Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Stiv Cobs tərəfindən işlənmiş dahiyanə prinsiplər

Cobs İT texnologiyaları tarixində ən tanınmış şəxsiyyətlərdən biri olaraq qalacaq.

Onun dahiyanə prinsiplərini sizə təqdim edirik:

Mükəmməlliyə can at; Stiv Cobs detallara qarşı diqqətcil idi. Birinci iPod-un təqdimat mərasimi ərəfəsində “Apple” şirkətinin əməkdaşları bütün gecəni qulaqcıqların yerini dəyişiblər, çünki Cobs qərar verib ki, qulaqcıqların ştekeri onlara səslə daxil olmalıdır.

Ekspertlərlə çalış; Cobs həm ictimaiyyətə təqdim etdiyi, həm də istehsalını dondurduğu məhsullarla fəxr edirdi. Məsələn, Cobs “Palm Pilot” klonunun yaradılması zərində əzmlə çalışırdı. Lakin o, mobil telefonların personal cib kompüterlərini bazardan çıxaracağını başa düşəndə təəssüflənmədən bütün istehsalı dayandırdı ki, bu da onun mühəndislərinə iPod üzərində çalışmaq üçün imkan verdi.


Fikrinizi fokus qrupda cəmləməyin; Cobsun məşhur ifadəsi: “İnsanlar nə istədiklərini bilmirlər, ta ki sən bunu onlara göstərənə qədər.” Ona görə də o, özü bir insandan ibarət fokus-qrup qismində çalışırdı; məhsulların prototiplərini evə aparır və aylarla onları yoxlayırdı.

Öyrənmə və araşdırma sonsuz prosesdir; “Apple” üçün ilkin cızmaqara üzərində çalışan Cobs “Sony” şirkətinin məhsullarının xarici görünüşünü, şriftlərin istifadəsini və erqononikanı öyrənib. Birinci “Mac”ın korpusu üzərində çalışan Cobs “Apple” şirkətinin maşın dayanacağında gəzib, alman və italyan maşınlarının kuzovlarını incələyib.

Sadə ol; Cobs dizaynının fəlsəfəsi daimi sadəlikdir. iPod-un ilk modellərini hazırlayarkən o, dizaynerlərə yandırma və söndürmə düymələri də daxil olmaqla, düymələrdən istifadə etməməyi tapşırıb. Dizaynerlər şikayət edə-edə nəticədə yeni dəb yaratdılar.
Sirlərini gizlə; “Apple” şirkətində heç kəs artıq söz danışmır. Gizliliyin qorunması yeni məhsullara maraq yaratmaqda Cobsa yardım etdi və nəticədə onun yeniliklərinin təqdimatı günün xəbərinə çevrildi.

Kiçik komanda ilə çalış; “Macintosh”un ilkin komandası 100 nəfərdən ibarət idi. Əgər 101-ci insan işə qəbul olunurdusa, kimsə yerini ona verməli idi. Cobs qərar verir ki, şirkətin yalnız 100 əməkdaşının adını yadında saxlaya bilər.

Az deyil, çox ye; Cobs olduqca ciddi rəhbər idi, lakin "Apple" əməkdaşları üçün ən güclü motivasiya onun görünüşü idi. Cobsun entuziazmı sayəsində "Apple" komandası ilk Mac üzərində üç il ərzində həftədə 90 saat işləyib və nəticədə bu əfsanəvi məhsul yaradılıb.

Prototiplərdən istifadə et; Cobsun etdiyi hər şey prototiplər üzərində hazırlanıb: texnika, proqram təminatı, hətta “Apple” mağazaları. Memar və dizaynerlər Cobsun layihəni bağlaması və hər şeyin başdan başlaması üçün bir ildən artıq fəaliyyət göstərən mağazanın prototipini şirkətin baş qərargahı yaxınlığında gizli anbarda layihələşdiriblər.

Düzgün seçim; Həyatda müxtəlif işlərlə məşğul ola bilərsiniz, amma əgər konkret bir sahə seçmisinizsə bu sahədə əvəzolunmaz olun».

Bu sitat Cobsun Disney-in yaradıcı direktoru Con Lasseter-ə verdiyi ən gözəl məsləhət oldu. Amerikalı məşur multiplikator Apple yaradıcılarından olan Cobsla 1986-ci iləd tanış olmuşdu, o vaxt Pixar-ı Cobs satın almışdı. Lasseter o vaxt yeni layihə üzərində çalışırdı, cizgi film şəkillərini göstərirdi Cobsa. Cobs şəkillərdən birinə baxıb dedi: “Onu dahi et”. Bu söz Lasseterin yaddaşına həkk olundu. Və elə həmin cizgi filmi sonradan ilk kompüter versiyası çıxdı. 

Mənbə: www.bigpictures.ru

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin