Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Mobil təhsil, yeni tədris metodu

M-təhsil və ya mobil təhsil “şəxsi elektron vasitələrdən istifadə edərək multi məzmunlu, sosial və kontent interaktivliyi olmaqla reallaşan tədris metodudur.” Məsafəli tədris zamanı mobil öyrəncilər onlara uyğun zaman kəsimində mobil təhsil texnologiyasından istifadə edirlər.

M-təhsil texnologilarına əl kompüterləri, MP3 pleyerlər, noutbuklar, mobil telefonlar və planşetlər daxildir.  M-təhsil əsasən portativ texnologiyalarla tələbələrin interaktiv şəkildə mobilliyinə fokuslanır. Öyrətmə alətlərinə dəstək üçün mobil vasitələrdən istifadə zamanı materiallar tədrisin mühüm hissəsinə çevrilir.

M-təhsilin ən üstün cəhəti odur ki, virtual olaraq hər yerdə əlçatandır. Bir kontenti hərkəslə paylaşmaq bir an məsələsinə çevrilir ki, bu da verilən tapşırığa sürətli cavab vermək və qiymətləndirmək imkanı yaradır. Bu yüksək aktivlik prosesinin imtahan qiymətlərini 50%-dən 70%-dək qaldırdığı sübut olunub və texniki sahələrdə kəsirlərin sayını 22%-dək azaldıb. M-təhsil həm də kitabları, qeyd dəftərlərini kiçik cihazlara lazımlı kontenti sığışdırmaqla portativliyi təmin etmiş olur.  

Ön tarixçə

Mobil təhsil mobil telefon, masa üstü kompüter, planşet üzərində mövcud olan təhsil metodudur. E-Təhsil o imkanı yaradır ki, klassik, ənənəvi sinif, auditoriya sistemini pozur və imkan yaradır ki, şagirdlər məktəbə gəlmədən, elə evindəcə təhsil ala bilsin. Mobil təhsil də e-təhsilin bir qolu olaraq bir az da irəli gedib tələbələrə o imkanı yaradır ki, mobil cihazın işləyə biləcəyi hər yerdə virtual olaraq təhsil ala bilsinlər.

Cibimizə yerləşə biləcək cihazlar kimi yeni mobil texnologiyalar bizim informasiyanı necə qəbul etmə şəklini dəyişib.  Mobil texnologiyada olan son dəyişikliklər telefonun ilkin funksiyalarını dəyişdirir (zəng eləmək, zəng qəbul etmək ), indi insanlar bu alətdən daha çox məlumat toplamaq üçün istifadə edirlər. "Çoxsaylı agentliklər, eləcə də Müdafiə Departamenti, Daxili Təhlükəsizlik Departamenti, Kəşfiyyat birliyi və hüquq strukturları mobil texnologiyadan informasiyanın idarə olunmasında istifadəsini gücləndirir." 

 
Sinif otaqları/auditoriyaların idarə olunması

Mobil alətlər (Cib kompüterləri kimi) kommunikasiya mobil tətbiqləri ilə, interaktiv funksiyalarla və video xüsusiyyətləri ilə şagirdlər arasında qrup halında əməkdaşlığını artırır.

Mövcud mobil texnologiya sayəsində çətin əldə olunan qaynaqları, dərs vəsaitlərini, vizual və təqdimat işini əldə etmək asanlaşır.
İnteraktiv və multi funksiyalı texnologiya tələbələrə imkan yaradır ki, informasiyanı idarə etsin.
WIFI-ya bağlı olan mobil cihaz sayəsində online olaraq informasiyaya çatım təmin olunur.
Auditoriya fəaliyyətinə çatım və mobil cihaza daxil olan informasiyanın kəsintisiz olması ona imkan yaradır ki, içəridə və bayırda, harada olursan ol kontenti oxuya bilirsən.

FutureLab-in keçirdiyi araşdırma nəticəsində bəlli olub ki, mobil texnologiya tətbiqinin nəticəsində yüksək kommunikasiya, əməkdaşlıq, konseptlərin düzgün qavranılması mümkün olub.

Mobil alətlərdən offline və online şəraitdə istifadə etmək olar.

Mobil telefonla (SMS bildirişlə) xüsusilə məsafəli, distant təhsildə və eləcə də tapşırıqların nəticəsini açıqlama zamanı istifadə oluna bilər. Eləcə də, əgər dərs otağı dəyişibsə, dərs təxirə salınıbsa və.s. kimi hallarda ideal SMS xəbərdarlıq vasitə sayılır. Mobil texnologiyanın həm də biznes adamlarına faydası var, belə ki, onlar gəlib təlim keçmək istəsələr, fiziki olaraq iştiraka gərək qalmır.
Mobil alətlər sayəsində müəllimlə tələbə və tələbəylə tələbə arasında interaktivlik yaradır.
Qarışıq tip tədris metodu ənənəvi sinif qaydasından kənara çıxır. Tələbələr virtual olaraq birgə əməkdaşlıq edirlər. ifadəçiləri köhnə qaydalardan uzaqlaşdırır. Yeni tədris metodu interaktiv veb platforma ilə istifadəçiləri statik auditoriyadan uzaqlaşdırır.

Digər

Gənclər arasında savadlılığı, davamiyyəti, fikir yürütmə qabiliyyətini artırır.
Mobil telefonun tədris prosesində materialların ötürülməsinə, eləcə də mərkəzi portfoliodan audio və digər materialların telefona yüklənməsində köməyi.
Gənclər/yeniyetmələr arasında üeal iş bacarıqlarının aşılanması.

Mənbə: www.wikipedia.org

Şəkil: www.apple.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin