Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

“Şöşü” ilə müsahibə: "Mən cüdoçu olmuşam"

Oxu.Az Atv.az-ın yumoristik aktyor Ramil Babayevlə müsahibəsini təqdim edir:

- Ramil, dostun İlkin Həsənli kiminləsə ciddi münsasibət quran kimi bütün Azərbaycan bunu “Facebook” vasitəsi ilə bildi. Sən artıq neçə ildi ailəlisən, lakin  "Facebook"da özün varsan, nədə ailən haqqında KİV-də bir informasiya...

- Ailəli olmaq çox yaxşıdı. Və əsl kişi odur ki, ailəsinin başında durmağı, övladlarını saxlamağı bacarsın. Bizdə ailəmiz ücün calışırıq. Mənim iki qızım var - 6 yaşlı Aylin və 7 yaşlı Ayan. İkisi də bir sinifdə - birinci sinifdə oxuyur. Rus bölməsində oxuyurlar. Özüm “feysbukda” olmasam da, “İnstaqram"da varam. 

- Həyat yoldsaşın səhifənə baxır?

- Baxır.

- Və?

- Nə “ və”?  Birincisi orada xanımlarla çəkdirdiyim şəkilləri nəzərdə tutursunuzsa, mən onların çoxunu heç tanımıram. İkincisi də ki, bizim aramızda etibar var. Və bu etibarı mən qazanmışam deyə, o mənsiz heç mənim telefonuma da baxmır. Mən bu etibarı biz ailə qurmağımızdan qabaq qazanmışam. Və artıq səkkiz ildir ki, biz evliyik.

- Dostun İlkin təzə tərpənir deyəsən...

- Onun sosial şəbəkədəki elanını deyirsinizsə, mən elə sizdən eşitdim. Heç nədən xəbərim yoxdu və heç təxmini də deyə bilmərəm ki, o qız kimdir...

- Küçədə səni oynadığın obraz kimi tanıyırlar?

- Tanıyırlar. Özüdə ki, ən xoşuma gəlməyən məqamlar bəzilərinin mən ailəmlə gəzintiyə çıxanda və ya hansısa bir marketə girəndə arxamca “ Şoşu!” qışqırmaqlarıdır. Ya da əməlli başlı arxamca düşürlər...

- Ümiyyətlə niyə məhz “Söşü”? Bu ad hardan yarandı?

- Biz İlkinlə birinci “ Bozbaş pikçersi” çəkəndə belə bir səhnəcik qurmuşduq ki, guya mən hansısa verilişin aparıcısıyam və İlkin orada qonaqdı. Mən də onu tanımıram. Soruşanda ki, “Sizin adınız nədi?” o deyir “Şəmsəddin Daşbulaqlı” və ya “Şəmi”. Və sonradan məlum olur ki, biz xalaoğluyuq və mən onu “raskrutka” ücün öz efirimə çıxartmışam. Fikirləşəndə ki, xalaoğluya nə ad qoyaq ki, “Şəmiyə” uyğun gəlsin, “Şöşü” adı ortaya çıxdı.

- “Şəmi” Şəmsəddinin qısaldılmış formasıdır, bəs “Şöşü”?

- “Şöşü” da “ Şöhrətin( gülür”). Və onu da bilin ki, birinci dəfədir mən “Şöşü” adının açıqlamasını verirəm...

- Və bununla nə qədər “Şöhrət” ləri indi gülüş obyektinə çevirirsən..

- Niyə ki? İnandırım sizi, onlara balaca vaxtı belə bu cürə də çağırırlar. Bizim personajlar isə cəmi 13 ildir ki, ortaya çıxıblar.

- “Bozbaş pikçers” artıq neçə ildir ki, dublyajla məşğul olmur. Axı sizdə bu çox gözəl alınırdı və tamaşaçıların əksəriyyəti, mən özüm də daxil olmaqla, "Atv-maqazin" verilişinin ancaq axırına baxırdıq ki, indi “Bozbaş pikçers” olacaq.

- Ümiyyətlə, biz əvvəl buna xobbi kimi baxırdıq. Əsas işimiz də axı başqa idi - mən montajla məşğul idim, İlkin - aparıcılıqla. Sonra bu uğuru görüb, “Bozbaş pikçersin” başqa formasına – “Şəmi-Şöşüyə” keçdik. Sonra kino çəkdik və görəndə ki,  “Bozbaş pikçers” enişə doğru gedir, lahiyəni saxlamağı lazım bildik. Hər şeyin pik nöqtəsi var, hansından sonra ki, enmə başlanır. Bu televiziya sezonu "Şəmi" və onun dostları ücün son sezon olacaq. Biz isə yeni personajlarla yeni lahiyəyə başlayacağıq.

- Ümimiyyətlə belə bir iş var ki, sən indiyədək onu etdiyinə görə peşmansan?

- Əlbəttə var. Mən aktyor olduğuma görə peşmanam. Axı, mən aktyorluq sənətini oxumamışam, məm cüdoçu olmuşam! Gənclər arasında Azərbaycan çempionu olmuşam! Elçin İsmaylov, Mehman Əzizov kimi idmançılarla birgə məşq etmişəm. Cüdo ilə məşqlərimi davam etdirsəydim bəlkə də indi olimpiya çempionu olmuşdum. Məni o zaman tanıyanlar bilir ki, necə güclü güləşçi idim! Maddi durumum pis olduğuna görə idmanı atmağa məcbur oldum. Axı gündə üc dəfə məşqlər olurdu, mən isə buna heç yol pulu çatdırmırdım. İndi cüdonu atdığıma görə çox peşmanam...

- Lakin cüdoçu olsaydın biz səni nə gözəl montaj ustası, nə də xalqın sevimli personajı kimi tanımayacaydıq.

- Əldəttə! Buna da şükükür! Mən heç zaman naşükürlük etmirəm. Sadəcə, idmamçı kimi fəaliyyətimi dayandırmağıma peşmanam.

- Məni hər zaman "Şəmi" və "Şöşü" ilə bağlı bir sual maraqlandırıb. Personajlarınızın neçə illərdi geyindiyi o paltarlar neçə dəfə yuyulub?

- Heç bir dəfə də! İnandırım sizi ki, o paltarlardan elə bir iy gəlir, daha sözlə deyiləsi deyil! Biz bir-birimizin yanında güclə dayanırıq!

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin