Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Sərfəli aviabiletləri necə tapmaq olar? Ən yaxşı bələdçi

Aramızda səyahət etməyi kim sevir? Yəqin ki, hər kəs. Səyahət etmək üçün büdcənizə maksimum qənaət etmək istəyirsinizsə, bu postumuz sizin üçündür! Dünyanın istənilən yerinə ən ucuz uçuşları necə tapmaq olar?

Related image

1. Çevik olun

Bir çoxlarının aviabilet alma üsulu belədir:

  • Getmək istədikləri yeri seçmək
  • Tarixlərini seçmək
  • Qiymətlərə baxmaq

Adətən bu, nəticələrdə qiymət yüksək olur.

Əgər prioritetiniz sərfəli aviabilet əldə etməkdirsə bu yanaşmanı aşağıdakı formada dəyişin:

  • Google flights, Momondo və s. saytlarda dünyanın müxtəlif istiqamətlərində biletlərə və qiymətlərə baxın
  • Ucuz biletlərin olduğu yerlərdən hansının sizi cəlb etdiyinə qərar verin
  • Sərfəli qiymətin olduğu tarixləri seçin

Hara və nə vaxt gedəcəyinizlə bağlı çevik olun. Əgər getmək istədiyiniz yeri və tarixi seçmisinizsə və bunda qətiyyətlisinizsə, demək aşağı qiymətli aviabilet almaq şanslarınızı 95% azaltmış olursunuz. Dəyişiklik və çeviklik ən vacibidir. 

2. Okeanı ən sərfəli formada keçin

Əgər mümkün olan ən sərfəli biletləri əldə etmək istəyirsinizsə, ən aşağı qiymətli biletlərə fikrinizi cəmləyin, hətta bu sizin aeroportdan deyilsə və hətta sizin getmək istədiyiniz yer deyilsə. İki dayancaqlı marşrut adətən bir dayanacaqlı marşrutdan daha ucuz başa gəlir. Əlavə olaraq siz orada qala və daha bir şəhər kəşf edə bilərsiniz.

3. Ən çox səyahət olunan aylarda səyahət etməyin

Şimali Amerika və Avropada uçuşların ən ucuz olduğu vaxtlar aşağıdakılardır:

  • Yanvardan Mayın ortasına kimi
  • Sentyabrdan Dekabrın əvvəlinə qədər

Ən bahalı tarixlər:

  • Yay İyunun ortasından avqustun ortasına qədər
  • Milad bayramı
  • Yeni il ərəfəsi

Bu, bəzi spesifik yerlərə və festivallar zamanına görə də dəyişə bilər. Müqəddəs Patrik günündə Dublinə və ya Çin Yeni İlində Çinə uçuşlar ucuz deyil.

4. Ucuz biletləri bron etmək üçün ən yaxşı vaxtları müəyyənləşdirin

Biz tövsiyə edirik ki, endirim gördüyünüz halda ölkədaxili biletləri 1-3 ay əvvəldən bron edəsiniz, beynəlxalq uçuşları isə 2-8 ay əvvəldən.

5. Ən sərfəli günlərdə səyahət edin

Səyahət üçün həftənin hansı günləri daha sərfəlidir? Ümumiyyətlə çərşənbə axşamı, çərşənbə və şənbəg ünləri biletlər daha ucuz olur. Cümə və bazar günləri isə ən bahalı günlərdir.

6. Uçuş axtarmaq üçün ən yaxşı alətləri seçin

Bizim 3 ən sevimli alətimiz Google Flights, Priceline və Momondo-dur. ITA Matrix, SkyScanner kimi Daha mürəkkəb alətlər də var. 

Tur şirkətlərində GəncOL endirimindən istifadə etməyi də unutmayın! Ətraflı: http://gencol.az/az/teklifler?category_slug=seyahet

 

Mənbə: scottscheapflights.com

 

 

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin