Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

"Joker" filmi ekranlarda

Aylarla maraqla gözlənilən “Joker” filmi 31 avqustdan yayımlanmağa başladı. Film ilk gündən etibarən kassalarda böyük diqqət cəlb etdi.

DC Comics-də “Joker” obrazı Batman’ın ən böyük düşmənlərindən biridir. Jokerin gəncliyindən bəhs edən film, tənqidçilər tərəfindən yüksək rəğbət qazanmışdır.

“Joker” filmində diqqət uğursuz komediyaçı Artur Flekin həyatına yönəlir. Artur, cəmiyyət tərəfindən kənar edilən bir insandır və artıq həyatında itirməyə heç bir şeyi qalmamışdır. Gün ərzində Artur pul qazanmaq üçün təlxək maskası ​​taxır, gecə isə heç silməyəcəyi bir maska ​​taxmağa məcbur olur. Atasız böyüyən Arturu ən yaxşı dostu olan anası “Happy” (Xoşbəxt) adlandırır.

 

Image result for joker 2019

 

Bu ləqəb Artura içindəki ağrıları gizlətməyə kömək edir. Amma məruz qaldığı zorakılıqlar, onun getdikcə idarə olunmayan bir adam olmasına səbəb olur. Yavaş-yavaş psixoloji cəhətdən sarsılan Artur, Gotham City-də özünü cinayət və xaos içində tapır. Zamanla Artur öz şəxsiyyətindən uzaqlaşır və Joker olur.

Joker xarakterini canlandıran Joaquin Phoenix rola görə 23 kg arıqlamışdır. 44 yaşlı aktyor Joaquin Phoenix, Artur Flek obrazının "həqiqətən arıq" olduğunu düşünən rejissor Todd Phillipsin xahişi ilə 23 kq arıqlamağa razı oldu. Diqqətlə bir həkimin rəhbərliyi altında arıqlayan Phoenix, kilo itkisi ilə zehni mübarizə etsə də fiziki cəhətdən özünü gözlədiyindən daha yaxşı hiss etdiyini bildirdi.

 

Mənbə: ahaber.com.tr

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin