Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Möcüzə kimi həyat: WhatsApp qurucusu Jan Koumanın uğur tarixçəsi

Forbsun araşdırmalarına görə Koum WhatsApp-ın 45 %-nə sahibdir və bu da 6.8 milyard dollara (vergi çıxıldıqdan sonra) qalxan bir sərmayədir. Bu adam Ukraynanın Kiyev şəhərindən kənarda yerləşən, kiçik bir kənddə doğulub və orada böyüyüb. Onun atası məktəb və xəstəxana tikinitisində idarəçi olub, anası isə ev xanımı idi. Koum evin yeganə övladı olub.

Koumun 16 yaşı olanda o anası ilə Mauntin Vyu deyilən yerə miqrasiya edirlər, çünki o vaxt siyasi durumlar kəskinləşmişdi, anti-semit mühit yaranmışdı. Bu vəziyyətdə dövlət hesabına onlara iki otaqlı kiçik bir mənzil verirlər.  Atası SSRİ-nin dağılmasından sonra heç cür onların yanına, Amerikaya gələ bilmir. Anası köç zamanı çantaya çoxlu qələm, karandaş, dəftərxana ləvazimatları gətirmişdi ki,  ABŞ-da bu kimi şeylərə pul xərcləməsin. İlk vaxtlar Koum bir ərzaq dükanını süpürürdü, anası da dayəlik edirdi ki, ayın axırına çıxa bilsinlər, dolansınlar. Anasına daha sonra xərçəng diaqnozu qoyulanda ona müavinət kəsilir və elə bu pulla birtəhər yaşayırlar. Koum zaman-zaman ingilis dilinə yiyələnir, mükəmməl danışır. Amma Amerikanın həyat tərzi, məktəbdə şagirdlərin dostluğu onun heç də ürəyincə olmur. Ukraynada sən bir nəfərlə on il dostluq edirsən, burada belə deyil: “Rusiyada sən həqiqətən də insanı tanıyırsan.”

Daha sonra Koum San Xose Dövlət Universitetinə daxil olur və Ernst və Young şirkətində informasiya təhlükəsizliyində çalışır. 1997-ci ildə o artıq Brayn Ektonla tanış olur (Yahoo-nun 44-cü işçisi sayılan Brayn Ekton menecer idi). Burada Koum reklam sisteminə nəzarət edirdi. “ O vaxtlar o tam fərqli görünürdü.” Ekton deyir. “Onun ağlasığmaz hərkətləri olurdu. Sizin burada siyasətiniz nədir, nə iş görürsünüz? tərzi suallar verirdi. Başqaları bir şüşə şərab gətirəndə, şirin dillə yanaşanda, Koum əksini edirdi.”  Onun bu üslubunə rəğmən Ekton onu işə götürür.

Görünür, Koum da Ektonun bu tərzini bəyənir: “Biz ikimiz də bu korporativ işlə məşğul olmaq istəmirdik.” deyir Koum.  Altı ay sonra Koumu Yahoo-da müsahibəyə çağırırlar. Ona infrastruktur üzrə mühəndis vəzifəsi təklif olunur. Bu iş təklifini alanda Koum hələ də San Xose Dövlət Universitetində oxuyurdu və iki həftə idi ki, Yahoo-da işə başlamışdı, belə bir məqamda xəbər gəlir ki, server çöküb. Yahoo-nun qurucusu David Filo ona mobildən zəng edir ki, köməyə gəlsin.  Koumun cavabı belə olur: “Mən dərsdəyəm”. “Sənin dərsdə nə işin var?” deyə əsəbləşir Filo. “Bu dəqiqə şirkətə gəlməlisən.” Filonun server mühəndislərindən ibarət çox kiçik bir komandası olduğu üçün hər kəsi işdə tələb edirdi. “Mənim onsuzda universitetdən zəhləm gedirdi,” deyə cavab verir Koum. O, universiteti atır.

Növbəti doqquz ildə Yahoo-da enişlər qalxışlar oldu. Ekton dotcom-a sərmayə yatırır və milyonlar itirir. Reklam sahəsini çox da sevməyən Ekton 2006-cı ildə Yahoo-nun çox mühim layihəsi sayılan Panama Layihəsi üçün effektik reklam platforması hazırlayır. “Reklamlarla baş sındırmaq adamı depressiyaya salır,” deyir Ekton. “Reklamın yaxşı işləməsi ilə sən heç kəsin həyatını yaxşılaşdırmırsan.”deyən Ektonun emosiyaları tarıma çəkilmişdi. “Mən onunla görüşəndə bu halını görə bilirdim” deyir Koum. Elə o da, bu tərz işlərdən zövq almırdı. Koum LinkedIn profilində Yahoo-da işlədiyi son üç ilini qısaca belə təsvir edir: “Bəzi işlər gördüm.”

2007-ci ildə nəhayət ki, Koum və Ekton Yahoo-dan ayrılırlar. Bir müddət Cənubi Amerikanı gəzirlər, çox sevdikləri frisbidə oynayırlar. Facebook-a iş üçün müraciət etsələr də ikisi də müsbət cavab ala bilmir. Ekton deyir ki, onlar Facebook-dan imtina alanlar sırsaındadırlar. Koum iş tapana qədər Yahoo-da işlədiyi zaman topladığı 400 min dollar hesabına yaşayırdı. 2009-cu ilin Yanvar ayında iPhone telefon alır və 7 aylıq App Store bütün mobil tətbiq sahəsini zəbt edib.

Koumun rusiyalı dostu Alex Fishman bir gün onu Qərbi San Xosedə Rusiya icmasına pizza yeməyə və film izləməyə dəvət edir. Buraya bəzən 40-dan çox insan gəlirdi. Onlar arasında iki nəfər Koumun mobil tətbiqlə bağlı ideyasını müzakirə edirdi.

“Jan mənə öz nömrələr kitabçasını göstərirdi” deyir Fishman. “O hesab edirdi ki, insanların nömrələrinin yanına statusun görünməsi çox əla olardı.” Statusda sənin məşğul olub olmadığın bildirilərdi. Kouma ideyasını reallaşdırmaq üçün iPhone developer lazım idi. Beləki Fishman Kouma İqor Solomennikovu təqdim edir. Rusiyalı mütəxəssisi RentACoder.com saytından tapmışdı.

Koum dərhal WhatsApp adını seçir yeni layihəsi üçün. Çünki bu ad “what’s up,” (Necəsən?) kimi səslənir. Və bir həftə sonra, öz ad günündə (24 Fevral, 2009) Kaliforniyada WhatsApp Inc təqdim edir. “O, hər şeyi gözə almışdı” deyir Fishman. Hələ mobil tətbiq hazır deyildi. Koum həftələr, aylar sərf etdi ki, layihənin arxa kodlaması tamamlansın, Vikipediyadan dünyada işlənən ölkə kodlarını tapdı, bir-bir nömrələr daxil edib test etdi.

Təzə başlayanda WhatsApp heç də yaxşı işləmirdi, işlişib qalırdı sistem. Üzərində son işlər də tamalanandan sonra yalnız çox az adam bu tətbiqdən istifadə edirdi, əsasən də Rusiya nömrələrində proqramı yükləyənlər görünürdü.  Bir müddət sonra Koum düşünür ki, bəlkə də bu layihə tutmayacaq və o, özünə başqa bir iş tapmalıdır. Ekton isə ona deyird ki, əgər hər şeyi indi yarım buraxsan o zaman sən axmaq olarsan. Bir neçə ay da gözlə.

2009-cu ilin iyun ayında Apple şirkətindən dəstək gəlir, O vaxt Apple “push notification” yenicə çıxarmışdı. Jan WhatsApp-ı yeniləyir, beləki status dəyişəndə, “Danışa bilmirəm”, “İdmandayam” və.s. şəklində mesajlar gəlir siyahında olan insanlara. Fishman deyir ki, bir növ bu anında mesaj göndərmək kimi bir şey idi.

Hələlik yeganə rəqib Blackberry-nin BBM-I idi, o da ancaq Balckberry istifadəçiləri üçün işlək idi. Google-un G-Talk və Skype kimi xidmətləri də var idi, amma WhatsApp-ın özəlliyi o idi ki, qeydiyyatdan keçmək üçün  əlavə prosedura gərək yoxdur, bu proqram elə sənin öz nömrənlə işləkdir. Koum WhatsApp 2.0 olaraq proqramı yeniləyir, insanlar artıq mesajlaşa da bilirdilər, bu yenilik istifadəçiləri 250 minə qaldırdı. Bir gün o, Ektonun yanına gedir, o, başqa bir layihə ilə məşğul idi, amma heç bir gəliri olmurdu, işsiz qalmışdı. Ektonla mətbəxdə WhatsApp üzərindən yazışmağa başlayır və anlayır ki, klassik MMS xidmətindən bu çox üstündür. Çünki pulsuzdur və MMS heç də hər zaman işlək olmurdu.

Oktyabr ayında Yahoo-nun keçmiş 5 əməkdaşı bu layihəyə 250 min dollar sərmayə qoyur. Bu vaxta qədər Koum pulsuz işləyirdi və rəsmi olaraq Noyabrın 1-dən WhatsApp şirkətinə qoşulur.

İşin ən çox pul aparan hissəsi camaata proqrama qoşulmaq üçün göndərilən SMS kod idi, hər ölkədə bunu qoyməti fərqli idi. Amma xoşbəxtlikdən WhatsApp-ın gəliri getdikcə yüksəlir və Koum xərcləri daha rahat qarşılaya bilir.

İki ildən sonra, 2013-cü ilin fevralında WhatsApp-ın auditoriyası 200 milyon aktiv istifadəçidən ibarət idi. Şirkətinin 50-yə yaxın işçisi var idi. Koum və Ekton qərara gəlir ki, yeni investisiyalar cəlb etmək lazımdır. Sequoia bu servisə 50 milyon dollar yatırım edir, bu xidmətin dəyərini 1.5 milyard dollarla ölçür.  Binanı icarəyə verən adamın WhatsApp haqqında heç bir anlayışı olmasa da verəcəyi məbləği yaxşı görürdü. 2014-cü ildə omanda yeni ofisə köçür və 100-ə yaxın əməkdaşı ilə orada çalışmağa başlayır.

Koum bütün bu təcrübələrindən irəli gələrək belə bir düşüncəni irəli sürür: “Mən bir iş görmək istəyirəm, amma yaxşı görmək istəyirəm”. 

Mənbə: www.forbes.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin