Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Müsahibə zamanı emosional intellekti üzə çıxaran 7 sual

İşə götürdüyünüz insan əslində sizin şirkətin mədəniyyətinin və gələcək uğurlarının göstəricisidir. Odur ki, doğru işçi seçməkdə müsahibə zamanı verilən sualların çox böyük rolu var. Belə ki, bu suallar müsahibə verilən suallar çox şey haqqında sizə məlumat verə bilər.

Hər şirkətin öz dəyərləri vardır və işçinin emosional intellekti bu dəyərlərin inkişaf etdirilməsinə çox böyük təsir edir, odur ki, msahibə zamanı işçinin bu keyfiyyəti heç də az qiymətləndirilməli deyil.

Aşağıdakı iş görüşməsi zamanı müsahibə verəcəyiniz yeddi önəmli sual sizə təqdim olunur, bu suallara cavab verərkən namizədin güclü emosional intellektini aşkar edə bilərsiniz. 

1.Kimi örnək görürsünüz və niyə?

Bu sual kömək edir ki, müsahib davranışlarında kimi özünə örnək götürür biləsiniz.

Bu sual həm də namizədin hansı dəyər və davranışlara önəm verdiyini də üzə çıxara bilir. Porch onlayn ev məhsulları şirkətinin kommunikasiya vitse prezidenti  və komanda rəhbəri Craig Cincotta belə deyir.

2.Əgər günü sabah öz şirkətinizi açsaydınız, onun önəm verdiyi 3 əsas dəyər nə olardı?

 Hər bir uğurlu münasibət inam və ardıcıl dəyərlərlə başlayır.  Bigcommerce elektron kommersiya platformasının rəhbəri Robert Alvarez deyir ki, insanın dürüstlük və tamlıq kimi keyfiyyətləri prioritet tutmasını bu suala cavabından bilmək olar.

3.Əgər biznes prioritetləri dəyişsə, yeni hədəfləri komandanıza anlatmaqda necə yardımçı ola bilərsiniz?

Prioritetlərin dəyişməsi hər şirkətdə və iş mühitində baş verə bilir. Odur ki, elə namizədə üstünlük verin ki, dəyişiklərin öhdəsindən rahatlıqla gələ bilsin, tez uyğunlaşsın. Mariah DeLeon, Glassdoor saytının vitse prezidenti tövsiyə edir ki, özünə inamlı, motivasiyalı və empatiya göstərən insanı işə götürün: “Bu bacarıqlar işçiyə imkan verir ki, komandada rahat işləyə bilsin”.

4.Başqa bir işə keçəndə əvvəlki iş yoldaşlarınla dostluq münsaibətini saxlayırsınızmı?

Yaxşı münasibət qurmaq uzun vaxt ala bilir və bunu bacaran insanların demək ki, qəti emosional intellektləri vardır. Alvarez deyir ki, münasibət quran və onu qoruyub saxlayan insanlar demək ki, buna çox önəm verir.

5.Hansı bacarıq və təcrübə səndə yoxdur və sənin buna ehtiyacın var?

Maraq və həvəs onun göstəricisidir ki, işçi bir işi daha yaxşı görmək istəyir. Alvarez deyir ki, bu suala cavab verməyə çətinlik çəkən insanlar adətən elə hesab edirlər ki, onlar hər şeyi bilirlər: “Belə insanlardan uzaq dursanız yaxşıdır.”

6.Əvvəl heç vaxt eşitmədiyim, bilmədiyim bir şey öyrədə bilərsinizmi mənə? (Bu hər şey ola bilər: hansısa bacarıq, öyərdici bir şey və ya tapmaca).

Bu sual namizədin bir neçə keyfiyyətini üzə çıxara bilər:

  • Namizəd cavab vermədən öncə düşünməyi bacarırmı
  • Hansısa bir mövzuda daha az bilgili birinə mövzunu izah etmək texnikası varmı
  • Namizəd bir mözvunu başa salarkən qarşısındakı insane empatik sual verə bilirmi? (Analada bilirəmmi, bu sizə məntiqli səslənirmi?)

7.Əldə etdiyiniz uğurların 3 əsas faktorunu sadalaya bilərsinizmi?

 Alvarez deyir ki, bu sual namizədin eqoist olub olmadığını üzə çıxarır: “Bu suala cavab verən insanlara diqqət edin, görün onlar söhbət zamanı “Mən, Mən, Mən” daha çox istifadə edirlər, yoxsa “Biz”, “Komandamız” kimi ifadələri. Cincotta deyir ki, şirkətinə pozitivlik qatacaq insanı işə götür: “Bir insan çox ağıllı ola bilər, amma şəxsi karyerasından başqa şirkətə qatacaq bir şeyi yoxdursa və onunla işləmək əyləncəli deyilsə, demək bu adam şirkətə uyğun deyil.”  

Mənbə: http://www.entrepreneur.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin