Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Kiçik qarajlarda başlayan 10 iri layihə

Böyük əksəriyyətimiz həyatda nəsə yaddaqalan bir iş görmək istəyirik. Kitab yazmaq, yarış birincisi olmaq, elmi kəşf etmək və ya böyük bir şirkət qurmaq. İdeyalar çoxdur, amma həyata keçirmək mərhələsində qarşımıza bir sıra maneələr çıxır: pul azlığı, texnikanın olmaması, vaxt azlığı və buna bəznər min cür problemlər. Amma heç də bu problemlərin hamısı bizi ideyamızı reallaşdırmaqdan uzaq salmır. Odur ki, sizə dünyaca məşhur olan bəzi şirkətləri sıralacağıq ki, onlar qaraj tipli kiçik yerlərdə doğulublar.

1) Apple

Apple hazırda dünyada ən güclü texnologiya şirkətlərindən biridir. Bu şirkəti Stiv Cobs 1976-ci ildə öz valideynlərinin qarajında qurub. Stiv Cobs və Stiv Vozniak (21 və 26 yaşlarında iki gənc) qarajda birlikdə işləyərək 30 gün ərzində 50 kompüter toplayaraq ədədini 500 dollara yerli bir şirkətə satmışdır. Elə o vaxtdan işlərini böyüdürlər.

2) Bitlz (The Beatles)

Bitlz qrupuna uzv olmazdan öncə Con Lennon sinif yoldaşlarından ibarət The Quarrymen qrupunda idi. Qrup üzvlərindən birinin valideynləri səs-küydən narahat olduqlarını bildirdikdə, gələcək super ulduzlar arxa həyətdə olan sığınacağa yerləşdirdilər.

3) Amazon

Cef Bezos 1994-cü ildə onlayn kitab mağazası olan Amazon şirkətini quranda tamamilə öz qarajında başlamışdır.

4) Harli-Davidson

Vilyams Harli 1901-ci ildə öz velosipedinə mühərrik quraşdırmaq istəyir. Bir neçə il Harli dostu Artur Davidsonla birlikdə yeni mühərrik üzərində işləyirlər və taxtadan bir yerdə ilk motosiklet düzəldirlər. Və əfsanəvi Harli-Davidson beləcə başlayır.

5) Microsoft

Bil Qeyts və Pol Allen 1975-ci ildə gələcək Microsoft şirkətini qarajda qurub. İlk əməliyyat sistemləri üçün lisenziyanı IBM-dan 80000 dollara aldılar.

Daha sonra onlar Windows sistemini qururlar ki, bu sistem hələ də masa üstü kompüterlərdə dominantlıq təşkil edir.

6) Disney

Volt və Roy Disney 1923-cü ildə dayısıgilə köçürlər. Qardaşlarının qarajında İlk Disney Studiosunu qururlar. Bu da dünyada ən böyük film studiosunun prototipi idi.

7) Google

Standford universitetinin iki tələbəsi Larri Peyc və Sergey Brin 1998-ci ilin yayında təhsil layihələrini tamamlamaq üçün Google üzərində işləyirlər.  Gələcəyin nəhəng axtarış saytının təməli Susan Vojsiskinin qarajında qoyuldu.

8) Hewlett-Packard

Dünyanın ən məşhur texnologiya şirkətlərindən olan HP 1939-cu ildə 538 dollar vəsait ilə qarajda qurulub.

9) Lotus Maşınları

Entoni Çapman 1984-cü ildə valideynlərinin qarajında özünün ilk yarış maşınını düzəldir. ­­

10) Nike

Nike (1964-1978-ci illər arasında Blue Ribbon Sport adlanıb) markasını qaçış üzrə tələbə və müəllimi yaradıb. Onların biznes ideyaları çox sadə və hədəfə yönəlik idi: hər birinə 500 dollar qoymaqla Asiya istehsalı 300 ədəd sport ayaqqabı alırlar və öz markalarının adı altında yenidən satışa çıxarırdılar. Başlanğıcda onların heç qaraj pulunu verməyə belə vəsaitləri yox idi, ticarəti də avtomobil baqajında edirdilər.

Mənbə: http://bigpicture.ru/

Şərh yaz (1)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

Zeynal Selver / 23 fev, 2016 15:30:27

maraqlıdı

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin