Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Telefona cavab verdikdə niyə “Alo” deyirik?

İndi telefonu tamamilə adi bir ciihaz kimi qəbul edirik və hər mövzuda danışa bilərik, ancaq telefon söhbətində demək olar ki hər zaman ilk söz “Alo" olacaqdır. Bəs bu söz hardan gəldi və nə deməkdir?

O vaxtlar, hələ telefonla ünsiyyət həyatımıza yeni-yeni daxil olduqda, bu yenilikdən kim istifadə edirdisə, ciddi qaydalara riayət etməli idi. Uzun müddət telefon, bir qatda olaraq, iş adamı və nüfuzlu insanlar üçün xüsusi işlə bağlı alət olaraq qaldı. Buna görə hər bir telefon danışığı elmi bir sıçrayış hesab olunan əhəmiyyətli hadisə olurdu.

Telefonun ixtiraçısı Aleksandr Bell sayılır, lakin bu cihazın təkmilləşdirilməsinə və yayılmasına böyük töhfə verən Amerikan ixtiraçı Tomas Edisondur. Məhz Tomas Edison, uzun illər öncədən bütün dünyanın bir çox ölkələrində bütün telefon danışıqlarını başladan sözü müəyyən etmişdir.







1877-ci ilin avqustunda Thomas Edison böyük teleqraf şirkətlərindən birinin başçısı ilə yazışmalar aparmışdır. Əsas mövzulardan biri, səs siqnallarını ötürmək və qəbul etmək üçün bir cihazdan istifadə zamanı danışıqların qaydaları ilə bağlı idi. Söhbətin başlanğıcı üçün Edison "hullo" sözünü istifadə etməyi təklif etdi. Telefonun ixtiraçısı olan Aleksandr Bell isə "ahoy" sözünü istifadə etməyi üstün tuturdu (suda qarşılaşdıqları zaman iki gəminin komandaları bir-birlərinə istifadə etdiyi ingilis dillilərin dəniz salamı). Gördüyümüz kimi, ictimaiyyətin alışdığı ilk söz seçimidir. Belə nəticəyə gəlmək olar ki "Alo" sözü "hullo" sözünün tələffüzünün bizim dilə uyğunlaşmış bir variantıdır. Ancaq bu söz bizə Amerika Birləşmiş Ştatlarından deyil, yerli dialektə bağlı olaraq iki variantın yayıldığı Avropanın ölkələrindən gəlib: orijinal "Alo" və bir qədər dəyişdirilmiş "Alyo".

Maraqlıdır: bütün ölkələrdə "hullo" sözü məşhur olmadı. Məsələn, Yaponiyada telefona cavab verərkən, onlar "Mosi Mosi" (danışıram və danışıram), Yunanıstanda "Parakalo" ("Buyurun"), İspaniyada "diga" ("danış") deyirlər.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin