Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Tövsiyə olunan 9 serial – SİYAHI

Gənc blogger Tural Turan cəmiyyəti maarifləndirmək missiyası çərçivəsində azərbaycandilli auditoriyaya bəzi məsləhətli serial adlarını öz boqunda paylaşır. Siyahı belədir:

Şerlok (Sherlock) – Böyük Britaniya, (2012 – davam edir)

Məşhur yazıçı Artur Konan Doylun yaratdığı detektiv  Şerlok Holms və doktor Vatson haqqında növbəti şedevr. Bu serialın digərlərindən fərqləndirən xüsusiyyət odur ki, XIX əsrdə yaradılan Holms rejissorlar tərəfindən bu günümüzə, yəni XXI əsrə gətirilib və ona görə Holmsun əsrarəngiz beyninin nələrə qadir olduğuna şahid ola bilərsiniz. Serial uğurlu olduğu üçün indiyə kimi davam edir və gələn il növbəti mövsümün çəkilişi gözlənilir. Detektiv janrını bəyənməsəniz belə, bu serialda olan hərəkətlilik sizi valeh edəcək, həmçinin müşahidə qabiliyətinizi yoxlaya və məşq etdirə bilərsiniz.

Tvin Piks (Twin Peaks) – ABŞ, (1990-1992, 2016)

Müstəqil kinematoqrafın nümayəndəsi olan Devid Linçin və Mark Frostun rejissor olduğu serialda hadisələr uydurulmuş Tvin Piks şəhərində baş verir. FTB-nin xüsusi agenti Deylor Kuper orta məktəb şagirdi Lora Palmerin qətlini araşdırır və balaca Tvin Piks şəhərinin sakinləri ilə tanış olur. Sakit və əyalət şəhərciyi sakinlərinin həyatlarının qaranlıq və dəhşətli tərəflərini görə bilərsiniz. Qeyd edək ki, dünyaca məşhur “Time” jurnalı bu serialı “Bütün zamanların ən yaxşı TV şouları” siyahısına daxil edib.

Doktor Haus (House, M.D.) – ABŞ, (2004-2012)

Həkim-diaqnost Qreqori Haus və onun komandası haqqında maraqlı serial. Əgər sizə tibbi terminlər maraqlı deyilsə, siz ən azından elementar tibbi biliklərə yiyələnə bilərsiniz. Gələcəkdə bu sizə hər hansı fövqəladə vəziyyətlərdə kömək edə bilər. Tibb sahəsində oxuyan tələbələr isə bu seriala mütləq baxmalıdırlar. Filmdə hətta Şerlok Holms və doktor Vatsona da allüziya var. Serialın ard-arda neçə il çəkilməsi onun uğurunun göstəricisidir.

Spartak: Qan və qum (Spartacus: Blood and Sand) , ABŞ, (2010)

Qədim Romada quldarlıq dövründə zorla əsir götürülüb qula çevrilən məğrur Spartakın mübarizəsindən bəhs edən bəlkə də ən uğurlu ekran əsəri. Filmə baxarkən özünüzü Romadakı kimi hiss edəcək, həmin dövrün çətinliklərini, şəxslər arası münasibətlərin hansı formada olduğunu  görə biləcəksiniz. Serial baxımlı olduğu üçün onun davamı da çəkilmişdir,lakin bu serialdan başlamağa dəyər. Kiçik qeyd edim ki, bu serialda adından da göründüyü kimi həddindən artıq qan epizodları var və ona görə baxmazdan əvvəl bu xüsusiyyətə fikir vermək gərəkdir.

Əsl detektiv (True detective) – ABŞ, (2014-2015)

Premyerası keçən il olan və bir çoxları tərəfindən rəğbətlə qarşılanan serialının süjet xətti belədir: Luiziana ştatında baş verən qəribə və qəddarlıqla törədilən qətli araşdırmığı iki detektivə — Martin Hart və Rastin Koula həvalə edirlər. Qəhrəmanlar üç ayrı-ayrı illərdə görüşürlər – 1995, 2002 və 2012-ci illərdə. Martin Hart obrazının ifaçısı Metyu Makkonahi rolunun daha dəqiq ifa etmək üçün 450 səhifəlik material yazıb və qəhrəmanının 17 illik həyatını hissələrə ayırıb. İşinin heyranı olan aktyorların ifasına baxmaq ayrıca zövqverir.Ona görə də bu serial siyahıya daxil edilib.

Mentalist (The Mentalist) – ABŞ, (2008-2015)

Filmin baş qəhrəmanı Partik Ceyn əvvəllər “uzaqgörən” və “ekstrasens” olduğunu iddia etsə də, indi o Kaliforniya Təhqiqat Bürosunda çalıışır. O mükəmməl psixoloq və manipulyatordur və Büroda işləməklə qisas almaq istəyir. Vaxtı ilə onun ailəsi faciəvi şəkildə Qanlı Con adlı qatil tərəfindən məhv edilib və buna görə Patrik onun axtarışlarına davam edərək baş verən cinayət hadisələrində öz köməyini işçilərdən əsirgəmir. Müşahidə qabiliyyətini artıran serial  ağıl oyunlarını sevənlər üçün əla fürsətdir.

İtirilmişlər (Lost) – ABŞ, (2004-2010)

Daha bir uğurlu serial haqqında yazmaya bilməzdim. “Oceanic Airlines” şirkətinin Sidneydən Los-Anceles şəhərinə uçan 815 reysinin sərnişinləri Okeaniyanın yaşayış olmayan adalarının birində qəzaya uğrayırlar. Adada qalan hər bir sərnişinin həyatı izləyicinin gözlərinin qabağından keçir və seyrçi müxtəlif ölkələrdən olan insanları görür. Serialın müvəffəqiyyətli olması mükafatlarla təsdiq olunur (“Emmi” və “Qızıl qlobus”).

Məxfi materiallar (X Files)- ABŞ, (1993-2002)

Artıq klassikaya çevrilən bu serialın müxtəlif ölkələrdə fanatları var. Adından da göründüyü kimi serial paranormal hadisələrdən və belə hadisələri araşdıran FTB-nin xüsusi agentləri, Foks Malder və Dana Skalli, haqqında bəhs edilir. Malder Uçan Naməlum Obyektlərə (UNO) və digər qeyri-adi hadisələrə inanır, Skalli isə əksinə elmi yanaşmaya üstünlük verir. Serialda hökümətlərə inamsızlıq, sui-qəsd nəzəriyyəsi, dünyadan kənar sivilizasiyaların mövcudluğu mövzularına toxunulur. 90-cı illərin populyar seriallarına çevrilən “Məxfi materiallar” serialının davamının çəkilməsi haqqında qərar verilib və tezliklə biz yeni seriyaları izləyə biləcəyik.

Kolombo (Columbo) – ABŞ, (1969-2003)

Detektiv janrında çəkilən serial izləyicinin gözlədiyi kimi deyil, başqa tərzdə başlayır. Seyrçi əvvəldən qatilin kimliyini bilir və Los-Anceles polis departamentinin leytenantı Kolombonun qatili necə tora saldığının şahidi olur. Kolombo ilk baxışdan sadə, əfəl, gözə dəyməyən sıradan bir polisdir, amma onun xarici görünüşü araşdırmalarda ona kömək olur. Özlərindən razı olan cinayətkarlar bu sadə polisin heç nəyə yaramadığını düşünürlər və ona görə də Kolomboya əhəmiyyət vermirlər. Müşahidə qabiliyyətini və intellektual qabiliyyətləri inkişaf etdirmək üçün ən uyğun seriallardan biridir. Kolombonun şarmı isə bu personajı sizə sevdirəcək.

Mənbə: https://turalturan.wordpress.com/2015/09/06/tovsiyy%C9%99-olunan-9-serial-siyahi/

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin