Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Pullu təhsil almağa dəyərmi?

Mən münasib qiymətlərlə dövlət universitetində oxumaq əvəzinə çox tanınan və premium qiymətləri olan ali təhsili seçdim. Mən təhsilin keyfiyyətinə önəm verdiyim qədər həm də onun adına, prestijinə də diqqət edirdim. Buna heç dəyməzdi, özü də heç.

Təəssüflər olsun ki, “yaxşı” sözü çox vaxt “bahalı” sözü ilə eyniləşir. Təhsil haqqını ödəmə reallığı ətrafında çox az söhbət olur. 2014-cü il məzunlarının bu günə olan toplam tədris krediti 33000 dollardır. Wall Street Jurnalının verdiyi məlumata görə, bu rəqəm hətta inflyasiyadan sonra belə, 20 il bundan öncə tələbələrin təhsil kreditlərinin ikiqatına bərabərdir.

Ohayo Ştatının Dayton şəhərində Spicer Sağlamlıq Menecment prezidenti Bryon Spice deyir ki, təhsil kreditləri subsidiya kreditləri artımı nəticəsində yaranan mənzil böhranı ilə müqayisə olunur: “Necə ki, ipoteka kreditləri mənzil qiymətlərini qaldırdı, tələbə təhsil kreditləri də təhsil haqqının artmasına şərait yaratdı.”

Təhsilini harada almağının heç bir mənası yoxdur

Məni işəgötürən harada təhsil aldığımla məndən az maraqlana bilməz-ən əsası odur ki, bir təhsil olsun. Lumina Fondundan Gallup-ın keçirdiyi sorğu nəticəsində məlum olub ki, biznes liderlərinin cəmi 9%-i işə müraciət edənin harada təhsil aldığı ilə maraqlanır, bunun əksinə 84% yeni işçinin müraciət etdiyi sahə üzrə bilikləri, 79% isə konkret iş təcrübəsi ilə maraqlanır. Halbuki Amerikalı gənclər arasında aparılan sorğu nəticəsində bəlli olub ki, respondentlərin 30% inanır ki, biznes liderləri üçün işə müraciət edənin harada təhsil almağı vacibdir. Reallıqla onu qəbul etmə arasında boşluq var. Ona görə də 40 milyondan çox Amerikalı 1 trilyon dollara yaxın təhsil krediti yükü altında qalıb.

Universitet dərəcəsi həqiqətən də çox pul qazandırır?

ABŞ-ın Census Bürosunun verdiyi məlumata görə, dörd il universitet oxuyan adam orta təhsilli adamdan 1 milyon dollar artıq qazana bilər. Universitet dərəcəsi əlavə 400.000 dollar qatır.

1 milyon dollar heç də bütün hekayəni anlatmağa yetmir.

Drake Sağlamlıq Menecment qurucusu və şəxsi maliyyə mütəxəssisi Colin Drake deyir ki, məsələnin kökündə o durur ki, valideynlər çox vaxt ehtiyat edir ki, övladları öz yaşıdlarıyla ayaqlaşmasa onların daha az perspektivi olar: “İronik də olsa, əslində yüz minlərlə dollar borclanan tələbənin gələcək həyatı daha çox şübhə artındadır.”

Tələbə təhsil kreditinin iqtisadiyyata real təsiri

İndiyədək universitet məzunlarını gözdən keçirdikdə bəlli olur ki, bu kreditlər təhsil maraqlarınızı qarşılamaq üçün çox şişirdilib. Yükləndiyiniz borc sayəsində siz həm də onu ödəmək üçün qiymətli vaxtınızı sərf edirsiniz.

Yaşam Sərvət Qrupunun yaradıcısı Cheryl Fields qeyd edir ki, 30 yaşlarında məzunlar ev sahibi ola bilmirlər, çünki onlar hələ də təhsil krediti ödəyirlər: “Məzun olurlar, amma son 8 ildə yaranan iqtisadi sıxıntılar  nəticəsində təhsil alarkən gözlənilən maaş realda daha aşağı olur.”

Bunun iqtisadiyyata hər halda təsiri çox böyükdür. CPA Amerika İnstitutunun yeni araşdırmasına görə, sorğuda iştirak edənlərin 41%-i təhsil krediti ucbatından pensiya planlarını təxirə salırlar. 40% respondent maşın almaqdan imtina edir, 29% isə ev ala bilmir. Digər 15 % kəsim isə ailə qurmağı təxirə salır. Yeni nəsil sırf bənzər iqtisadi problemlərə görə uşaq sahibi olmaq istəmir.

Spicer qeyd edir ki, əgər vəziyyət belə davam etsə artıq ailələr təhsil almağı vacib saymayacaq: “Biz orta məktəb məzunlarının real həyatda daha çox keyfiyyətli yaşaya bildiklərini görürük, onlar öz karyeralarını daha yaxşı kəşf edə bilirlər və daha sonra təhsilə pul ayırmağı lazım bilirlər.”

Təəssüflər olsun ki, dəyişim heç də tez olmayacaq. Artan təhsil kreditləri federal hökumətin maliyyə maraqlarına xidmət edir. Təkcə 2013-cü ildə hökumət 41 milyard dollar qazanıb ki, bu da dünyada iki şirkətdən sonra (Exxon Mobil və Apple) ən çox gəlir sayılır. Onu da qeyd etmək lazımdır ki, təhsil krediti yeganə kredit növüdür ki, iflas zamanı silinmir.

Universitetlər çox zaman qoyduqları qiymətə dəymir, lakin bu o demək deyil ki, gənclər tamamən təhsildən uzaq düşməlidirlər. Alberta Şirkətlər qrupunun prezidenti və Təqaüdçü Məsləhətçilərin Baş Mənfəət Qrupunun başçısı Chris Alberta tövsiyə edir ki, əgər siz beyninizdə konkret olaraq ixtisas, sahə dəqiqləşdirməmisinizsə, o zaman icma tədris mərkəzlərinə getməyiniz birinci növbədə məsləhətdir: “Aşağı təhsil haqqı ilə belə yerlər imkan verir ki, siz həm də yarı gün işləyə biləsiniz, bu da yeni cığır, yeni qapılar aça bilər.”

Alberta  onu da əlavə edir ki, ali təhsil almaq heç vaxt gec deyil. Gec yaşlarında ali təhsil almaq əksinə sizə kömək edəcək ki, bir müddət işləyib, pul toplayasınız və dəqiqləşdirəsiniz hansı sahə üzrə oxumaq istəyirsiniz: “İnsanlar 40-50 yaşlarında da dərəcə ala bilirlər və bu hələ yeni həyatın başlanğıcıdır. Sadəcə əmin olun ki, yeni həyatınız təhsil borcları ilə məhv olmasın.”

Mənbə: www.forbes.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin