Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Uğur əldə etmək haqqında 5 yanlış düşüncə.

Çox vaxt bizə elə gəlir ki, çox işləyirik, amma az iş çatdırırıq. Düşünürük ki, çox vaxt sərf etmişim, amma nəticə ona dəymir, belədə zənn edirik ki, biz dəyərli vaxtımızı ya başqalarına, ya da lazımsız işlərə sərf edirik. Biz bilmirik ki, gündəlik məşğuliyyət zamanı həqiqətən də istədiyimiz budurmu, hədəf budurmu? Çox vaxt əsas dəyərlər unudulur. İngiltərəli yazar və Harvard Biznes İcmalının müəllifi Qreq Mak-Kaun bu məsələ ilə bağlı öz fikrini paylaşır, o, uğurlu insanların daha çox uğur qazanmağına maneə yaradan 5 yanlış haqqında yazır. AIN.UA müəllifin tezisləri ilə sizi tanış edir.

Bu yaxınlarda mən icraçı direktor vəzifəsində çalışan dostuma rast gəldim. Soruşdum ki, nə edir? Cavabında dostum qeyd etdi ki, işlər uğurla davam edir, o səyahət edir, işini inkişaf etdirir, karyerasında yüksəlir, ailəsində uşaqları da xüsusi aktivliyi ilə seçilirlər. Onun sözlərindən belə anlamaq olurdu ki, həyatından razıdır. Mən ondan bir daha soruşdum- “Sən özün necəsən?” Bu an qarşımda sanki tamam başqa bir insan durdu- o, emosiyalarına qapıldı və etiraf etdi ki, vəziyyət heç də ürəkaçan deyil; stressdən qurtula bilmir, çalışır ki, hər kəslə məşğul olsun, amma heç kəsə və heç nəyə vaxt ayıra bilmir. Onun hətta bu vəziyyəti düşünməyə və ya uşaqlarıyla vaxt keçirməyə belə vaxtı yoxdur. Sözün qısası, belə başa düşdüm ki, dostumun heç bir dəqiqə də vaxtı olmur və o, həyatından narazıdır. Bunun səbəbi də odur ki, çoxları kimi o da diqqətini yalnız maddi qayğılarını təmin etməyə yönəldib.

Bizi qəhrəman olmaq ideyaları ilə ələ alırlar, biz çalışırıq, vuruşuruq ki, gecə dörd saat yatsaq belə hər şeyi çatdıraq və hər kəsin işinə yarayaq. İnsanlar tez-tez deyirlər: “Mən indi çox məşğulam!” Amma çox vaxt onlar bunu ona görə deyirlər ki, özlərini öysünlər. Onlar hörmət əlaməti olaraq üzərlərinə etiket yapışdırırlar, amma bilmirlər ki, bu sadəcə saxtadır. Bu etiketlər bizim düşünmək və yaratmaq azadlığımızı əlimizdən alır. Əməksevər, çalışqan insanların daha çox uğur qazanmasının qarşısını alır. Aşağıda mən qeyd etmişəm, nələr bacarıqlı insanların daha da uğur qazanmasına maneə yaradır.

I yanlış düşüncə: Uğurlu insanlar belə deyirlər: “Əgər mən bunu eləyə bilərəmsə, mən bunu eləyəcəm”

Əslində isə: Uorrenu Baffeti yazır: “Uğurlu insanlarla çox uğurlu insanlar arasındakı fərq odur ki, çox uğur qazananlar demək olar ki, həmişə yox deyirlər.” Sistemsiz, gərəksiz, düşünülməmiş “yox” demək lazım deyil. Bəzən təkcə vaxt azlığından deyil, sadəcə könüllü olaraq möhtəşəm imkanlardan boyun qaçırmaq lazımdır. Çox az adamda o cəsarət var ki, bu dəyərlərlə yaşasın. Amma məhz o insanlar daha çox uğur qazananlardır.

II yanlış düşüncə: Çox uğur qazanan insanlar sutkada dörd saat yatır.

Əslində: Çox uğur qazananlar normal yuxu rejimi olanlardır ki, onlar maksimal məhsuldar olurlar.

Anders Erikson skripka çalanlar arasında məşhur “10000 qayda” araşdırmasını aparır. O aşkar edib ki, ən yaxşı skripka çalanlar adi tələbələrdən fərqli olaraq, vaxtlarının çoxunu öz texnikaları üzərində sərf ediblər. Yaxşı skripka çalanlarla ən yaxşıları arasındakı fərqlərdən biri də o idi ki, ikincilər gün ərzində daha çox yatırdılar. Orta hesabla onlar sutkada 8.6 saat yatırlar.

III yanlış düşüncə: Uğurlu insanlar oyun oynamağı boş vaxt itkisi hesab edirlər.

Əslində: Ən uğurlu insanlar oyun oynağa ruhlanmaq kimi baxırlar. Ser Ken Robinson məktəbdə yaradıcılığın insan həyatına təsiri ilə bağlı araşdırma aparıb. O, belə nəticəyə gəlib ki, məktəblər oyunlara yaradıcı yanamağı öyrətmək əvəzinə bu imkanı məhv edib.  “Yeni təhsil ocaqları fastfud yeməklərə bənzəyir, bizim enerjimizi və ruhumuzu zəiflədir, hamburgerlər və kartof qızartmaları kimi bizim bədənimizi çürüdür. Təxəyyül gücü insanın bütün nailliyyətlərinin əsasında durur.”

 IV yanlış düşüncə: Uğurlu insanlar həmişə hər şeyin cavabını birinci tapırlar.

Əslində: Ən çox uğur qazananlar birinci növbədə digərlərini dinləyirlər. Necə deyərlər, hamıdan çox danışan, heç də həmişə düz danışmır. Amma əsl dinləyənlər bir çox fikir içərisindən deyilməyəni ortaya qoyur və məsələni daha dərin anlamış olur.

V yanlış düşüncə: Uğurlu insanlar hər zaman rəqiblərinin nə etdiklərini hər zaman bilirlər.

Əslində: Ən çox uğur qazananlar ona diqqət toplayırlar ki, başqalarının etdiyindən daha yaxşısını etsinlər.

Amerikalı təlimçi Larri Qelviks 36 illik komanda təcrübəsində 418 oyunda qalib, 10 oyunda məğlub olub. Onun uğurunun kökündə o dayandırdı ki, komandasına hər dəfə bu sualı verirdi: “İndi vacib olan nədir?”. O istəyirdi ki, komandası öz oyununu oynasın, rəqib komandanın nə etdiyinə baş qoşmasın.  

Con Kennedi bir dəfə belə demişdi: “Həqiqətin ən əsas düşməni heç də yalan deyil, düşmən inandırıcı, qeyri-real və inadcıl miflərdir.” İndi bu mif müasir mədəniyyətdə çox yayılıb: o kəs uğur qazanır ki, o bunu istəyir və buna qabildir və məşhur olmaq istəyir. Bəli, bu tip insanlar həyatda istəklərinə nail olublar. Onlar əmindirlər ki, heç nə eləməyənlərlə müqayisədə nəsə edirlər. Amma mən onları ikinci tip insanlara ayırıram.

Buna baxmayaraq bizim hekayəmizdə yeni qəhrəman da var. O belə soruşur: “Nədir vacib olan?” Və qalan hər şeydən qurtula bilir. O vaxtını başqa lazımsız işlərə ayırmır, yox deməti bacarır, yalnız nə istədiyini bilib ona vaxt sərf edir. Bu cəsarət tələb edən bir yoldur. Siz seçim etməlisiniz, tez bir zamanda məşhur olmaq, ya da uzunmüddətli hörmət sahibi olmaq. Bu miflərdən qurtulmaq sizə həyatdan zövq almağı və onu idarə etmə bacarığını verəcək.  Və bonus olaraq siz uğurlu insandan ən uğurlu insana çevriləcəksiniz.

Məqalə: www.ain.ua

Foto: www.youtube.com; www.viralnovelty.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin