Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Startup-ın üçün düzgün həmtəsisçini necə seçməlidir?

Həmtəsisçinin olması təkcə size yuxusuz gecə araşdırmalarından xilas etmir, həm də 34 dəfə rədd cavabı aldığınız məhsulunuzu, ideyanızı daha uğurlu tətbiq etmək üçün sizə kömək olur. Araşdırmalar da onu sübut edir ki, hər hansı layihənin tək deyil bir neçə həmtəsisçisi varsa o layihə daha çox uğur qazanır.

Doğru həmtəsisçi tapmaq bəzən çox müşkül məsələ olur. Axtardığınız o şəxs təkcə sizin bacarıqlarınızı deyil, həm də şəxsi keyfiyyətlərinizi tamamlamalıdır. Onu da qeyd edək ki, həmkar seçimi zamanı qohumluq əlaqəsi və yaxın tanışlıq münasibətləri də işi bir qədər qəlizləşdirə bilər. Belə ki, araşdırmalar göstərir ki, uğursuz startup-ların səbəbi həm də belə həmtəsisçilərlə birgə işə başlamaqdadır.

Aşağıda sizinlə startup başlayarkən yaxşı komanda yığmağın yollarını sadalayacağam:

Bacarıq və iş təcrübənizdə çatımayan nə varsa onu aydınlaşdırın.

Deyək ki, siz MBA bitirmisiniz və maliyyə sahəsində illərlə təcrübəniz var. Amma siz nəyisə sıfırdan texniki olaraq başlamağı bilmirsiniz. Bu o deməkdir ki, siz texniki təcrübə və bacarığı olan bir nəfəri tapmalısınız, daha öncə bəznər bir iş qurmuş, qərar verməyi bacarn birini.

Siz məhsul və dizayn sahəsində dahi ola bilərsiniz, amma heç vaxt e-ticarət biznes ideyanız üçün müştəri axınını artırmaq barəsində düşünməmisiniz. Bu sahəni əla bilən birini tapmağa çalışın.

Daha bir iş ondan ibarətdir ki, şirkət daxilində hansı vəzifələr olacağını müəyyən edin və o vəzifəyə uyğun hənkarlar axtarışına başlayın.

Daha çox insanla danışmaq üçün öz çevrənizdən istifadə edin.

Nə istədiyinizi, nə axtardığınızı biləndən sonra, sizin tələblərinizə cavab verəcək insanlarla görüşün, əgər sahibkarlığın inkişaf etdiyi bir şəhərdə yaşayırsınızsa bəxtiniz gətirdi. Sizə daha rahat olacaq.

İdeyanız barəsində dostunuza danışın.

Linkedin şəbəkəsində profilinizə uyğun insanları axtarın tapın, onlarla ünsiyyətə çalışın. Bir çox görüşlərə qatılın, insanlarla söhbət edin.

Əmin olun ki, əlinizin altında olan bütün resurslardan faydalanırsınız. Universitetlərdə keçirilən startup tədbirlərinə qatılın, orada hər hansı ideyanı maliyyələşdirən sahibkarlarla tanış olma şansı əldə edin.

Nəhayət, dostluğunuzda olan birinci dərəcəli tanışlarınıza diqqət edin, onlarla fikrinizi paylaşın. 2-3-cü dərəcəli, lakin qohum, yaxınlarınız arasında da belə bir axtarış edə bilərsiniz. Hərçənd, ekspertlər bunu məsləhət görmürlər. Ancaq yaxşı etibar etdiyiniz, güvəndiyiniz tanış varsa niyə də ideyanızı paylaşmayasınız.

Məlumatların içinə girin

Elə ki, insan bazası yığdınız, başlayın vaxt itirmədən incələməyə. Nəzərdən keçirdiyiniz CV-lərdə insanların bacarıqlarını dəyərləndirərkən bir sualı özünüzə verməyi unutmayın: Bu insan mənimlə qarşıdakı 6 il çalışmaq istəyəcəkmi?

Start-up başlamaq stress gətirən bir prosesdir, burada siz saatlarla ödənişsiz çalışmalı, sıfırdan çox şeyi qurmalısınız. Bu yolda sizə əlbəttə ki, xarakterinizə uyğun insan, həmkar tapılması çox vacibdir. Bunun üçün aşağıdakı nüanslara diqqət edin:

Hisslərinizə inanın: əgər bir nəfəri gözünüz başdan tutmayıbsa, onunla yola çıxmağa dəyməz. Bir dəfə cəhd edim, olmaz ikincidə diqqətli olaram deyə düşünməyin.
Uzun müddətli düşünün: əgər yetərincə böyük komandaya rəhbərlike dəcəksinizsə əmin olun ki, komanda üzvləri şəxsi keyfiyyətləri ilə bir-birilərini tamamlayır. Bu sizə gələcək ideyalarınızı rahatlıqla tətbiq etməkdə sizə kömək olacaq.


Əmin olun ki, birlikdə çalışdığınız insan səhvləri gülərək qəbul edir və ondlardan öyrənir: Yumor hissi olmayan bir insanla işləmək sizi ancaq stresə sala bilər. İnsanlar səhvlərini gizlətmək əvəzinə, onu qəbul etməli və soyuq başla vəziyyətdən necə çıxmaq lazım olduğunu düşünməlidir.


Cəld və işlək olmalı: Hətta böyük şirkətlərdə çalışan insanlar belə heç də həmişə operativ və ortama uyğun işləmirlər. Əmin olun ki, sizinlə hər cür şəraitdə çalışmağa hazır birini işə götürmüsünüz və bu sizə kömək olacaq ki, axırda hər şeyin dalınca özünüz qaçmayasınız.

Bu şərtlər start-up layihələrinin ən başına aiddir, işə başlamadan bunlara əməl edin və vaxt itkisi, nəhəng problemlərdən uzaq durun ki, işiniz geri qalmasın.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin