Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Turac Teyyubqızı: "Audio kitab ideyası məni hər zaman düşündürüb"

Turac Teyyubqızı "Səslə kitab" və "Barama media" komanda rəhbərlərindən biridir. O, "Səslə kitab" layihəsi haqqında öz fikirlərini GencOl-lularla paylaşır.

"Səslə kitab" layihəsi necə üzə çıxdı?

-Audio kitab ideyası məni hər zaman düşündürüb. Amma bu ideyanı reallaşdırmaq şansı yalnız BDU-da pedaqoji karyeraya başlayandan sonra oldu – orada mən tələbələrimlə ideyamı paylaşdım və onlar mənə dəstək oldular. Daha sonra bir studio bizə müəyyən müddətə təmənnasız olaraq səsyazma avadanlığından istifadə etməyə imkan yaratdı.

Layihə indi hansı mərhələdədir?

-Layihənin birinci mərhələsi uğurla başa çatdı. Biz bəlli kitabları səsyazma studiosunda səsləndirdik, qeydə aldıq və montaj etdik. İndi qaldı materialları saytda yerləşdirmək.

Bir layihəni başlamazdan öncə nələri bilmək və etmək lazımdır, gənclərə tövsiyəniz?

-Gənclərə tövsiyəm odur ki, ardıcıl olaraq çalışsınlar. Özlərinə və potensiallarına inansınlar. Qısa zaman kəsiyində gəlir əldə etmək barədə düşünməsinlər, heç də hər layihə insana gəlir gətirmir.

Yeni media dönəmində insanların mütaliəyə marağı bir qədər dəyişib. Kitab layihəniz nələri dəyişməyi hədəfləyib?

-Mən bu fikirlə razı deyiləm, çox hörmət etdiyim yazar Umberto Eko belə bir tezis irəli sürüb ki, internet heç də bizi mütaliədən uzaqlaşdırmır, əksinə Qutenberq dövrünə aparır. İnternet ictimai kitabxana rolunu oynamağa başlayır. Düşünürəm ki, İnterneti postmodern dönəmin nəhəng kontenti adlandırmaq olar. Layihəmizin məqsədi də insanlara audio kitablar təqdim etməklə onların vaxta qənaət etmələrinə və bir yerdən asılı qalmamalarına kömək etməkdir.

Layihə üzərində hansı komanda ilə işləyirsiniz?

- Mənim əsasən tələbələrdən ibarət pozitiv və böyük bir komandam var.

Elmi işləriniz, ailəniz, müəllimlik fəaliyyətiniz və nəhayət bu layihə-vaxtınızı necə idarə edirsiniz?

-Oy, vaxt mənim ən yaralı yerimdir, belə ki, mən, həm də anayam, 5 yaşında qızım var. Onun da öz istəkləri var, üzgüçülüklə məşğuldur və üzməyi sevir, rəqsə gedir və rəsmlə məşğuldur.  Mən özüm eyni vaxtda iki universitetdə təhsil alıram-Bakı Dövlət Universiteti və İstanbul Universiteti. Təhsilim iki ayrı ixtisas üzrədir-radio-televiziya jurnalistikası (doktorantura) və sosiologiya (doktorantura).

Faktiki olaraq 2 ayrı şəhərdə yaşayıram, eyni zamanda dissertasiya yazıram, həm də Bakıda və İstanbulda mövcud 5 layihənin koordinatoruyam.

Azərbaycan saytlarına məqalə yazıram, bədii tərcümə ilə məşğulam.

Əlbəttə ki, belə bir gərginlikdə bəzi şeylərdən məhrum edirəm özümü-məsələn, yadıma gəlmir ki, axırıncı dəfə nə vaxt sevdiyim kitabı sakit bir yerdə, normal şəraitdə oxumuşam və ya sevidyim filmi seyr etmişəm. Yadıma gəlmir.

Amma bu mənim seçimimdir və belə xoşuma gəlir-ona görə də gördüyüm işlərə vaxt ayıra bilirəm.

Yeni ideyaları olan gənclərə məsləhətiniz?

-Möcüzəyə inanmaq lazımdır, o mütləq gerçək olacaq.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin