Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

25 il əvvəl İnternet belə idi...

20 Dekabr, 1990-cı ildə ilk veb sayt istifadəyə verildi. Yaradıcı Tim Bernes-Li idi, o vaxt britaniyalı alim İsveçrədə Avropa Nüvə Tədqiqatları Təşkilatında çalışırdı.

Layihə ilk zamanlar araşdırmaçıların işini yüngülləşdirməyə xidmət edirdi, yəni daha asan şəkildə informasiya əldə edə bilmələri üçün bu layihə başladıldı. Beləki, World Wide Web (www) sonradan 3 milyarddan çox insanın istifadə edəcəyi bir məcaraya çevrildi.

Hazırda demək olar ki, ətrafımızda olan hər kəs internetdən bir şəkildə yararlanır. Buraya bir-biri ilə ünsiyyət, təhsil, iş, bank, oyunlar və daha başqa fəaliyyətlər, xidmətlər daxildir.

Düşünürük ki, hamıya İnternetin ilk vaxtlar necə göründüyü maraqlı olar. Odur ki, aşağıda sıralan 9 şəkilə diqqət yetirin. 

Mənbə: businessinsider.com

Avropa Nüvə Tədqiqatları ilk sayt örnəklərindən biri kimi belə görünürdü, insular saytdan belə istifadə edirdilər.

Aliweb-dünyada ilk axtarış sistemi, bu system həm də 1993-cü ildə Avropa Nüvə Tədqiqatlarının bir hissəsi idi. Veb yaradıcılarından biri sayılan Martin Koster tərəfindən hazırlanıb. 

1993-cü ildə Bloomberg şirkəti özünün saytını yaratdı. Bu sayt Bloomberg Terminal kompüter sisteminin davamı idi, bu sistemi ildə 24 min dollar ödəyə bilən hər kəs dünyadakı iqtisadi, texnoloji xəbərləri əldə edə bilərdi.  

Amnesty International- Beynəlxalq İnsan Hüquqları təşkilatının saytı 1994-cü ildə yaradılıb.   

1843-cü ildə yaradılan The Economist-dünyaca tanınan xəbər jurnalının saytı 1994-cü ildə açılıb və 120 dollar qiyməti var idi. 

Amerikan Pizza Hut restoranlar şəbəkəsinin 1994-cü ildə qurulan saytı. Sayta sifariş etmək və ya masa rezerv etmək mümkün idi.

1994-cü ildə “Veb Şəbəkənin Bələdçisi Cerri” adlı veb sayt yaradıldı. Daha sonra saytın adı “Yahoo!” adlandırıldı. 

Ağ evin rəsmi saytı 1996-cı ildə yaradılıb, sayt imkan verirdi ki, jurnalistlər buradan fotolar, digər vacib informasiyalar əldə etsinlər. 

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin