Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Vaxtın idarə olunması: böyük işlərin öhdəsindən gəlməyin 3 effektiv yolu

21-ci əsr texnologiya və innovasiyalar dövrdür, belə bir dönəmdə gün ərzində saysız hesabsız informasiya filter etməli oluruq, hansı önəmlidir, hansı yox.

Bu gərginlikdə prioritetləri əsas götürərək praktik sistemləşdirmə aparmağı bilmək lazımdır. Bu işin öhdəsindən heç də hamı gələ bilmir.

Bu məqsədlə aşağıdakı 3 effektiv üsulu sizə təqdim edirik, bunları bilməklə siz vaxtınıza qənaət etmiş olacaqsınız.

1. “Qurbağanı yeyin, vasvasılığı buraxın”

Qərb ölkələrində bu ifadə məşhur ustad, fərdi inkişaf üzrə məsləhətçi, dünyada tanınan Brayn Treysə görə yayılıb.

Bu ifadə o mənaya gəlir ki, düşünün ki, siz hər səhər bir qurbağa yeməyə məcbursunuz, və gün ərzindən bundan bərbad heç nəylə üzləşməyəcəyinizə inanırsınız.

Burada qurbağa ən ağır, və sıxıcı iş obrazındadır. Səhər işə başlayanda lazımdır ki, elə onunla başlayasınız. Əgər siz iki qurbağa yeməlisinizsə o zaman birinci nisbətən ən iyrənc olanını yeyin. Bu metodla siz ən vacib və ən çətin işin öhdəsindən birinci gəlmək alışqanlığına sahib olacaqsınız. Brayn Treysinin kitabını bu linkdən endirə və oxuya bilərsiniz http://bit.ly/1fy9MFN

2. “Fil yemək”

Hesab edin ki, sizə nəhəng fil boyda tapşırıq verilib. Amma siz onu yemək istəyirsiniz. Aydındır ki, bir oturmaya onu yeyib bitirə bilməyəcəksiniz. Bunun üçün əvvəlcə onu porsiyalarla yeyə bilmək üçün hissələrə bölün.

Qonaqları dəvət edə bilərsiniz və hər birinə bir porsiya verə bilərsiniz. Bu şəkildə işinizi də bölüşdürə bilərsiniz. Görüləsi işi elə bölün ki, hər birini ayrılıqda həll edə biləsiniz. İşin həcmi kiçik görünəcək və həll etmək də rahat olacaq.

 3. «İsveçrə pendiri»

Çətin işə başlamağın ən yaxşı yollarından biri də o işi isveçrə pendiri şəklinə salmaqdır. Bunun üçün görüləcək işin içində çoxlu dəliklər açmaq lazımdır. Bu dəlikləri işin həll olunması üçün vacib punktlar hesab edək və bu punktları göz önünə almaqla (dəlik açmaqla) işin daha tez həll olunmasına nail ola bilərsiniz.

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin