Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Kofesiz yaşaya bilməyənlər üçün 3 vacib fakt


Bethoven hər gün özünə 60 dənəcikdən ibarət kofe hazırlayırdı, Voltyer isə hər gün 50 fincan kofe içirdi və 83 yaşa kimi yaşadı. Belə çıxır ki, kofedən asılılıq bu içkiyə qarşı olanların dediyi kimi elə də qorxulu deyil. Biz sizə dərhal kofe içmək üçün 3 səbəb tapdıq və bonus kimi yay kofe kokteyli resepti təqdim edirik.



Beyin aktivliyinin artması 
 

Sirr deyil ki, kofe diqqeti artırır, fikrin cəmlənməsinə kömək edir, insanın realsiya sürətini artırır, lakin bu yalnız kofenin təsiri ilə olmur. Yalnız kofe və şəkər sizdən qısa müddətlik balaca dahi edə bilər, çünki məhz kofein və qlükoza beyində xüsusi vacib hissələri aktivləşdirir. Lakin heç bir halda kofeni ac ikən içməyin, bu halda içki sizə əks təsir edəcək. 

Təzyiq artımı 

1 fincan kofe ilə hipotoniyanın – aşağı təzyiqin qarşısını almaq olar. Lakin kofedən ürək döyüntüsü və taxikardiyası artan hipotonik insanlara kofe içmək məsləhət görülmür. Hipertonik şəxslərə isə yenə də kofe içmək zərəli deyil, müntəzəm olaraq kofe içdikdə orqanizmin bu içkiyə qarşı reaksiyası tənzimlənir və təzyiq artımı müşahidə olunmur. 


İmmunitet möhkəmlənməsi
 

Bir neçə ölkədən olan alimlər təyin ediblər ki, kofe qəbulu erkən ölümün qarşısını alır: gün ərzində içilən hər 1 fincan kofeylə, ölüm riski azalır.  Gün ərzində ən optimal kofe sayı – 3 fincandır. Bu onunla bağlıdır ki, kofe immun sistemin iş fəaliyyətini aktiv və sağlam edərək dəyişir, eyni zamanda qaraciyəri, ürək və həzm sistemini gücləndirir. Çalışmaq lazımdır ki, yeni üyüdülmüş və təbii kofe içəsiniz. 

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin