Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Sosial mediada ən məşhur bloqqerlər

 

 

1. Huda Kattan

Huda Kattan

Oklahomada doğulan makiyaj eksperti Huda Kattan, şübhəsiz ki, öz sahəsində dünyanın ən məşhur sosial media bloqqeridir. İlk vaxtlar bloqqer kimi başlamış, daha sonra isə Instagram səhifəsinə makiyaj videoları yerləşdirərək 39 milyon izləyici toplamışdır.

 

2. Cameron Dallas

Cameron Dallas

Kameron Dallas Vine və Youtube-da Instagramdan daha məşhur idi, amma burada 21 milyon izləyicisinin olması göstərir ki, o Instagramda da öz sözünü deməyi bacarmışdır. Onun paylaşımları qısametrajli videolar və mahnıların təhlilindən ibarətdir.

 

3. Kayla Itsines

Image result for Kayla Itsines

 

Avstraliyalı məşqçi və biznes sahibi Kayla İtsines 12 milyon izləyiciyə sahibdir, o, öz İnstagram səhifəsində idman videoları, həvəsləndirici mesajlar və pəhrizlə bağlı məsləhətlər paylaşır. O, Time jurnalında “internetdə top 30 ən təsirli insanlardan biri” seçilib. Kayla İtsines son zamanlar öz səhifəsində BBG (Bikini bədəni bələdçisi) proqramı çərçivəsində özünün və bir çox başqa qadınların əvvəl-sonra şəkillərini paylaşır.

 

4. Cooking with Mima

Cooking with Mima

İdman qədər yemək də sosial mediada diqqət çəkən mövzudur. 2,4 milyon izləyici ilə bərabər səhifənin sahibi onu asan hazırlanan yemək reseptlərinin yeganə mənbəyinə çevirib. Əsasən sağlam yemək seçimlərinə üstünlük verilir. Səhifə yaxşı idarə olunur, cəlbedicidir və fərqlilik üçün səyahət videoları və tövsiyyələri də paylaşılır.

 

5. Zach King

Zach King

 

Başqa bir bloqqer və rejissor da məşhurluğu vlog və digər videolarda tapmışdır. Zach King-in Instagramda 21 milyondan çox izləyicisi var və o, bunu insanları güldürməyə məcbur edən hekayə və videolarına borcludur. O təsadüfi, gülməli və əyləncəli videolar paylaşır. Onun paylaşdığı hər şey izləyicilərini gülməyə, əylənməyə və stressi azaltmağa dizayn olunub.

 

Mənbə: ui.digitalmarketinginstitute.com 

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin