Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

“Mobil telefonuma zəng etməyin”

Mənə mesaj yaz.  Email göndər. WhatsApp, Facebook, iMessage, Skype, DM-dən yaz mənə, və ya Apple saatından mənə ürək döyüntünü göndər. Bunlar bir yana qalsın. Yetər ki, mənə zəng etməyəsiniz.

Siz necə də öz mərkəzçi ola bilirsiniz, düşünürsünüz ki, istədiyiniz vaxt, xəbərsiz-ətərsiz həyatıma girə bilərsiniz, fikrimi sizə cəmləmək üçün bütün işlərimi bir kənara atmalıyam? Multi bacarıq tələb edilən bir dönəmdə bu cür zənglər insanı mənim diqqətimi belə kobudcasına pozmaq nəzakətsizlikdir. Ağıllı telefonların imkan yaratdığı asinxron, qısa və yığcam kommunikasiya vasitələri sayəsində insan real vaxt kəsimində diqqətini daha prioritet məsələlərə yönəldə bilirsən. 

Çox vaxt səsli mesaj barədə unudursan-mən yeni ağıllı telefonumu alanda heç bu imkanı işə salmamışdım belə.

Biz artıq köhnə telefonların əsrində yaşamırıq, zən et və zəngi dayandır düymələrindən ibarət telefonlar keçmişdə qaldı. Onların əsas funksiyası səsli zəng idi. Ağıllı telefonların ixtirası ilə “mobil telefon” artıq bir kommunikasiya aplikasiyasına çevrilib. Bir vaxtlar telefonun məşhur funksiyaları artıq unudulmaq üzrədir. Lənətə gəlsin, hətta yeni telefon incələmələrində belə telefonun zəng qəbul etmə keyfiyyəti müzakirə olunmur, çünki Instagram-da selfie paylaşmaq daha vacib olub.  Telefonda olan mobil tətbiqlər (app) indi başqa bir funksiyalara malikdir, sanki mənzilinizdəki idman zalı kimi: siz nadir hallarda ondan istifadə edirsiniz, amma onsuz da keçinə bilmirsiniz.

Mobil tətbiqlər sayəsində kommunikasiya şəkli dəyişib və sahib olduğumuz mədəni mühitə uyğun onları istifadə edirik.  Ericsson-nun iyun ayına olan hesabatına görə, amerikalı və britaniyalı ağıllı telefon istifadəçiləri səsli zənglərə üstünlük verdikləri halda, yapon və cənubi koreyalılara nisbətən mesajlara daha çox üstünlük verirlər.  daha çox səsli zənglər qəbul edir. Yapniyalı ağıllı telefon istifadəçilərindən hər 4-dən biri ümumiyyətlə, köhnə üsullu səsli zəng etmir.

Burada nəsil bölgüsü də var. Bəzi yerlərdə yaşayan insanlar üçün kiməsə zəng etmək normal bir haldır. Yaşlı qohumların son model telefonları olmaya bilər, beləcə onlar ən son sosial media vasitələrindən rahat istifadəni də bilməyə bilərlər.  Bu normaldır, onlarla işim yoxdur.

YENİ ETKET QAYDALARINI ÖYRƏNMƏK VAXTIDIR

Mənim dərdim o kəslərlədir ki, onlar mənə öz iPhone və ən son Android telefonlarla zəng edir, halbuki onlar bir cümlə ilə mənə mesaj ötürə bilərlər- onlar artıq yeni kommuniasiya etiketini bilməlidirlər.

Mənə deməyin ki, danışmaq çox vacibdir. Misal üçün, yaxın dostum vacib hadisələr haqqında mənə mesajla bildirməsin. Don't get me wrong, talking is still important. Lakin əgər siz mənə nişan barədə deyəcəksinizsə, onda gəlin video konfrans edək, daha dərin məlumat toplamaq üçün. Biz FaceTime, Hangout, və ya Skype-dan istifadə edə bilərik.  Və yaxud  Asiyada yaşayırsınızsa bu, Line, WeChat ola bilər. Papağı başınıza qoyun və düşünün, yox əgər yenə də deyirsiniz ki, zəng eləmək daha vacibdir, onda ən azından saçınızı daraya bilərsiniz.

Ondansa mənə xəritədə göstərin ki, harada görüşə bilərik və mən görüşənədək sizə kofe sifariş edə bilərəm. (http://www.theverge.com/)

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin