Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Yaradıcılıq ruhunu artıran 5 Film

Layfxakerə istinadən yaradıcılığa motivasiya edən 5 film siyahısı təqdim olunub. Bu filmləri izlədikdən sonra hətta öz arzularının ardınca dağları aşmaq hissi belə yaranır.

Axilles və tısbağa

  • Drama, komediya.
  • Yaponiya, 2008-ci il.
  • Müddət: 119 dəq.

Matisu – heç vaxt məşhur olmayan, lakin nə vaxtsa uğurun onu da tapacağına ümid edən rəssamdır. O, daim özü üzərində işləmiş, həyatın çətinliklərini dəf etmiş və ailədəki çətinliklərə baxmayaraq hər bir şeyə davamlı olaraq qalmışdır. Lakin şəkilləri qiymətləndirən sənət əsərləri dileri ilə görüş onun həyatında hər şeyi dəyişdi.

Sehrli diyar

  • Drama, Ailə, Bioqrafi.
  • ABŞ, Böyük Britaniya, 2004-cü il.
  • Müddət: 97 dəq.

Bu bioqrafik drama bütün dünyada Piter Pen haqqında inanılmaz bir sıra əsərlərin müəllifi Ceyms Metyu Barri-nin çətin həyatı haqqında danışılır. Müvəffəqiyyət yazıçının həyatında özünü tez biruzə vermədi. Yalnız enişlər və həyatına, karyerasına yaxşı təsir edəcək təsadüfi görüşdən sonra yazıçını müvəffəqiyyət qarşıladı.

Trambo

  • Drama, kriminal, bioqrafiya.
  • ABŞ.
  • Müddət: 124 dəq.

Müvəffəqiyyətli və tələb olunan Dalton Trambo öz siyasi görüşlərinə görə düşdüyü Hollivudun qara siyahısına düşməmiş bu siyahı haqqında xəbərdar deyildi. Lakin bu vəziyyət də onu dayandırmadı və yaradıcı ruhunu öldürməyə qadir olmadı. Baxmayaraq ki, az problemlər də yaranmırdı.

Frida

  • Drama, melodrama, bioqrafiya.
  • ABŞ, Kanada, Meksika, 2002-ci il.
  • Müddət: 118 dəq.

Bu bioqrafik film ağır qəzadan sonra yenidən bərpa olunmağı bacaran meksikalı rəssam Frida Kahlo haqqındadır. O, uzun illər ağrılarla və həyat yoldaşının sadiqsizliyinə görə həyəcan keçirərəkdən yaşadı, lakin incəsənət və sevgi ona ümidsizliyə düşməyə imkan vermədi.

Frenk

  • Drama, komediya.
  • Böyük Britaniya, İrlandiya, ABŞ, 2013-cü il.
  • Müddət: 95 dəq.

Bu film çox məşhur olmaq və öz mahnılarını bəstələmək istəyən əyalətdən olan Co adlı bir oğlan haqqındadır. Onun arzusu yerinə yetdi: necəsə bir gün ona məşhur Frenk başda olmaqla rok qruppası rast gəldi və hətta o bu qruppada özünə bir yer tutdu. Bu hadisənin Co-nun həyatını tamamilə dəyişdiyini deməyə ehtiyac belə yoxdur. 

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin