Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Uğurlu şəxsi brendinqin 8 sirri

Biznes sahəsində necə düzgün davranmaq lazımdır, qadın menecerlərin kişilərdən üstünlüyü nədədir?

Əlinizə bir qəpik alın: onun bir üzü siz əslində kimsinizsə odur, digər üzü isə siz əslində kim olmaq və necə görünmək istəyirsiniz odur. İndi necə eləmək lazımdır ki, qəpiyin hər iki üzü bir –birini tamamlasın? (www.forbes.ru)

1. İnsan hər zaman şirkətdən önəmlidir.

Şəxsi brendinqinlə məşğul olarkən, unutmayın ki, siz şirkəti imicini deyil, öz reputasiyanızı möhkəmləndirməyə çalışırsınız. Siz alış veriş etmirsiniz, qazanmırsınız (ən azından qısa müddətlik perspektivdə), siz sadəcə şəxsi brendinizi idarə edirsiniz.

Stiv Cobs, Meri Key və Opra Uinfri hər zaman özlərini şirkətlə assosiyası edir, öz şəxsi həyatlarında belə onun dəyərini əks etdirir. Bəlli bir zirvəyə çatanadək onların hər biri brend, marka idilər. Belə insanlar hətta çalışdığı yerdən ayrılsalar belə heç nə itirmirlər. Onların məşhurluğu o dərəcəyə çatıb ki, şirkətlərinə böyük dividentlər gətirir.

2. Ən əsası-savadlı kommunikasiya qurmaqdır.

Şəxsi brendini yaratmaq üçün ən vacib məsələlərdən biri savadlı, ağıllı kommunikasiya qura bilməkdir. Ünsiyyət tərzini seçərkən necə idarə etmək istəyinizdən asılı olaraq seçin. Məsələn, sərt ünsiyyət, “dəmir ledi” Marqaret Tetçer kimi, argentina xalqının sevimlisi, Yev Peron kimi intuitiv ünsiyyət ola bilər. (fotoya bax)

Burada unutmamaq lazımdır ki, ünsiyyət sadəcə savadlı deyil, həm də düşünülmüş olmalıdır. Bir mesajınızı yaymaq üçün uyğun kanalı seçməyi də bacarmaq lazımdır, deyək ki, sizin hədəflərinizə daha yaxın olan KİV-də yayımlanmaq.

3. Sizin bütün fəaliyyətiniz marka olmağınıza xidmət etməlidir

Təəssüflər olsun ki, biz nə qədər ictimailəşiriksə, məşhurlaşırıqsa, daha diqqətli olmalıyıq, bizim fəaliyyətimiz necə şərh oluna bilər. Qatıldığınız tədbirlərdə öz brendinizi möhkəmləndirməyi öncədən düşünməlisiniz. Misal üçün, əgər siz maliyyə mütəxəssisi işləyirsinizsə sizə sadəcə maliyyə direktorlarla deyil, həm də Moskvanın iri şirkət sahiblərinin olduğu qapalı qolf turnirinə qatılmaq da faydalı ola bilər.

4. Sosial kapitalınızı qazanmağı bacarın

Bəzən kobrendinq modeli də yaxşı işləyir. Misal üçün siz, daha məşhur bir adamla birlikdə çıxış edirsiniz. Bu ilk etapda imicinizi formalaşdırmaqda sizə kömək edəcək. Misal üçün, ortaq  təqdimat edirsiniz, və ya master klas keçirsiniz. Hesab etməyin ki, belə imkandan o məşhur adam imtina edəcək. Onların çoxu üçün belə yeni formatlar maraqlıdır. Xatırlayırsınız yəqin, neçə gənc Madonna ilə birlikdə çıxış edəndən sonra necə məşhurlaşdı. Bəs əvəzində pop-diva nə qazanırdı? Madonna bu yolla özünü xatırladırdı, özünü xələf olaraq göstərirdi, pop-musiqidə qanunvericiliyini göstərirdi.

5. Məhsul deyil, dəyər və idealınızı təqdim edin

Meri Key nə satırdı (fotoya bax)? Ənlik və dodaq boyası deyil, kişilərə gözəllik və uğur! Kell Nordstrem və Yonas Riddestarl nə satırdı? Dünyaya fərqli baxış və yeni imkanlar! Heç də biznes kitabları və mühazirələr yox. Onlardan örnək alın, uğur və arzu satın. Əgər siz maliyyə savadlılığı ilə bağlı təlim satsanız, onda siz bənzər məhsulu satanlarla eyni sırada olacaqsınız. Yox əgər siz, biznesdə səhvlərin sayını azaltsanız, gəlir satsanız, ətrafınız daha da genişlənəcək.

6. Vədlərinizi yetirin

Böyük Britaniyanın baş naziri olmuş Marqaret Tetçeri örnək alın. 1979-cu il seçkiləri öncəsi o söz vermiş di ki, inflyasiyanın qarşısını alacaq, birliklərin səlahiyyətini azaldacaq, yeni ticarət imkanlarını yaradacaq, İngiltərənin sosial rifahını qaldıracaq. O, bütün bunları elədi.

7. Özünüz olaraq qalın

Şanel-in təklifinə əvvəllər hər kəs heyrət edirdi. O, qadınlara şalvar dəbini gətirdi. Daha sonra qadınların nəinki, geyim tərzini, eləcə də onlara olan münasibəti dəyişdi. Digər bir tərəfdən, əlbəttə ki, biz istehlakçıların tələbə və dəyərlərinə diqqət etməliyik. Amma həm də Henri Ford-un sözünü unutmamalıyıq: “Əgər mən istehlakçılardan soruşsaydım ki, ən çox nəyi istəyirlər-onların cavabı belə olardı, daha sürətli at”. Şəxsi brend-bu çox vaxt, tələb olunanı əldə etmək üçün standartları aşmaq, imkanların sərhəddini keçməkdir.

8. Yaşamağa və yaratmağa davam

Amerikalı Lizzi Velaskesi örnək vermək istəyirəm. Onu dünyada ən çirkin qadın hesab edirlər, o, sağalmaz xəstədir, hər 15 dəqiqədən bir yemək yeməlidir. Buna baxmayaraq, o, nəinki universitet bitirib, hətta kitab da yazıb, eyni zamanda motivasiya yaradan məşhur spikerlərdəndir. O, qeyri-adi bir iş görmür, sadəcə olaraq öz çatışmazlıqlarını gizlətmir və dəyərlərindən danışır, əlbəttə ki, yaratmağa da davam edir.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin