Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Karvanlardan elektron kitablaradək

Qədim kitabxanalar bahalı həzz idi və sadə insanlar, nəinki sadə insanlar, hətta yüksəkvəzifəli məmurlar da bu dəbdəbəyə sahib olmaq ixtiyarında deyildilər. Onlar ancaq krallara və bir növ, zənginlik və qüdrətlilik əlaməti sayılırdılar. Bu mənada, daha çox fars hökmdarları müvəffəqiyyət əldə edə bilirdilər. Həmin hökmdar III Dara (İsgəndərlə döyüşü uğursuz bitən) səfərlərə çıxarkən özü ilə 50 dəvə üzərində şəxsi kitabxanasını da götürürdü. Həm də onlar ancaq ən zəruri kitablar idi. O vaxt - b.e.ə. VI əsrdə kitabxanalar bir neçə zal, bəzən isə bütün bir binanın ərazisini tuturdu. Məşhur İsgəndəriyyə kitabxanasını yada salmaq kifayətdir.

Niyə belə olub? İş orasındadır ki, o zaman kitablar papiruslar, perqament, bəzən isə ümumiyyətlə, gil lövhəciklərdə yazılırdı. Onlar ağır, onlarca kiloqram çəkidə idilər. 

Yalnız erkən orta əsrlər dövründə daha yüngül və ucuz materiallar yarandı, lakin kitablar hələ də dəbdəbə olaraq qalırdı. Orta əsr Azərbaycanında, daha doğrusu, Səlcuqlar Dövlətinin ərazisində xüsusilə önəmli və elit peşə tez və səlis şəkildə yaza bilən kalliqraf peşəsi idi. Bir kalliqraf gün ərzində 50 səhifə mətn yaza bilərdi. Bundan başqa, kalliqraf, eyni zamanda, rəssam da idi - faktiki olaraq, bu, bir peşə idi: rəssam müvafiq şəkillərlə mətni illüstrasiya edirdi və istər dövlət sənədlərini, istərsə də şeirləri, poemaları, hökmdarların həyatındakı hekayələri yazırdı.

Şah İsmayil Xətai əla kalliqraf idi. Dövləti idarə edən bu insan, eyni zamanda, məharətlə "soyuq silah"a, bədii sözə və kalliqrafiya sənətinə malik idi. O, kitabxana işinin inkişafı barədə fərman imzalayan imperiya hökmdarlardan birincisi idi. Məhz kalliqrafiyanın inkişafı kitaba bir qədər əlçatan olmağa imkan verdi.

Şərqdən olan elm

Şərq o vaxtların mədəniyyət mərkəzi idi. Bir çox alimlər şəxsi kitabxanalara malik idilər, sultanlar və şahlar isə kitabxanalar yaradaraq, təhsilli insanlara dəstək verməyi özlərinə borc bilirdilər. Orta əsrlər barədə danışarkən, Bəhmənyarın (Əbülhəsən Bəhmənyar ibn Mərzuban Əcəmi Azərbaycani) kitabxanası barədə danışmamaq mümkün deyil. Bu insan öz dövrünün ən dahi alimlərindən biri, İbn Sinanın tələbəsi olub. Cənubi Azərbaycanda yerləşən Bəhmənyarın kitabxanası öz dövrü üçün ən böyüklərdən biri idi. Onun vacib xüsusiyyətlərindən biri - ondan istifadə etmək istəyən bütün alim insanlar üçün tamamilə açıq olması idi. Müasir terminlərlə danışsaq, elmin təşviqi - Bəhmənyarın əsas nailiyyətidir. O, digər alimlərin əsərlərini çox tərcümə edirdi, türk, fars, ərəb, yunan, latın dillərini mükəmməl bilirdi. Nəticədə, bir çox alimlər Bəhmənyar barədə çoxəsrlik biliklərə yol açan və faktiki olaraq, bütün Şərqdə ictimai kitabxanalardan birini yaradan insan kimi məmnuniyyətlə danışırdılar.

X-XII əsrlər - Şərqdə elmi təfəkkürün ucaldığı bir dövrdür. İbn Sina və Nəsrəddin Tusi bu dövrdə məşhurlaşır. Musiqi və riyaziyyat, astronomiya və tibb barədə traktatlar yazılır. Və burada vacib rolu vaxt keçdikcə, praktiki olaraq ictimaiyyət üçün əlçatan, lakin hələ də nadir hal olan kitabxanalar oynayır. Bu zaman katolik Avropasında qədim biliklər "qıfıl arxası"nda saxlanılır, elm qadağaların kandarındadır, azca fərqli düşüncə isə küfr sayılırdı. Burada isə əks-proseslər gedir - dinə və baxışlara rəğmən Aristotel və Hippokrat, Əflatun və Evripid tərcümə olunur.

Filosof Xətib Təbrizi XI əsrin ikinci yarısında doğma Təbrizdə dünyanın ən böyük kitabxanalarından birini yığır. O da işinə kifayət qədər vicdanla yanaşaraq, çox tərcümə edir. Belə ki, ərəb dilindən türk dilinə alim Əbülula Muerrinin işini tərcümə edən zaman, detalların dəqiqləşdirilməsi və aydın olmayan məqamları aydınlaşdırmaq üçün müəlliflə görüşmək və onunla birgə tərcüməni tamamlamaq üçün Bağdada yola düşüb.

Nəsrəddin Tusi kitabxana işinin inkişafında qeyd olunub və onun qeyri-adi əhvalatı ayrıca hekayə halına salınmağa ehtiyac duyur. İş orasındadır ki, onun məşhur Ələmut qalasında yerləşən, hətta indiki dövr üçün nəhəng kitabxanası olub. Orada bütün Avropa və Asiyaya vahimə salan, məşhur və sirli Assasinlər ordenini yaradan məşhur Dağlı Qoca (Həsən ibn Sabbah) yaşayırdı. Bütün dünyadan maddi və mədəni dəyərləri toplayan Qoca, Nəsrəddini qalada saxlayıb və alimin sərəncamına bir çox dəyərli kitablar verib.

Bundansonrakı orta əsrlər dövründə kitabxanaların sayı çox idi, işi "öz axarı"na isə həmin Şah İsmayil Xətai salıb. 1522-ci ildə kitabxana işi barədə fərman imzalayaraq o, xanları elmi işləri yığmağa və onlara sərbəst girişin təmin edilməsini tapşırıb. 

XVI əsrdə artıq Təbriz, Ərdəbil, Marağa, Şamaxı kitabxanaları məşhur idi. Təbriz saray kitabxanası bilavasitə Şah İsmayil Xətai tərəfindən yaradılıb.

Yeni imperiya zamanı

Kitabxanaların və ümumiyyətlə, kitab işinin daha geniş yayılması kitab çapı zamanına təsadüf edib. Şərqdə uzun müddət əsl nemət kimi əllə yazılan, ya da yenidən yazılan kitab olub. Yalnız XIX əsrdə sahibkarlara məxsus olan çoxlu sayda özəl kitabxana yaranır. Əsrin sonuna qədər isə tamamilə istənilən hər kəs üçün açıq olan çoxlu ictimai kitabxanalar yaranır. Bir qayda olaraq, onlar ictimai təşkilatlara məxsus idi.

Belə ki, məsələn, Bakıda Nikolayev küçəsində "Nicat" Müsəlman Maarifləndirmə Cəmiyyətinin kitabxanası işləyirdi. Oxucu zalı orada pulsuz idi. Kitablar evə ayda bir kitab üçün 30 qəpiyə verilirdi (1 rubl girov qoymaqla).

Krasnovodsk küçəsində yerləşən Bakı Maarifləndirmə Şurasının kitabxanası da yaxşı sayılırdı. O da pulsuz idi, lakin evə kitablar ancaq Şura üzvlərinə verilirdi.

Bakıda ilk rəsmi ictimai kitabxana yalnız 1896-cı ildə yaranıb. Və onun yaradıcıları elə-belə insanlar deyil, Nəriman Nərimanov və eyni zamanda, milli jurnalistika və peşəkar teatrı yaradan Hacı Zeynalabdin Tağıyev idi. Tağıyev teatrı, Milyonuncu küçəsində Nərimanov tərəfindən təmin edilmiş ərazidə yerləşən ictimai kitabxana üçün kitabların alınmasına 325 rubl toplamaq üçün əvvəlki ilboyu tamaşalar nümayiş etdirirdi. 

Azərbaycan kitabxana işinin əsl və sürətli çiçəklənməsi, anlaşıldığı kimi, sovet illərinin ilk dövrlərinə düşüb. "Likbezin" (savadsızlığın aradan qaldırılması) ümumdövlət proqramı çərçivəsində Bakıda və digər şəhərlərdə çoxlu sayda kitabxana açıldı. Bundan əlavə, kiçik şəhərlərdə və ucqar kəndlərə gedən, savadlılığı və biliklərə sevgini aktiv şəkildə təşviq edən "səyyar kitabxanalar" da yaranırdı. Belə kitabxanaların işçiləri zavodların ezam olunmuş işçiləri idi - total savadsızlıqdan (Çar Rusiyasında ibtidai təhsilə əhalinin yalnız 20%-i malik idi) digər kadrlar, sadəcə, yox idi. Məhz o zaman - 20-30-cu illərdə bütün iri kitabxanalar açılır - M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Firudin Köçərli adına Uşaq Respublika Kitabxanası və s. 

Kitabxana bu gün

Bu gün Azərbaycanda - istər ictimai, istərsə də institut və dövlət müəssisələrində xeyli sayda kitabxana var. Müstəqillik illərində Azərbaycan Prezidentinin İşlər İdarəsinin Kitabxanası, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası, Elm və Texnologiya Dövlət Komitəsinin Elmi-Texniki Kitabxanası və başqaları yarandı. Buna baxmayaraq, ictimai kitabxanalar keçmiş aktuallığını itirib. Yazıçılar və naşirlər yekdilliklə iddia edirlər ki, kağız kitablar əvvəlki dövrdən daha populyardır. Digər tərəfdən, sosial şəbəkələr kütləvi dünya təzahürünə çevrilib ki, onları kitablardan daha çox oxuyuruq. Başqa bir tərəfdən, bütün kitabxananı qavraya bilən genişekranlı telefon və "qiraətxanalar" (bukridlerlər) yaranıb. Bu mənada, tarix spiralın yeni burumuna çıxaraq, təzədən təkrarlanır: ictimai kitabxanaları özəllər əvəz edir, kağız kitablar isə yenidən seçilmişlərin qisməti və dəbdəbəsinə çevrilir.

http://regionplus.az/az/articles/view/5772

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin