəyişiklikləri özünüzdən itələməyi buraxın.

Dəyişikliklərdən qaçmaq lazım deyil. A nöqtəsindən B nöqtəsinə getmək üçün dəyişikliklərə məruz qalmaq çox normal bir prosesdir, yoxsa insan ömrü boyu yerində sayar və heç bir irəliləyiş yaşamaz.

9. Şablonlar qoymayın qarşınıza.

Yeniliyi qəbul etməyi bacarın, tanımadığınız və ya düşüncələrini anlamadığınız insanlar haqqında şablon düşünməyin. 

10. Keçmişi unudun.

Bilirik, bu çox çətindir. Xüsusən də əgər keçmiş sizə bu gündən daha maraqlı gəlirsə, gələcək səni daha çox qorxudur. Bir faktı unutmayın ki, bu gün sizin əlinizdə olan tək real bir şeydir.

11. Qorxulardan azad olun.

Qorxu-illüziyadan başqa bir şey deyil-bunu siz özünüz yaratmısınız. Bunlar hamısı sizin beyninizdədir. Daxili yanaşmanızı dəyişin ki, xarici görünüşünüz də dəyişsin, daha əmin, daha pozitiv görünəsiniz.

12. Davamlı olaraq nələrisə əsaslandırmağa gərək yoxdur.

Əsaslandırmalarınızı qoyun bir kənara, onların təqaüdə çıxmaq vaxtıdır. Çünki biz çox vaxt özümüzü nələrisə əsaslandırmaqla məhdudlaşdırırıq.

13.Ömrünüzü başqalarını gözləməklə keçirməyin.

Bir çox insan öz həyatını yaşamır, ətrafındakı insanlar üçün yaşayır. Belə insanlar həyatlarını ətrafında müəllimləri, dostları, valideynləri və.s nə düşünür ona görə qururlar. Onlar öz daxili səslərini duymur, onlar o qədər başqalarının arzularını reallaşdırmaqla məşğuldurlar ki, öz həyatlarına nəzarət etməyi də unudurlar. Onlar unudurlar ki, nə onlara xoşbəxtlik gətirir, əslində nə istədiklərini də bilmirlər...beləcə bütünlüklə özlərini də unutmuş olurlar.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin